Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                 

CAVİD QURBANOVUN QARANLIQ KEÇMİŞİ
Tarix: 3-09-2013, 11:54 | Çap et
CAVİD QURBANOVUN QARANLIQ KEÇMİŞİ
Ötən günlərdə Xaçmaz rayonundan reportaj dərc olunmuşdu. Həmin reportajda rayonun bir neçə kafesində əxlaqsızlıq yuvasının olmasını qeyd etmiş və bu məsələdə rayon polis rəisinin adının hallandığını bildirmişdik. Videosüjetlə təsdiqlənən reportajımız deyəsən hədəfə dəyib. Çünki qarşı tərəfin narahatlığı o həddə çatıb ki, həmkarlarımızdan da istifadə edib. Dünən moderator.az saytında yer alan yazı ilə guya bəraət qazanıblar.

Üzürü qəbahətindən betər cavab

Həmin yazını olduğu diqqətinizə çatdırırıq: “Bəzi internet saytlarında Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin ünvanına həqiqətəuyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatda polis rəisinin guya rayonda əxlaqsızlıq yuvalarına arxa durduğu iddia olunur. Moderator.az-ın bölgə müxbirinin araşdırması zamanı isə bu iddiaların yalan olduğu üzə çıxıb. Belə ki, polis rəisini əxlaqsızlıq yuvası saxlamaqda ittiham edən şəxsin özünün bu işin sahibi olduğu üzə çıxıb. Həmin adam rayon ərazisində çalışdırdığı kafeni sonradan əxlaqsızlıq yuvasına çevirib. Buna isə rayon polis şöbəsi haqlı olaraq imkan verməyib. Bu qadağadan sonra həmin şəxs bəzi xəbər saytlarına böhtan xarakterli məlumatlar göndərib. Həmin saytlar isə bu xəbərləri araşdırmadan yayınlayıb.
Moderator.az-ın araşdırması zamanı bəlli olub ki, bu məlumatları yayan şəxs əvvəllər məhkumluq həyatı da yaşayıb. Uzun zaman axtarışda olan bu adam Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatı nəticəsində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin qərarı ilə o, Cinayət Məcəlləsinin 178.3 maddəsi (Dələduzluq)ilə ittiham olunub.
Görünür, dələduzluq əməllərinin ifşa olunduğuna görə çirkli pul qazana bilməyən bu şəxs indi insan alveri ilə özünə pul toplayır. Araşdırmamız zamanı onu da öyrəndik ki, Xaçmaz rayonu Şimal bölgəsində cinayətlərin azlığına və açılmasına görə digər rayonlardan öndədir.”
Bizim həmkarlarımızı hədəf almaq niyyətimiz yoxdu. Yazmaq (doymaq) hər kəsin haqqıdır (arzusudur). Amma məsələ araşdırmaya və keçmişi xatırlatmağa qalarsa....
Gundemxeber.az «Azəryolservis»in rəhbəri, millət vəkili Cavid Qurbanovla bağlı redaksiyamızın ünvanına ilginc faktlardan ibarət məlumat daxil olub. Məlumatı ötürən şəxs Cavid Qurbanovun fəaliyyətini, hətta onun həyat tərzini qaranlıq və saxta adlandırır. Mənbə bildirir ki, Cavid Qurbanov Kəlbəcərdə orta məktəbdə oxuyarkən bilik və bacarığı orta səviyyədən aşağı olub.

Vəzirov faktoru

Millət vəkilinin atası Qəmbər Qurbanov həmin illərdə Kəlbəcər rayonunun XDS-nin sədri olması Cavid Qurbanova ali təhsil ocağını bitirməkdə yardım edib. Mənbə qeyd edir ki, millət vəkili o vaxtkı Şamxor rayonunun Seyfəli kəndində xala və dayıları hesabına rüşvətlə hərbi xidməti başa vurub. Sonradan Əbdülrəhman Vəzirovun Azərbaycan MK-nin birinci katib təyinatı və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohum olması Cavid Qurbanovu ilk vəzifəyə gətirib. Bakının Maştağa qəsəbəsində qaraj müdiri vəzifəsində çalışan Cavid Qurbanov indiki kimi dövlətin əmlakını talamaqla məşğul olub.

Mütəllibovla yaxınlıq və çevriliş

Ayaz Mütəllibov dövründə isə onun bayrağı altına keçən hörmətli millət vəkili Azərbaycanın birinci prezidentinin xatirinə Maştağaya «qaynana» yolu çəkdirir. Bununla da münasibətlərini Ayaz Mütəllibovla yaxşılaşdıran Cavid Qurbanov xal qazanır. Mənbə iddia edir ki, Cavid Qurbanovun yaxın qohumları Azərbaycanda silahlı yolla dövlət çevrilişini həyata keçirmək istəyən Sürət Hüseynovun silahlı dəstəsinə rəhbərlik edən Romik və Pərvin adlı şəxslərlə əlbir olublar və mərhum prezident Heydər Əliyevin həyatına sui-qəsd planlaşdıran bir qrup hərbiçilərlə birləşən və Qəmbər Qurbanovla çiyin-çiyinə çalışan Rəfael Hüseynov, Maştağalı Tərlan və Ağa adlı hərbi cinayətkarlardan ibarət dəstə ilə birgə planlar çözüblər.

Qaçaqlıq illəri

Mənbə daha sonra bildirir ki, Cavid Qurbanov mərhum prezident Heydər Əliyev dönəmində də yaltaqlıqla mühüm post tutub. Lakin mərhum dövlət başçısı o vaxtkı «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti Cavid Qurbanovu tutduğu postdan azad edib. Özü də mərhum dövlət başçısının Cavid Qurbanovla bağlı fərmanında belə yazılıb: «Cavid Qəmbər oğlu Qurbanov işdə yol verdiyi və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan respublikası «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin». Bu cür fərman o zamankı hökumətdə indiki millət vəkilinin həbsi demək olub. Elə bu baxımdan da Cavid Qurbanov canını qurtarmaq üçün Rusiyaya qaçıb. Bir müddət Rusiyada gizlənən, beynəlxalq axtarışda olan Cavid Qurbanov Mahir Cavadovla sıx əlaqələr quraraq dövlət çevrilişi və mərhum prezident Heydər Əliyevə sui-qəsd planları hazırlayırmışlar. Hətta Mahir Cavadovla Cavid Qurbanov xarici dövlətlərdə peşəkar «killer» axtarışına da çıxıblarmış.

Yenidən kreslo başında

Sonda bu planların baş tuta bilməyəcəyini anlayan Cavid Qurbanov yenidən kanallarını işə salaraq Ziya Məmmədovun köməkliyi ilə mərhum prezident Heydər Əliyevə yalvarıb-yaxararaq əfv diləyib və bağışlanıb. Tezliklə varidat sahibi olan Cavid Qurbanov ölkədə oliqarx-məmurlar sırasına qatılıb.

İbrahimovlarla qalmaqal

Hörmətli millət vəkili ilə bağlı ilginc məlumatlar bununla tükənmir. Belə ki, Cavid Qurbanovla ATV kanalının sədri arasında da qalmaqal yaşanıb. Buna səbəb isə Cavid Qurbanovun vaxtı ilə Tağı İbrahimova hədiyyə etdiyi «Texnika-A» şirkətini yenidən geri istəməsidir. Bu şirkət iri dövlət layihələrinin icrası zamanı sahib olduğu texnikanı icarəyə verməklə məşğuldur. Bəs, nədən Cavid Qurbanov ona milyonlarla qazandıran bu şirkəti Tağı İbrahimova hədiyyə edib? Söhbət ondan gedir ki, vaxtı ilə Cavid Qurbanov Tağı İbrahimovun münasibətləri çox yaxşı olub. Bu münasibətlər get-gedə daha da sıcaqlaşıb və Cavid Qurbanovla Tağı İbrahimov arasından su keçməyib. Amma «Texnika-A»-nın Tağı İbrahimova hədiyyə edilməsinin səbəbi təkcə bu deyil. Biz bunun gerçək səbəblərini bildiyimizdən sadəcə məişət məsələsi olduğuna görə qəzetimizdə açıqlamırıq. «Texnika-A» Tağı İbrahimova hədiyyə edildikdən qısa müddət sonra o, şirkəti bacısı oğlunun adına rəsmiləşdirib. Lakin indi Tağı İbrahimovla Cavid Qurbanovun arası dəyib və onların münasibətlərində soyuqluq yaranıb. Bu baxımdan «Azəryoservis»in rəhbəri «Texnika-A»nı geri qaytarmaq istəyir. Artıq bu barədə Tağı İbrahimova dəfələrlə xəbər göndərilib. Ancaq ATV-nin prezidenti Cavid Qurbanova rədd cavabı verib. Cavid Qurbanov isə «Texnika-A»nı geri qaytarmaqda israrlıdır. Onun bu məqsədinə nail olub-olmayacağını isə zaman göstərəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru