ŞƏMKİRDƏ BÜDCƏ PULLARINI KİMLƏR TALAN EDİR?
Tarix: 8-10-2013, 15:49 | Çap et
Şəmkir Regional Maliyyə İdarəsinin müdiri Nazim Məlikov və onun tabeçiliyində çalışan bir sıra əməkdaşlar yol verdikləri ciddi nöqsanlarla «Dövlət büdcəsi haqqında» Qanunun tələblərini kobud surətdə pozur, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərlərini təngə gətiriblər. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, Şəmkir Regional Maliyyə İdarəsi bir müddət öncə Qazax Peşə Liseyində yoxlama apararkən bəzi nüanslara əhəmiyyət verməyib.
Nazim Məlikovun rəhbərlik etdiyi qurumun əməkdaşlarının yoxlama adı altında kifayət qədər ciddi qanun pozuntularına imza atdıqlarını vurğulayan mənbə iddia edir ki, Şəmkir Regional Maliyyə İdarəsinin yetkili şəxsləri bir sıra yollarla xeyli gəlir əldə etməyə müvəffəq olurlar: «Şəmkir Regional Maliyyə İdarəsinin əməkdaşları özləri yoxlama adı altında ölkənin qüvvədə olan qanunlarını pozur, əyrintilərə rəvac verirlər.
Onlar yoxlama apardıqları idarə, müəssisə və təşkilatlarda ilk öncə şərəflərinə hazırlanmış ziyafətdə iştirak edir, daha sonra isə «şərt»lərini irəli sürür və beləliklə də işlərini yekunlaşdırırlar. Məsələn, bir müddət əvvəl Nazim Məlikovun işçiləri Qazax Peşə Liseyində yoxlama aparıblar. Maraqlı məqam ondadır ki, adıçəkilən təhsil ocağında bir sıra neqativ halların yaşanmasına baxmayaraq, Şəmkir Regional Maliyyə İdarəsinin əməkdaşları liseydə heç nə aşkarlamayıblar. Nəzərinizə çatdırım ki, hazırda Qazax Peşə Liseyində 7-8 nəfər 65 yaşdan yuxarı müəllim çalışır. Hətta tədris işləri üzrə şöbə müdirinin də yaşı 65-dən yuxarıdır. Liseydə 100 nəfər müəllim, usta və texniki işçi çalışır. Əmək qanunlarına görə, 100-ün 2 faizi 65 yaşdan 70 yaşa qədər müqavilə ilə işləyə bilər. Qazax Peşə Liseyində isə bu faiz 6-7-dir. Əslində, bunun özü kobud qanun pozuntusudur. Lakin nədənsə Şəmkir Regional Maliyyə İdarəsi bu və bu kimi digər məqamları görməzdən gəlib. Görəsən, niyə?..»
Bu arada, Şəmkirdə böyük maliyyə yeyintisinin mövcud olduğunu qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlər düzgün xərclənmir: «Son bir ildə Şəmkir rayonunun sosial-iqtisadi inkişafı üçün büdcədən 13 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin çox böyük hissəsi isə təyinatdankənar xərclərə sərf olunub. Təkcə bu ilin birinci rübündə rayonun abalaşdırılması üçün 600 min manat, Şəmkir rayonunun yollarının əsaslı təmiri üçün isə 1 milyon manata qədər vəsait "Gəncə Körpü Tikinti-2" MMC-nin hesabına köçürülüb. Ötən il isə Şəmkirin abalaşdırılması üçün 12 milyondan artıq vəsait başda "Ağstafasutikinti" ASC, "Gəncə Körpü Tikinti-2" MMC və "Şəmkir Tikinti 18" ASC olmaqla bir neçə firmanın hesabına köçürülüb. Bunlardan "Ağstafasutikinti" ASC-nin hesabına 4 milyona yaxın vəsait köçürülüb. Rayonda aparılan abadlıq işləri isə mədəniyyət sarayının, icra hakimiyyətinin binasının və rayon kitabxanasının mişar daşları ilə üzlənməsi olub.
Bundan başqa bazara gedən yol təmir olunub. Bir sözlə, rayonun sosial-iqtisadi inkişafı üçün bu qədər vəsaitin ayrılmasına baxmayaraq, Şəmkir Regional Maliyyə İdarəsi həmin vəsaitlərin bir hissəsini bəzi şəxslərlə birlikdə tamam başqa istiqamətlərə yönəldilməsinə rəvac verib. Bununla bərabər, rayonun uşaq bağçaları üçün ərzaq alınmasına ayrılan vəsaitlər də həzmrabedən keçirilir. Bu isə onu deməyə əsas verir ki, Şəmkir Regional Maliyyə İdarəsi büdcə vəsaitlərinə nəzarət edə bilmir. Lakin nədənsə hələ ki, nə Maliyyə Nazirliyi, nə də ki, digər müvafiq qurumlar Şəmkir rayonunda baş verənlərlə bağlı hər hansı bir tədbirə əl atmayıblar...»
Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
• "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40 |
|
|
|
• Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39 |
|
|
|
• Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37 |
|
|
|
• Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22 |
|
|
|
• Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15 |
|
|
|
• “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12 |
|
|
|
• Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08 |
|
|
|
• Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06 |
|
|
|
• Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03 |
|
|
|
• Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
• Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51 |
|
|
|
• “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48 |
|
|
|
• Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
• “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36 |
|
|
|
• Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35 |
|
|
|
• Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28 |
|
|
|
• Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26 |
|
|
|
• İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22 |
|
|
|
• Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21 |
|
|
|
• Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14 |
|
|
|
• Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12 |
|
|
|
• Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05 |
|
|
|
• “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02 |
|
|
|
• "Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51 |
|
|
|
• "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44 |
|
|
|
|