Azərbaycan “FETÖ”-sünün diplomatları - İLGİNC
Tarix: 22-07-2020, 10:35 | Çap et
İLK YAZI BURADA Ramiz Mehdiyev-Əli Həsənov tandeminin rəhbərliyi altında formalaşmış ikibaşlı Azərbaycan FETÖ-sünə bağlı diplomatik çetenin məşhur üzvlərindən biri də hazırda Belarusda Fövqəladə və Səlahiyyətli Səfirimiz olan Lətif Qəndilovdur. Lətif Qəndilov da əksər səfirlər kimi tanınmış ailədən gəlir. Atası mərhum Seyfəddin Qəndilov Azərbaycanın məşhur ziyalılarındandır. Orta nəslin yaxından tanıdığı, tez-tez teleekranlardan dünya və ölkə siyasəti ilə bağlı şərhlərini dinlədiyi Seyfəddin Qəndilovun 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin olunmasıyla oğlu Lətif müəllimin də çırağı yanmağa başlayıb. İddialara görə, mərhum Seyfəddin müəllimin Ramiz Mehdiyevlə yaxın dostluq münasibətləri olub. Lətif Qəndilovun da “boz kardinal”ın himayəsi altına girməsində bu dostluq əlaqələri mühüm rol oynayıb. Lətif Qəndilovu xarakterizə edən hakimiyyətdəki çevrələr onun xasiyyətcə atasından xeyli fərqləndiyi qənaətindədirlər. Seyfəddin Qəndilov ziyalı obrazı ilə tanınsa da, onun oğlunun fikri-zikri maddi mənfəət yanında imiş. Əlindən isə halal iş gəlmirmiş. Məhz bu bir-biriylə uzlaşmayan xüsusiyyətlərini nəzərə alan Ramiz Mehdiyev onu xarici ölkələrə səfir göndərməyə qərar verir.
Maraqlıdır ki, Lətif Qəndilovun diplomatik fəaliyyəti barədə apardığımız araşdırmalar onun 2004-cü ildə bu sahədə ilk addımlarını atmağa başladığını göstərir. Ondan əvvəl isə kim olduğu, harda işlədiyi barədə özünün rəsmi bioqrafiyasında belə heç bir məlumat yoxdur. 2004-cü ildə isə onun 47 yaşı vardı. Məhz 47 yaşında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri ünvanına layiq görülən Lətif Qəndilov elə həmin il Qazaxıstana ölkəmizin ən titullu təmsilçisi vəzifəsinə göndərilir. Sıfırdan ən yüksək pilləyə bu qeyri-adi sıçrayışa təəccübləndinizmi, deyilmi? Məncə, təəccüblənməyə dəyməz. Azərbaycan elə bir ölkədir ki, 47 yaşında mal həkimi birdən birə özəl universitetlərdən birinin hüquq fakültəsinə girib, hələ tələbə olduğu halda hansısa nazirin müavini təyin olunursa, Lətif Qəndilov niyə harasa səfir kimi göndərilməsin? Söhbət bir də fəvqəladə səfirlikdən gedirsə, müqayisə daha çox yerinə düşür. Çünki mal həkimindən nazir müavininə çevrilən məlum şəxsiyyətin də fövqəladə tərəfləri vardı.
Qısası, fövqəladə sıçrayışla Qazaxıstana səfir təyin olunan Lətif Qəndilov atası vəfat edənədək, yəni 2010-cu ilə qədər bu vəzifədə çalışır. 2010-cu ildə geri çağırılan fövqəladə səfir bir il işsiz qalır. Nə yazıq ki, bu işsizlik müddətinin nəylə bağlı olduğunu müəyyənləşdirə bilmədik. Azərbaycan diplomatik korpusunda nadir şəxslərdəndir ki, Lətif Qəndilovun bioqarifiyası gizli tutulur. Hazırda rəhbərlik etdiyi Azərbaycanın Belarusdakı səfirliyinin rəsmi səhifəsində belə, onun tərcümeyi-halı yazılmayıb. Görünür, üzə tutulası çox şeyi olmadığından cənab səfir öz bioqrafiyasını gizləməyə üstünlük verib. İddialara inasaq, Lətif Qəndilovun 2010-cu ildə geri çağırılıb bir il ehtiyatda saxlanılması təsadüfi deyil. Bildirildiyinə görə, Qazaxıstandakı fəaliyyətində yol verdiyi ciddi nöqsanlar Lətif Qəndilovu ölkə başçısının gözündən salmış və onun özünü bərpası asan olmamışdı.
2011-ci ildə Ramiz Mehdiyev və Əli Həsənovun israrlı xahişlərini nəzərə alan Prezident İlham Əliyev onun Çinə səfir göndərilməsinə razılıq verir. 5 ildən sonra yenə dipomata yaraşmayan hərəkətlər onun geri qaytarılmasıyla nəticələnir. Yenə araya “5-ci kolon”un hakimiyyətdəki ağsaqqalları girir və o, öz himayədarlarının köməkliyi ilə Belarusa diplomatik görəvə göndərilir. İndiyədək həmin vəzifəni icra edən Lətif Qəndilovun yaxın günlərdə diplomatik fəaliyyətini nöqtələməsi gözlənilir. Bu dəfə isə deyəsən onun xahişini edən tapılmayacaq. Çünki himayədarlarının xahişini edən lazımdır və çətin ki, bu xahişlər işə yaraya. Əslində bu il 63 yaşına qədəm qoyacaq Lətif müəllimin bundan sonra işə də çox ehtiyacı yoxdur. İndiyədək qazandığı neçə nəsillərə bəs edər. Bununla belə, hakimiyyətdəki qaynaqlar onu heç də yaxşı xarakterizə etmirlər. Kulislərdə onun barəsində deyilir: “Haraya təyin olunsa, Qəndilov orda ölkəmizi və xalqımızı rusvay edib. Nə diplomatik təfəkkürü var, nə də düz-əməlli təcrübəsi. Hamı danışır ki, Qəndilov Çində vaxtını yalnız viza alverinə sərf edirdi. Hər vizanın isə konkret qiyməti vardı – 500 ABŞ dolları. İldə 5-6 min viza satır, yığdığı pulları Ramiz Mehdiyev-Əli Həsənov-Elmar Məmmədyarov üçlüyü arasında paylaşırdı. Nəticədə Çin-Azərbaycan münasibətlərini biabırçı həddə çatdıran Qəndilovu hörmətlə Belarusa göndərirlər. İndi də orda ölkəmizi və xalqımızı biabır etməklə məşğuldur”. Mehdiyev-Həsənov tandeminin diplomatik korpusda himayə etdiyi digər kadrlardan biri də Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevdir. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunan Şahin Abdullayev ali məktəbi 1982-ci ildə bitirə bilir. Maraqlıdır ki, o, məzun olmamışdan əvvəl, hələ tələbəykən diplomatik fəaliyyətə başlayır. 1981-ci ildən 1984-cü ilə qədər SSRİ-nin Yəmən səfirliyində tərcüməçi kimi işə başlayan Şahin Abdullayevin rus kəşfiyyatına işlədiyi iddia olunur. Məntiqlə də bu iddia inandırıcıdır. Çünki rus kəşfiyyatına cəlb edilmədən heç kimi SSRİ-nin səfirliyinə heç xidmətçi də göndərməzdilər. Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra Şahin Abdullayev yenidən diplomatik fəaliyyətə qayıdır. Bu zamana qədər isə onun Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda işlədiyi qeyd olunur. Ramiz Mehdiyevin dayaqlarının möhkəm olduğu akademiyada işlərkən, “boz kardinal”la münasibətlərini yaxşılaşdıran Şahin Abdullayevin diplomatik sahəyə qayıtmasında bu amilin də xüsusi rolu var. Təsadüfi deyil ki, Ramiz Mehdiyev 1995-ci ildə Prezident Administrasiyasının rəhbəri təyin olunan kimi, Şahin Abdullayev də Misirə səfir göndərilir. O vaxtdan indiyədək ərəb coğrafiyasında səfir təyin olmadığı yer qalmayıb. Hakimiyyət kulislərində bu adam haqqında belə deyirlər: “O artıq 16 ildir ki, köçəri quş kimi ölkədən ölkəyə uçur. Köçəri quşlardan yeganə fərqi isə Şahin Abdullayevin cənubdan şimala yox, qərbdən şərqə uçuşudur. Bir də köçəri quşlar ildə iki dəfə köçürlər. Şahin Abdullayevin isə mövsümi köçləri illərlə davam edir”. Şahin Abdullayevin də Lətif Qəndilov kimi diplomatik təfəkkürünün olmadığı, uzun illər səfirliklərdə işləsə də tərcüməçilik səviyyəsindən uzaqlaşmadığı qənaəti hakimdir. Azərbaycanın isə diplomatik korpusda tərcüməçiyə yox, əsl səfirə ehtiyacı var. Məhz bu səbəbdən də yaxın günlərdə diplomatik fəaliyyətini nöqtələyəcək səfirlər sırasında Şahin Abdullayevin də adı çəkilir. Araşdırmalarımız davam edəcək. Elçin Qurbanov //ovqat.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
|