TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                 

MƏHƏMMƏD PEYĞƏMBƏRİN QIZINA VERDİYİ CEHİZ...
Tarix: 22-08-2013, 12:29 | Çap et
MƏHƏMMƏD PEYĞƏMBƏRİN QIZINA VERDİYİ CEHİZ...
“Biz tərəfdə oğlan toyu olmamış gəlinin gətirdiyi cehizlə evi bəzənir və sonra cehizə baxmaq üçün qonşular, qohumlar hədiyyə ilə evə gəlirlər. Bu mərasimə el arasında “cehizə baxdı” deyilir. Özü də cehizə baxdı zamanı elə etmək lazımdır ki, gəlinin gətirdiyi bütün əşyalar üzdə olsun. Buna görə də şkafların qapıları, çəkəcəkləri açıq qalır. Hətta yeni gəlmiş soyuducunun da qapısı açıq qalır ki, içərisi yaxşı görünsün. Yorğan-döşək yükünün üstü də açıq saxlanılır ki, gəlinin neçə dəst gətirdiyi və hansı materialdan olan parçadan üzləndiyi görünsün”.

Bu sözləri bizimlə söhbətində Sabirabaddan olan müsahibimiz Aygün bildirdi. Aygün deyir ki, məhz buna görə toydan əvvəl qız evi, xüsusilə qız stress keçirir: “Çünki el-aləm yığışıb cehizə baxmağa gəlir. Nəsə xoşagələn olmayanda bunu hansısa yolla qayınananın nəzərinə çarpdırırlar. Qayınana da toydan sonra bunu üstüörtülü, ya açıq formada gəlinə çatdırır. Bu da gəlinə pis təsir edir. Buna görə də biz tərəflərdə hamı çalışır ki, cehizlik əşyaları ən yaxşısından olsun”.

“Filankəs bunu cehiz gətirib”

Təəssüflər olsun ki, Aygünün dediyi adət-ənənə yalnız Sabirabadda deyil, Naxçıvanda, Siyəzəndə, Dəvəçidə, Qubada və digər rayonlarımızda da var. Yalnız Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərində bu adət-ənənəyə hamı riayət etmir, yəni iri şəhərlərimizdə bu cür qaydalar yavaş-yavaş unudulmaq üzrədir.

Psixoloq Dəyanət Rzayev bu yaxınlarda Lənkəranda cehizə görə intihar edən qızı xatırladaraq bildirdi ki, xüsusilə bölgələrdə hələ də keçmişdə yaşayırıq: “İntihar hadisəsi bölgələrdə maariflənmənin olmaması ilə bağlıdır. Əslinə qalsa, burada söhbət konkret olaraq cehizdən getmir. Qız uşaqlıqdan gözünü açıb görüb ki, xalaları, bibiləri, anası cer-cehizdən danışıblar, “filankəs bunu cehiz gətirib”, “beşmənkəs bu qədər cehiz gətirib” kimi sözlər eşidib. Buna görə də bu dünya o qız və onun kimi qızlarımız üçün cehizdən ibarətdir. Təəssüflər olsun ki, xüsusilə bölgələrdəki qızlarımızın əksəriyyəti düşünür ki, xoşbəxtlik ərə getməkdə, yaxşı cehiz aparmaqdadır. Onlar üçün əsas o deyil ki, kiminlə ailə qururlar – narkomanlamı, oğru-quldurlamı”.

Psixoloq deyir ki, dünyaya dar çərçivədən baxan bu cür qızlar üçün dünya ailə qurmaq və cehiz aparmaqdan ibarət olduğu üçün, istədiyi kimi cehiz olmayanda onların bütün illüziyaları, xəyalları alt-üst olur və depressiv bir vəziyyətə düşürlər. Cehiz ucbatından dağılan ailələrin də olduğunu deyən D.Rzayev bunu da insanların dünyagörüşünün, mədəni səviyyəsinin aşağı olması ilə əlaqələndirdi: “Bu, insanların, həm qız, həm də oğlan tərəfinin mədəni səviyyəsi ilə ölçülən bir məsələdir. Əgər qızın imkanı yoxdursa, oğlan tərəf, ümumiyyətlə cehiz istəməməlidir. Yəni normal ailələrdə cehiz ailələrin içərisinə nifaq salmamalıdır. Konkret olaraq tanışlarımızdan biri 20-25 il əvvəl rəngli televizora görə xanımından boşandı. Səbəb o idi ki, oğlanın anası oğlu üçün cehiz kimi rəngli televizor gətirəcək qız tapmışdı. Bir televizor üçün bir ailə dağıldı. Təəssüflər olsun ki, bu gün bizim dəyərlərimiz bunlardan ibarətdir. Dünya cehizin başında fırlanmalı deyil”.

“Azərbaycan ailələrinin əksəriyyətində gərginlik var”

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, cehiz bizdə şöhrət, ailələrin özlərini sübut etmə yarışmasına çevrilib: “Hər bir qızın cehizi onun ağlı, isməti, mədəniyyətidir, ailə daxilində yaradacağı gözəl işıqdır. Əvvəllər də bizdə cehiz olub, amma 50-60-cı illərdən bu, başqa bir şəkildə formalaşıb. Bu o vaxtlar idi ki, insanlar müharibədən çıxmışdı, təzə-təzə kasıbçılıqdan qurtulurdular, maddiyyat ön tərəfə keçmişdi. Elə o vaxtdan cehiz məsələsinə önəm verilməyə başlandı”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, bu, xoşagəlməz, insanlığın inkişafına, tərəqqiyə dəxli olmayan məsələdir: “Düzdür, qızın valideynləri simvolik olaraq ailəyə kömək üçün kiçikcik nələrsə versə, bu yaxşıdır. Amma təəssüflər olsun ki, bizdə cehiz məsələsi anormal bir vəziyyət almaqdadır. Bu, mədəni insan üçün yaxşı göstərici sayılmır. Bəzən oğlanın valideynləri qızı yaxşı cehizinə görə istəyirlər. Təəssüf ki, cehiz ailələrin qurulmasında müəyyən rol oynayır, ailə quran qızların ən mühüm göstəricilərindən biri sayılır. Amma hər bir ailəni xoşbəxt edən cehiz deyil, cütlüklərin bir-birinə mənəvi baxımdan nə dərəcədə yaxın, dəstək olmasıdır. Heç vaxt cehiz ailəni xoşbəxt edə bilməz. Hətta ər-arvad boşanarkən cehiz mübahisə predmetinə çevrilir”.

Hazırkı dövrdə Azərbaycan ailələrinin əksəriyyətində böyük bir gərginliyin olduğunu deyən Ə.Qəşəmoğlu bunu ailələrdə maddi amillərin önə keçməsi ilə əlaqələndirdi: “Tarix göstərir ki, harada maddiyyat ön plandadırsa, orada gərginlik olur”.

Kiçik müharibəyə səbəb olan cehiz

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirdi ki, bəzən cehiz iki gəncin ayrılmasına səbəb olur: “Biz konkret belə faktlarla qarşılaşmışıq, cehiz üztündə ayrılan qızlar bizdə psixoloji yardım alıblar. Oğlan evi tələb edib ki, qız konkret olaraq filan firmanın mebellərini almalı, filan cehizləri gətirməlidir. Nəticədə bunları ödəyə bilməyən qızın valideynləri nişanı pozmağa məcbur olublar. Təəssüflər olsun ki, cehiz problemi zamanı gənclər bir kənarda qalır, cehiz kiçik müharibəyə çevrilir. Ortada hətta vaxtı təyin edilmiş toy da təxirə salınır”.
M.Əzizovanın fikrincə, bunların hamısı cahillikdən irəli gəlir: “Valideynlər nəyin onların övladlarına xoşbəxtlik gətirəcəyini bilmədiklərindən, yeni qurulan ailələrdə maddiyatı ön plana çəkirlər. Qız tərəf də imkansızdırsa, nəticə acınacaqlı olur”.

Peyğəmbərimiz qızına nə verib?

Bəs İslam dinində bu məsələ necə tənzimlənir? Dinşünas Elşad Mirinin sözlərinə görə, İslam dini cehiz məsələsini adətlərə buraxıb: “Dində ümumiyyətlə, cehiz, başlıq pulu kimi söhbətlər yoxdur. Cehizlə bağlı dində nə bir əmr, nə bir tövsiyə var. Bunlar sadəcə olaraq adətlərə buraxılıb. Ümumiyyətlə, cehizdə əsas məqsəd odur ki, yeni qurulmuş ailəyə kömək kimi hər iki tərəf arasında razılaşdırılmış bir şey olmalıdır. Amma bizdə cehiz vermək borc xarakteri daşıyır. Elə bil ki, qız tərəfin oğlan tərəfinə belə bir borcu var. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Lənkəranda intihar edən qız da yəqin fikirləşib ki, onun həmyaşıdları daha yaxşı cehiz aparır, getdiyi yerdə onun apardığı cehizi başına qaxınc edəcəklər, buna görə də intihara əl atıb”.

E.Miri Məhəmməd peyğəmbərin qızına cehiz kimi çox mütəvazi, cüzi bir şeylər verdiyini dedi: “Peyğəmbərimiz bu cehizi sadəcə həmin ailəyə dəstək məqsədi ilə bağışlamışdı”.

Qeyd edək ki, peyğəmbərin qızı Fatimə ailə qurarkən cehiz kimi bu əşyaları aparıb: üç ədəd döşək, bir xalça, bir yastıq, iki unüyüdən, bir su dərisi, bir su stəkanı, bir ələk, bir dəsmal, bir kilim, xurma yarpağından hörülmüş bir sidr, iki paltar, uzunlamasına örtdüklərində ayaqları, enləməsinə örtdüklərində başlarını açıqda buraxan bir kiçik yorğan.

Lalə Musaqızı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru