Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                 

İCRA BAŞÇISINA SÖYKƏNƏN “BESPREDEL”...
Tarix: 26-08-2013, 12:15 | Çap et
İCRA BAŞÇISINA SÖYKƏNƏN “BESPREDEL”...
GÖRƏSƏN, RÖVŞƏN BAĞIROV BU RAYONU HANSI QANUNLARLA İDARƏ EDİR?

DİA.AZ: - Redaksiyamıza bu dəfə Lerik rayonu, Züvüc kənd sakini Almazova Gülbəsdə Fərman qızı tərəfindən ünvanlanmış məktubda, yenə də rayonun icra başçısının fəaliyyətinə, daha dəqiq decək fəaliyyətsizliyinə dair ciddi ittihamlar irəli sürülür. Etiraf etmək lazımdır ki, ölkəmizin bu ucqar cənub bölgəsində gedən proseslər artıq uzun müddətdir ki, bu və ya digər formada ictimaiyyətin diqqətini cəlb edir. Lakin bu maraq heç də rayonun dinamik iqtisadi inkişafı və yaxud da bölgənin sürətlə aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi ilə təmin olunmayıb.

Lerik rayonu bu deyilənlərin reallaşması üçün lazımi potensiala malik olsa da, yerli icra strukturlarının səriştəsizliyi və yarıtmaz fəaliyyəti hətta buranın yerli sakinlərini belə həll olunmamış sosial-məişət problemləri əhatəsində yaşamağa məhkum edib. Yəqin elə bu səbəbdən də respublikanın əksər digər bölgələrində yüksək dinamika ilə həyata keçirilən abadlıq və quruculuq işlərinin fonunda Lerikdə müşahidə olunan tənəzzül və geriləmələr heç kəsi təəccübləndirmir. Ara-sıra hesabatlarda qeyd olunmaq xatirinə görülən bəzi təmir-abadlıq işləri isə, son nəticədə mənimsənilmiş dövlət vəsaitlərini bölə bilməyən məmurların qarşıdurmaları ilə yadda qalır.

Xatırlayırsınızsa bir müddət əvvəl DİA.AZ tərəfindən belə insidentlərdən birinin araşdırılmasına həsr olunmuş material da dərc olunmuşdu. Yazıda Lerik rayonunda bəzi binaların əsaslı təmiri zəminində yaranmış müəyyən problemlər müzakirəyə çıxarılmışdı. Materialda bildirilirdi ki, bir müddət əvvəl Lerikdə aparılan yenidənqurma və abadlıq işlərində Sabir Bəxşəlyeiv adlı şəxs yaxından iştirak edib. Görülən işlərin icraçısı kimi isə Rövşən Bağırovun qardaşı Fərhad Bağırov təqdim olunub.

Həmin layihənin smeta dəyəri ilə qiymətini ödəyən şəxs qismində ARDNŞ çıxış etmişdi. Layihə çərçivəsində Lerik rayon Mədəniyyət evi tam təmir olunmuş; 1 saylı orta məktəbin, musiqi məktəbinin, xəstəxananın isitmə sistemləri tam təmir olunmuş və ya yenidən qurulmuşdu. Redaksiyamıza daxil olan məlumatlarda ümumilikdə görülən işlərin smeta dəyəri təqdim olunmasa da, bildirilir ki, rayon mədəniyyət evində görülən işlərin smeta dəyəri 485000 (dörd yüz səksən beş min) manat qiymətləndirilmişdi. Fərhad Bağırovun icraçı kimi fəaliyyəti nəticəsində əldə etdiyi gəlir isə 160000 (yüz altmış min) manat məbləğində qiymətləndirilirdi. İrəli sürülən və şikayətin əsas mahiyyətini əks etdirən əsas iddia isə bundan ibarət idi ki, birgə fəaliyyətə başlanmazdan əvvəl Fərhad Bağırovun və Sabir Bəxşəlyeivin arasında əldə olunacaq gəlirin 50%-in 50%-ə nisbətində bölünəcəyi barədə razılığa gəlinib. Nəzərdə tutulmuş işlərin görülüb başa çatmasından və ödənişlərin həyata keçirilməsindən sonra isə Fərhad Bağırov ilkin söylədiklərini təkzib edərək işdən gəlirin yalnız 52000 (əlli iki min) manat təşkil etdiyini bildirmişdi. Sonda isə F.Bağırov hətta özünün birtərəfli şəkildə müəyyən etdiyi bölgü ilə də razılaşmayaraq ümumiyyətlə hər hansısa bir məbləği ödəməkdən imtina etmişdi...

Göründüyü kimi Lerikin ucqar rayon olmasını şərtləndirən coğrafi mövqeyi, burada əliəyri məmurların at oynatmaları üçün kifayət qədər əlverişli şərait yaradır. Bu arada bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, deyilənlər heç də rayonda ümumiyyətlə iş görülmədiyi anlamına gəlməməlidir. Əksinə, ölkə mətbuatında yayımlanan məlumatlarda da dəfələrlə vurğulanıb ki, Lerikdə mütəmadi olaraq müxtəlif xarakterli əyləncə mərkəzlərinin açılması işini rayonun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəxsən xüsusi diqqət mərkəzində saxlayır. Lakin problem bundadır ki, bu mərkəzlər bölgədə turizmin inkişafı, əhalinin rifahının yüksəldilməsi məqsədlərinə deyil, bəzi imkanlı şəxslərin şübhəli əyləncələrinin təmin olunmasına və əlbəttə ki, rayon rəhbərliyinin varlanmasına xidmət edir. Həmçinin bu problemlərin yaranmasında Lerik rayonundan Milli Məclisin deputatı İqbal Məmmədovun da xüsusi rolu olduğu qeyd olunur. Bu xüsusda kütləvi informasiya vasitələrinə narazı vətəndaşlar tərəfindən təqdim olunan müraciətlərdə bildirir ki, icra başçısı rayon sakinlərinə aid pay torpaqlarını, dədə-baba torpaqlarını ayrı-ayrı şəxslərə necə gəldi satmaqla məşğuldur: “Rövşən Bağırov Lerik camaatının ata-baba yurdunu belə satmaqdan çəkinmir. Bu gün yüzlərlə lerikli məhkəmə qapılarında qalıb. Səbəb isə birdir. Torpaqları əllərindən alınıb və kimlərsə həmin yerlərdə istirahət mərkəzi və yaxud da priton inşa etdirib. Biz sizin mətbuat orqanı vasitəsilə icra başçısına sözümüzü çatdırmaq istəyirik. Başqa bir yolumuz yoxdur. Çünki bu gün Rövşən Bağırovu Lerikdə tapmaq böyük müşküldür. Qoy, o, eşitsin ki, Lerikdəki özbaşınalıqlarına son qoymazsa, qədim ənənələri olan rayonda əxlaqsızlığı təbliğ edən əyləncə yerlərini inşa etməklə vətəndaşların əsəblərini korlamağa davam edərsə, ona qarşı biz rayon sakinləri ayağa qalxıb, Qubada, İsmayıllıda olduğu kimi, onun istefasına nail olacağıq.”

Elə Gülbəsdə Almazovanın DİA.AZ-a ünvaladığı şikayət məktubunda da rayon rəhbərliyinin fəaliyyətindən ciddi narazılıq ifadə olunur: “Son bir neçə ildə Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin qeyri-rəsmi olaraq Lerik rayonuna kuratorluq etməsi rayonda Müstəqil Azərbaycan Respublikasının qanunlarının işləməməsinə səbəb olmuşdur. Bir tərəfdən də Rövnəq Abdullayevin tələbə yoldaşı İqbal Məmmədov Lerik rayonundan deputat “seçildi”. Bir qədər də dəqiq desək, Rövnəq Abdullayevin təşəbbüsü ilə bu məsəslə həyata keçirildi. İqbal Məmmədov özü də fürsəti əldən vermədi. Lerikdə hamı onu, yəni İqbal Məmmədovu, Lerikin qubernatoru kimi tanıyır. Ona görə də İqbal Məmmədov öz nüfuzundan tam açıqlığı ilə istifadə edir. Rayonda kadr məsələləri İqbal Məmmədovun şəxsi diktəsi ilə həyata keçirilir. Qanun, həqiqət tamamilə yaddan çıxıb.”

Bundan başqa isə vətəndaş həm də ailə üzvlərinin vəaifəli şəxslər tərəfindən təqib və təzyiqlərə qaldığını iddia edir: “Hər bir ailədə problemlər yaşanır. Bizim ailəyə də birbaşa İcra başçısının təzyiqi ilə qara yaxılmış, oğluma böhtan atılmışdır. Oğlum Azad Əliyevin heç bir günahı olmadan şərə düşmüşdür. Bir qədər dürüst desək, icra başçısının yaxın qan qohumlarının hesabına ailəmizin büdcəsinə min manatlarla ziyan dəyib. Hələ onun mənəvi tərəfini demirəm. Azərbaycan Respublikasının bütün orqanlarına yazdığım müraciətlərə də baxılmır. Prezident Aparatına, Milli Məclisə, Nazirlər Kabinetinə və Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyim ərizələrə mənim adımdan başqaları izahat yazır. Daha doğrusu, Lerik rayon İcra Hakimiyyəti vətəndaşlara qarşı bu nankor addımı atır. Artıq cana doymuşuq. Qonşu rayonlardan da məktub və teleqramlarımızı göndərə bilmirik. Minbir bəhanə tapırlar. Dolayı yollarla müraciətlərimizin paytaxta getməsinə maneçilik törədirlər. Dərdimizi deməyə yer tapa bilmirik...”

Qeyd edək ki, Lerikdə yerli sakinlərin müraciətlərinə etinasızlıq problemi müxtəlif mətbu orqanlarında dərc olunan materiallarda da öz əksini tapır: “Rayon sakinləri dərdlərini demək üçün başçının qapısına getsələr də, onunla görüşə bilmirlər. Deyilənlərə görə, R.Bağırovu iş yerində tapmaq çətin məsələdir. Ya Bakıda olur, ya da Lerikdəki «Relax» istirahət mərkəzində. Rayonda tapılmayan Rövşən Bağırovu isə onun birinci müavini Cəlil Baxşıyev əvəz edir. Bu yaşlı-başlı kişini də icra başçısı kimi, rayonun problemləri yox, özünkülər maraqlandırır. Elə bu səbəbdəndir ki, hal hazırda Lerikdə əksər vəzifələrin birinci müavininin qohumlarında olduğu deyilir. Hətta o da bildirilir ki, Cəlil Baxşıyev bir çox hallarda icra başçısı ilə hesablaşmayaraq, özünün bildiyi kimi hərəkət edir. Bəzi məlumatlara görə, tərəflər arasında narazılıqlar da yaranıb.” Yeri gəlmişkən Lerikin ən səfalı guşələrindən birində yerləşən «Relax» istirahət mərkəzi də məhz şübhəli fəaliyyət növü ilə yerli sakinlərin narazılığını doğuran məkanlardandı. Məlumatlarda bu da bildirilir ki, yerli mənbələr mərkəzin əsil sahibinin İqbal Məmmədov olduğunu iddia edirlər.

Bu arada isə kütləvi informasiya vasitələrində yenidən Lerik RİH-nin başçısı Rövşən Bağırovun vəzifəsindən alınacağı ehtimalını ifadə edən məlumatlar yayımlanmağa başlanıb. Məlumatlarda bildirilir ki, yerli sakinlərin son həddə çatmış narazılıqları da nəzərə alınaraq, yaxın vaxtlarda Lerik rayon icra hakimiyyətinin başçısının vəzifəsindən azad ediləcəyi gözlənilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru