Məhəbbət Vəliyevanın FETOçularla şübhəli əlaqələri... - İTTİHAM
Tarix: 6-08-2020, 09:47 | Çap et
Yeni təyin olunan Təhsil naziri Emin Əmrullayevin imzaladığı ilk əmrlə paytaxtın 20-dən çox məktəbinin direktoru vəzifədən azad olundu. Hamıya gün kimi aydındır ki, hələ yeni kabinetini səhmana salmayan nazirin birdən-birə 20 məktəb direktorunu işdən çıxarması əvvəlcədən hazırlanmış bir planın həyata keçirilməsi idi.
Emin müəllimin bu planın hazırlanmasında rolunun nə qədər olduğunu bilməsək də (doğrusu ən azından buna inanmaq da istəmirik), Rubrika.az saytında bu barədə əvvəlcədən məlumatlar vermişdik. Bu əmri Təhsil naziri kimi özünün imzalamasını çox istəyən Məhəbbət Vəliyeva hər halda özü hazırladığı siyahını reallaşdıra bildi. Beləliklə, Azərbaycan təhsilində “Məhəbbətin qüdrəti”nin hələ də böyük rol oynadığını bir daha nümayiş etdirdi.
M.Vəliyevanın vəzifə pillələrində sürətli yüksəlişi son 12 ili əhatə edir. 2008-2014-cü illərdə Zərifə Əliyeva adına liseyin direktoru olan M.Vəliyeva sonradan BŞTİ-nin əvvəlcə müdir müavini,daha sonra müdiri,2018-ci ildən etibarən isə Təhsil nazirinin müavini təyin olunub. Rubrika.az saytına onun hələ lisey direktoru olduğu zamanlardan bir çox şübhəli əlaqələrinin olması barədə məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, zamanında ölkəmizdə güclü təşkilatlanan FETOçularla M.Vəliyeva sıx əlaqələr yaradaraq iş birliyinə nail olub. Belə ki, Qafqaz Universiteti, Araz kurslarnın,həmçinin rayonlarda fəaliyyət göstərən türk liseyləri(xüsusilə Qubada yerləşən türk liseyi ) ilə iş birliyi yaradan M.Vəliyeva bu yolla FETOçuların yaxın müttəfiqinə çevrilir. Türkiyədə reallaşmayan FETO çevrilişindən sonra Azərbaycanda da onların dayaqları silkələndi,məktəbləri bağlanıldı. Belə bir zamanda M.Vəliyeva keçmiş müttəfiqliyə sadiq qalaraq bağlanan liseylərin,kursların şagirdlərini rəhbərlik etdiyi Z.Əliyeva adına liseydə yerləşdirməyə başlayır. Məlumatda bildirilir ki, bütün bu yerdəyişmələr ona külli miqdarada pullar qazandırır.
M.Vəliyeva FETOçu məktəblərin demək olar ki, bütün tədbirlərində iştirak edib. Onlar da M.Vəliyevanın əziz qonaqları olublar, təşkil etdiyi tədbirlərdə başda əyləşiblər. Məlumatlarda bildirilir ki, hətta dostları onun Amerikaya səfərini də təşkil edib. FETOçular onun liseyinin beynəlxalq olimpiadalarda yer tutmasında da az əmək sərf etməyiblər. Beləcə onların müttəfiqliyi hər iki tərəfə xeyir gətirib.
M.Vəliyeva bu gün də bir zamanlar rəhbərlik etdiyi liseyə nəzarəti əldən vermir. Qızı oranın baş mühasibi olduğu üçün bütün maliyyə məsələləri nəzarət altında saxlanılır. Liseyin direktoru da onun öz “yetirməsi”dir. Liseyə şagird qəbulu 5-10 min manat civarında dəyişir. Məlumatlara görə, liseyin bütün maliyyə əməliyyatları M.Vəliyeva tərəfindən həyata keçirilir, direktor sadəcə bir icraçıdır. Məlumat verilir ki, M.Vəliyeva oranı özü üçün ehtiyat variant kimi saxlayır. Nə vaxtsa nazir müavinliyindən getsə liseyin qapıları onun üçün həmişə açıqdır.
Paytaxtın digər məktəbləri də BŞTİ-nin müdir müavini İlhamə xanım vasitəsilə nəzarətdə saxlanılır. Son direktor dəyişiklikləri isə onun mövqeyini daha da möhkəmləndirib.
Hesab edirik ki, yeni nazir əgər islahatlar keçirmək, hansısa dəyişikliklərə imza atmaq istəyirsə ilk əvvəl çox da uzağa getməməlidir. Elə nazirlikdə kök salan qruplaşmaları, özünü fərmansız nazir hesab edənləri təmizləməlidir. Heç bir araşdırma aparmadan 20-yə yaxın direktoru bir fərmanla vəzifədən almaq hansı məntiqə əsaslanır? 214 saylı məktəbə rəhbərlik etdiyi müddətdə adı daima rüşvət, korrupsiya faktlarında hallanan, məktəbdə bıçaqlanma hadisələrini gizlədən Esmira Ağayeva hansı uğurlarına görə paytaxtın ən nüfuzlu təhsil ocaqlarından birinə-20 saylı məktəbə direktor təyin olunub? Xatırladaq ki, onun bu məktəbə gəlməsi üçün nə qədər xərcə düşdüyünü də saytımızda xəbər vermişdik. El-aləmin bildiyi bir məlumatı cənab nazirin bilməməsi təəccüblüdür. İnanırıq ki, Emin müəllim tələsik imzaladığı qərarına bir daha baxacaq. “Direktor əməliyyatları”nın kimlərin maraqlarına xidmət etdiyini aydınlaşdıracaq. O zaman aydın olacaq ki, bütün bunların Mehriban xanım Əliyevanın apardığı təhsil siyasətinə və E.Əmrullayevin rəhbərlik etdiyi nazirliyə heç bir aidiyyatı yoxdur! Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
|