Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                 

AVROPA MƏHKƏMƏSİNƏ BAKIDAN DAHA BİR ŞİKAYƏT
Tarix: 19-08-2013, 10:46 | Çap et
AVROPA MƏHKƏMƏSİNƏ BAKIDAN DAHA BİR ŞİKAYƏT
57 yaşlı Fatma Əsgərova uzun illər yaşadığı Səbail rayonu, Hacıbabayev qardaşları küçəsindəki evindən bir günün içində köçməyə məcbur olub. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri 2011-ci ildə ona evindən çıxmaq üçün 1 gün vaxt veriblər. Onlar səbəb olaraq, Bayraq Meydanının ərazisinin genişləndirilməsini göstəriblər. Qadın da gecəyə qədər evinin mebellərini şəxsi vəsaiti ilə tutduğu maşınla kirayə evə daşıyıb:
“Köçəndən sonra mebellərimi satdım. 8-9 ay kirayə qaldım. Kirayə pulunu özüm ödədim. Indiyə kimi mən mebelsiz oturmuşam. Orada mən arxayın idim ki, mənim hər şəraitim var, bundan sonra ancaq xəstəliyimi müalicə etdirəcəyəm. Elə vəziyyətə gəlib çıxmışam ki, bilmirəm, evi düzəldim, yoxsa borca girim?”
F.Əsgərovanın 39 kvadrat metrlik evinin hər kvadrat metrinə 1500 manat kompensasiya verilib. O, bu pulla razılaşmasa da, məcburi şəkildə evindən çıxarılıb. Fatma xanım 7-ci mikrorayonda təmirsiz evdə yaşayır. Indi onun nə mebeli, nə də təmir üçün pulu var. Deyir ki, yaxınlarda bankdan kredit götürüb evinin təmirinə başlayıb: “Bu evə qeydiyyata da düşməmişəm. Imkanım da çatmır ki, qeydiyyata düşüm. Hələ də sökülmüş evimdə qeydiyyatdayam”.
Fatma xanım əvvəlki evindən danışanda şəraitindən razılıq edir. Deyir ki, günlərin birində 57 yaşında küçəyə atılacağını heç ağlının ucundan da keçirməyib: “Neft şirkətində çalışmasaydım, bəlkə yenə də küçələrdə idim.
50 yaşdan sonra şəxsiyyət vəsiqəsi dəyişilməlidir. Mən dəyişməmişəm deyə havadayam. Bu gün-sabah seçkilər olacaq, mən harada səs verəcəm, bilmirəm".
Fatma Əsgərova evdə tək yaşayır. Deyir ki, bu günə qədər şəraitini yaxşılaşdırmaq üçün borca düşüb və hələ də borc ödəyir: “Şəhər adamı olasan, köçəri kimi yaşayasan... Heç olmasa, oradan çıxardıqlarını müvəqqəti qeydiyyata alsınlar”.
Hacıbabayev qardaşları küçəsində yaşayan digər sakin Aytəkin Əliyeva da eyni səbəblə evindən çıxarılıb. O da bir günün içində mebellərini daşıyıb, yerləşməyə mənzil axtarıb. Evi 39 kvadrat metr olsa da, ona 37 kvadrat metrin pulunu veriblər: “Mən çıxarılanda məhkəmə qərarı yox idi. Mənim evimin 2 kvadrat metrinin pulunu kəsdilər, vermədilər. Texniki pasportda 39 kvadrat metr yazılmışdı, amma qeydiyyat şəhadətnaməsində 37 kvadrat metr qeyd edilmişdi deyə, pulumu vermədilər. Ev söküləndən sonra 2 ay kirayə qaldıq. Bir ayın pulunu dövlət verdi, o biri ayın kirayəsini mən verdim”.
A.Əliyeva indi Dövlət Statistika Komitəsinin arxasındakı binada yaşayır. 40 kvadrat metrlik mənzili var, amma təmirsizdir: “Ora öyrəşmişdik, şəraiti daha yaxşı idi. Uşaq da istəyir ki, ora getsin”.
F.Xoşginabi küçəsində yaşayan Natalya Vladimirovna qazı, suyu, işığı kəsiləndən sonra azyaşlı övladının xəstəliyinə görə evinin söküntüsü üçün təklif olunan məbləğlə razılaşmalı olub. Ona verilən 41 min manata 8-ci Kilometr qəsəbəsində 1 otaqlı mənzil alıb. Həmin mənzildə isə yalnız azyaşlı oğlu ilə yaşamaq məcburiyyətində qalıb. Digər iki övladına yaxın qohumu baxır. N.Polovinka sadəcə, kompensasiya istəyir. Bu pulla bir otaqlı mənzilini iki otaqlı edib digər övladlarını da yanına gətirmək üçün...
N.Polovinka sökülən mənzilinin ona nənəsindən qaldığını deyir. Onun evinin sahəsi mənzilin qeydiyyat şəhadətnaməsində 29 kvadrat metr olsa da, evin sahəsi azaldılaraq 27 kvadrat metr hesablanıb. Verilən vəsait də məhz azaldılan sahəyə uyğun olub.
Abdulxaliq Hüseynov Səbail rayonu, Aqil Quliyev küçəsi 5 ünvanında yaşayıb. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində evini itirən insanlardan biri də odur. Evinə gələn çoxsaylı bildirişlərdə adının və soyadının yazılmadığını deyir. Bayraq meydanı tikilən ərəfədə o, evindən köçürüləcəyindən xəbərsiz olub.
Səbail rayon Aqil Quliyev 5, Hacıbabayev qardaşları və F.Xoşginabi küçəsinin 19 nəfər sakini Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verib. Onlar təzyiqlər altında alqı-satqı müqaviləsini imzaladıqlarını bildiriblər. Sakinlər məhkəmədən xahiş ediblər ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, evin bərpası və dəymiş mənəvi zərərin əvəzi ödənilsin. Şikayətçilərin vəkili Şəfa Camalzadə “Azadlıq”a deyib ki, yerli məhkəmələrin heç biri sakinlərin iddiasını təmin etməyib: “Alqı-satqı müqavilələri məcburi şəkildə bağlanıb. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndəsi Zülfəli Ismayılov dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən şəxsləri təhdid edərək, razılaşmayacaqları halda, işlərini itirəcəklərini deyib. Sakinlərin evlərinin hər kvadrat metri 1500 manatdan hesablanıb. Bu müqavilələrin ləğvini və hər kəsə 20 min manat mənəvi zərərin ödənilməsini məhkəmədən xahiş etmişdik. Amma iddiamız təmin olunmadı”.
Vəkil işlərin Avropa Məhkəməsinə hazırlandığını çatdırıb.
Bakı Şəhər Icra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova isə “Azadlıq”a suallarımızı cavablandıra bilməyəcəyini dedi: “Hüquqşünaslarımız bu işlə məşğuldurlar. Onlar da məzuniyyətdədir deyə, cavab verə bilməyəcəklər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru