"Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                 

"BANK OF BAKU"NUN "BOXÇA"SINA DÜŞMƏYİN
Tarix: 14-09-2013, 13:25 | Çap et
"BANK OF BAKU"NUN "BOXÇA"SINA DÜŞMƏYİN
Azərbaycanda bankların əksəriyyətinin müştəriləri aldatması artıq adi hal alıb. Çünki dəfələrlə ölkədə fəaliyyət göstərən bəzi bankların müxtəlif vasitələrlə necə fırıldaqlar etdiyini, vətəndaşları aldatmaları barədə araşdırma yazıları dərc etmişik. Araşdırmalar zamanı faktlarla təsdiq olunurdu ki, banklar çox vaxt insanları aldatmaqla məşğuldur. Lakin banklardan şikayət bitmir. Nədən ki, vətəndaşların hüquqları pozulsa da, həmin banklara qarşı heç bir tədbir görülmür. Bu səbəbdən də redaksiyamıza banklar haqqında yenə də şikayət dolu məktublar daxil olur.

“Bank of Baku” tərəfindən hüququnun pozulduğunu bildirən məcburi köçkün Ə.Məmmədov bankın aldadıcı kampaniyaya start verdiyini söylədi. Onun sözlərinə görə, “Bank of Baku” yeni qazanc yolu tapıb, indi də paytaxtın marketlərində “Box'ça” satdırır.

Yəqin bəzi oxucular üçün maraqlı olar ki, bu “Box'ça” nədir? Bu kampaniyanın nə qədər cəlbedici olduğunu bildirmək üçün “Box'ça”nın nə olduğunu elə bankın öz şərtləri ilə təqdim edəcəyik. “Bank of Baku”nun sözügedən kampaniyasında bildirilir ki, “”Box'ça” - sizlərin gündəlik ehtiyaclarını qarşılamaq və rahatlığınızı təmin etmək məqsədilə “Bank of Baku” tərəfindən təqdim olunan yeni məhsuldur. 20 yaşı tamam olmuş hər bir şəxs cəmi 1 AZN ödəməklə “Box`ça” adlı xüsusi qutu ala biləcək”.

“Box'ça”nın daha cəlbedici olması üçün üzərində yazılıb: “Cəmi 1 manata 500 AZN-i cibinizə qoyun”.

“Box'ça”nın içində nə var?

“Box'ça”da hələlik aktiv olmayan Bolkart hissə-hissə ödəniş kartı və ya Pul kredit kartı, kartların aktivləşdirmə şərtləri və aktivləşdirmək üçün ünvanlar var.

“Box'ça”da hansı güzəştlər var?

“Box'ça”nı təqdim edən şəxs nağd pul kreditinə - 2%-lik endirim əldə edir.

Kartı necə aktivləşdirmək olar?

Kartı aktivləşdirmək üçün bankın filiallarına yalnız şəxsiyyət vəsiqəsilə müraciət olunmalıdır.

“Box'ça”nın içindəki məlumatda bildirilir ki, 500 AZN “Box'ça”sı sizə 6 ay müddətinə sərfəli faiz dərəcələri ilə rəsmiləşdirilən 500 AZN məbləğli kredit kartı təqdim edir. Kredit məbləği kartda ayrılır və müştəri növbəti gündən etibarən vəsaiti nağdlaşdıra bilər. Bankın təkrar müştəriləri və rəsmi iş yeri olan şəxslər daha iri məbləğdə (5000 AZN-dək) pul kredit kartı əldə edə bilər. Kreditdən imtina olunarsa, karta görə ödədiyiniz 1 AZN-i ödəniş etdiyiniz məntəqədən ödəniş çekini təqdim etməklə 14 gün (! - red.) ərzində geri ala bilərsiniz.

Mətləbə keçməzdən öncə qeyd edək ki, arayışsız (guya - red.) bolkart və nağd pul krediti “Səbət”, “Bizim Market”, “Fresco”, “Marko Market”, “Əminə Market”, “Bolmart Market”, həmçinin “Computex” və “Ev Elektronics” mağazalarında satılır...

“Bank of Baku”nun “Marko Market”də satdırdığı 500 AZN-lik “Box'ça”nı alan Ə.Məmmədov səhərisi günü bankın Atatürk pr.42 ünvanındakı Baş ofisinə yollanıb: “Bankdakı məlumat bürosuna yaxınlaşıb Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Bankın xanım işçisi dedi ki, Pul kredit kartını aktivləşdirmək üçün Bakıda daimi qeydiyyatda olan vətəndaşlar yalnız şəxsiyyət vəsiqəsini, məcburi köçkünlər isə “Qaçqınkom”dan arayış təqdim etməlidir. Dilxor halda evə qayıtdım. Həftənin şənbə günü olsa da, yaşadığım ərazinin Mənzil-Kommunal İstismar Səhəsində arayışların verilmə günü idi. Odur ki, vaxt itirmədən MKİS-ə yollandım. Ancaq burda da bəxtim gətirmədi. MKİS rəisinin ərazidə olduğunu dedilər. MKİS bazar günü işləmədiyi üçün daha bir gün də gözləməli oldum. İki gündən sonra arayışı əldə edib, nəhayət, ehtiyaclarımı ödəyəcək pulu almaq həvəsilə banka gəldim. Növbəyə durmaq üçün bilet götürüb və 1 saatdan artıq gözləməli oldum. Nəhayət, növbəm çatdı. Sevinclə tabloda stol nömrəsi göstərilən bank mütəxssisinə yaxınlaşıb, 500 AZN-lik “Box'ça”nın Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Və şəxsiyyət vəsiqəsini, MKİS-dən aldığım arayışı (qeyd edək ki, arayışda Ə.Məmmədovun həqiqətən yaşadığı ünvanda müvəqqəti olaraq məcburi köçkün kimi məskunlaşdığı təsdiq edilib - red.) və Pul kredit kartını bank mütəxəssisinə təqdim etdim. Bank mütəxəssisi qarşısındakı sənədləri nəzərdən keçirdikdən sonra sorğu-suala keçdi. Məndən soruşduğu ilk sual “harada işləyirsiniz” oldu. Harada işlədiyimi, ev telefonunun öz adıma olduğunu, ailə üzvlərimin sayını və “Bank of Baku”dan indiyədək kredit götürmədiyimi dedim. Bu sorğu-sualdan sonra qarşısındakı kompüterdə araşdırma aparan bank mütəxəssisi bildirdi ki, bu kampaniya çərçivəsində mənə kredit verə bilməyəcək. Səbəbini soruşanda bank mütəxəssisi qayıtdı ki, vaxtilə həyat yoldaşınız bizdən götürdüyü kreditin ödənişində gecikmələr edib. Bu adamı başa salmağa çalışdım ki, “həyat yoldaşımın vaxtilə kredit ödənişindəki gecikmənin bu məsələyə nə aidiyyəti var axı?! Həmin kredit çox-çox öncə ödənilib qurtarıb. Bir də ki, mən bu müstəqil ölkənin bir vətəndaşıyam. Belə çıxır ki, mənim vətəndaşlıq hüquqlarımı “Bank of Baku” müəyyənləşdirir? Lap deyək ki, ailəmdən kimsə vaxtilə bu bankdan kredit götürüb və ödənişində gecikmələr edib. Onun mənim vətəndaşlıq hüquqlarıma nə dəxli var? Bu gün vaxtilə hansısa bir cinayəti törədən və uzun müddət həbsdə cəzasını çəkərək, azadlığa çıxmış adamın yenidən cəmiyyətdə bir vətəndaş olaraq yer tutmasına çalışıldığı bir ölkədə siz bir bank işçisi kimi mənim hüquqlarımı məhdudlaşdırırsınız ki, kredit verə bilmərik. Bu barədə niyə reklamımızda qeyd etmirsiniz ki, bu krediti kimlər ala bilər, kimlər yox. Reklamınızda bu məlumatı yazsaydınız, vaxtımı sizin yalançı reklamınıza sərf etməzdim... Nə isə... Mən çox dedim, o, az eşitdi. İki ayağını bir başmağa dirədi ki, yox, sizə kredit vermək mümkün deyil. Əlacsız qalıb, əsəblərim tarıma çəkilmiş halda bankı tərk etdim... Onu da deyim ki, bu yalançı reklama aldanan tək mən deyildim. Məndən əvvəlki digər müştəri də bankın “Box'ça” kampaniyası ilə onu aldatdığından şikayətlənirdi ki, bankda müştərilərə arayışsız kredit verildiyini reklam etsələr də, indi məndən işlədiyimi təsdiqləyən sənəd göstərməyimi tələb edirlər, reklamda bütün şərtləri yazsaydılar işimizi bilərdik...”

Əcəba, bəlkə Ə.Məmmədov, elə digər vətəndaşlar da iradlarında haqsızdırlar?

Ancaq müraciət etdiyimiz ekspertlər bankların müştəriləri yalançı reklam kampaniyaları ilə aldatdığını təsdiqlədilər. Ekspertlərin sözlərinə görə, bu gün bankların mütləq əksəriyyəti reklamlarında ya düzgün məlumat yazmırlar, yaxud da natamam məlumat verirlər: “Bu isə istehlakçı hüququnun pozulmasıdır. Çünki reklamı oxuyan müştəri həmin reklama inanıb banka yollanır. Bankda isə məlum olur ki, bu, sadəcə, reklamdır. Çünki bankların həyata keçirdiyi kredit siyasətinin əsasında müştəri yığmaq üçün hazırlanan cəlbedici səslənən reklamlar dayanır. Paytaxt küçələrində, ictimai nəqliyyatda və televiziya vasitələrində “sərfəli kredit” reklamlarına tez-tez rast gəlmək olar. Ancaq bu reklamlardakı qeyd olunanlarla reallıq arasında olduqca böyük fərq var”.

Halbuki bank bir qəpiyini belə, itirməmək üçün müştərilərini seçərkən onları süzgəcdən keçirir, özü də çox xırda gözlüsündən. Ancaq vətəndaşların hüquqlarına gələndə... Sabir demişkən, “qoy mən tox olum, özgələr ilə nədi karim, dünyavü cahan ac olur olsun, nə işim var?!”

İndi yazıq Ə.Məmmədov marketdən aldığı 500 AZN-lik “Box'ça”nı qaytardıqdan sonra 14 gün gözləməlidir ki, 1 manatını geri ala bilsin. Bəs”Bank of Baku”nun 500 AZN-lik “Box'ça”sına sahib olmaq üçün Ə.Məmmədovun arayışa verdiyi 1 manatı, sərf etdiyi zamanı, gərilən əsəblərini, sağlamlığını kim geri qaytaracaq?! Bu barədə pulunuzu sayıb qurtarandan sonra da düşünməyə dəyər, cənablar!..
\ tezadlar \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru