YAŞILLAŞDIRMA BİRLİYİ BAKINI YAŞILLIQSIZ QOYUR
Tarix: 1-08-2013, 09:45 | Çap et
Əhalinin yay aylarında istirahət üçün müraciət etdiyi yerlər arasında parklar sözsüz ki, əsas yerlərdən birini tutur. İnsanlar işin yorğunluğunu, stressi bədənlərindən çıxarmaq üçün asudə vaxtlarında parklara üz tutub dincəlirlər. Parklar istirahət üçün o baxımdan önəmlidir ki, burda yaşıllıqlar daha çox üstünlük təşkil edir. Və dincəlməyə gələnlər həmin yaşıllıqlara, müxtəlif ağaclara baxıb daxilən rahatlaşırlar. Ancaq təəssüf hissilə bildirmək istəyirik ki, son bir neçə il ərzində müxtəlif məmurlar tərəfindən yaşıllıqlara qarşı göstərilən ögey münasibət bəzi fəsadlara yol açıb.
Məsələn, bu gün istirahət parklarının bir çoxunda yaşıllıqdan əsər-əlamət belə qalmayıb. Olan-qalan ağacları da qırıb əvəzində restoran, kafe, əyləncə mərkəzləri ucaldıblar. Bir çoxlarınızda sual yarana bilər ki, bu yaşıllıqların məhv edilməsinə kim icazə verir? Nəzərinizə çatdıraq ki, bu işlərə birbaşa cavabdeh olan qurum Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyidir. Qeyd edək ki, birlik 2005-ci ildə ləğv edilən Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazası əsasında yaradılıb. Birlik təsərrüfat hesablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir. Qurum öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri Xidməti İdarəsi kimi təşkilat və müəssisələri öz tərkibində birləşdirir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, birliyin baş direktoru Vaqif Novruzovun qanunsuz əməlləri nəticəsində paytaxtda yerləşən parkların bir çoxunda, eləcə də yol kənarlarındakı yaşıllıqlar kütləvi şəkildə məhv edilib. Məlumatlı şəxsin dediyinə görə, birlik rəhbərinin bütün işi parklarda yerləşən kafelərdən alınan aylıq icarə haqları ilə məşğul olmaqdır: «Birliyin balansında olan parkların sayı-hesabı yoxdur. Onların hər birində müxtəlif ticarət obyektləri fəaliyyət göstərir ki, burdan alınan aylıq icarə pulu sədrin cibinə gedir. Birliyin əsas vəzifəsi Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi olsa da, bunların heç birinə riayət olunmur. Hər gün müxtəlif yerlərdə ağac kəsirlər. Birliyin əməkdaşları niyə onların qarşısını almır, cəzalandırmır? Baş direktor parklardakı yaşıllıqları viran qoymaqla öz biznesini bir xeyli genişləndirib. Bakı parklarındakı çayxanaların çoxu ona məxsusdur. İdarə tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıq sahələri salınmaqdadır. Lakin baxımsızlıqdan, vaxtında suvarılmadığından ağaclar məhv olub gedir. Halbuki, birlik Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər cür texnika ilə təmin edilib. Deyilənə görə, idarəyə məxsus olan su maşınları təyinatdan kənar işlərə cəlb edilir.
Bu səbəbdən də ağaclar susuzluqdan quruyur. Sədr hər vasitə ilə öz maddi durumunu yaxşılaşdırmağa çalışır». Mənbə həmçinin söyləyir ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən xaricdən alınan tinglərin qiyməti sənəddə olduğu kimi göstərilmir: «Belə ki, birlik əgər xaricdən 10 manata bir ting alırsa, sənədə 20 manat yazılır. Belə olan təqdirdə də, dövlət büdcəsi talanır. Digər tərəfdən məndə olan məlumata görə, qurumda adı olub özü olmayan işçilər də var ki, onlara hər ay dövlət tərəfindən maaş verilir. Yəni sədr «ölü can»lar saxlayır, onların aylıq məvacibini də özünə götürür. Amma bu vaxta qədər heç bir dövlət qurumu tərəfindən onun fəaliyyəti araşdırılmayıb». Biz isə hesab edirik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları vaxt itirmədən baş direktorun bu günə qədərki faliyyətini yoxlamalı və dövlətə vurduğu maddi ziyana görə onu məsuliyyətə cəlb etməlidir.
Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
|