Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                 

ŞƏHİDLƏRİN RUHUNA SAYĞISIZLIQ
Tarix: 8-07-2013, 11:37 | Çap et
ŞƏHİDLƏRİN RUHUNA SAYĞISIZLIQ
Azərbaycanın ən qədim, vətənin ərazi bütövlüyü uğrunda döyüşə oğullar yetişdirən diyarlarından biri - Şamaxıda rəzalət yaşanır. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı uzun müddət idi ki, baxımsız qalmışdı. Yerli camaat və mətbuat bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirirdilər. Ancaq rayon rəhbərliyi Şəhidlər Xiyabanını abadlaşdırılması, yenidən qurulması üçün addım atmırdı. Ötən ildən yaranan belə vəziyyət indiyə qədər davam edir.
Hazırda Şəhidlər Xiyabanına giriş-çıxış bağlıdır. Qarşısında isə “ Şəhidlər Xiyabanı sürüşmə ilə əlaqədar təmirə bağlanıb” lövhəsi vurulub. Xiyabanın içi bərbad vəziyyətdədir. Demək olar ki, ziyarətgah dağılıb, daşlar qırılıb, hər yanı ot basıb. Şəhidlərin adına hörmətsizlik olan bu vəziyyətə isə son qoyulmur. Bir ildən çoxdur bu rüsvayçılıq davam etdi. Hamının gözü qarşısında Şəhidlər Xiyabanı dağılır.

Hələ ötən il Şamaxı Rayon İcra Hakimiyyətindən bəyan olunub ki, rayonun investisiya planına Şəhidlər Xiyabanın yenidən qurulması salınıb, dövlət büdcəsindən vəsait ayrılmasını gözləyirlər. Yalnız bu il Şamaxı camaatının şikayətlərindən sonra nəhayət, xiyaban təmirə bağlanıb. O da necə? Ərazidə sürüşmə baş verməsindən sonra aidiyyəti orqanlar hərəkətə keçib. Şamaxılılar gileylənirlər ki, gərək sürüşmə olaydı, xiyabana təhlükəli vəziyyət yaranaydı, ondan sonra dövlət orqanları tədbir görməyə başlayardılar. Yerli sakin Füzuli Xanəliyev: “Şamaxı ziyalıları müraciət etdilər. Camaat hər yerdə şikayətlənməyə başladı. Dedilər, düzələcək. Bu qədər müddət keçib heç bir tədbir görülməyib. Şəhərdə muzey, mərkəz tikə bilirlər. Ancaq şəhidlərə gələndə iş uzanır”.

Söhbətləşdiyimiz bir başqa şamaxılı Etibar Şirinov da bu sayğısızlığa etiraz edir: “Orada uyuyanlar bizim azadlığımız və vətənimiz uğrunda canını fəda edən övladlarımızdır. Onlara qarşı bu cür diqqətsizlik olmamalıdır. Milyonlarla dövlətin pulu var. Bir xiyabanı abadlaşdırmaq nə çətin işdir ki, bu qədər müddəti yubadırlar? Yolları hər ay qazıb təzədən asfalt sala bilirlər. Məgər icra başçısı bu yoldan ötəndə vəziyyəti görmürmü? Şəhidlərə biganəlik günahdır. İcra başçısı, dövlət adamları 20 yanvar günü, Xocalı və başqa tarixlərdə bu məkanı ziyarət edirlər. Heç olar ki, belə müqəddəs bir məkan dağılmış vəziyyətdə qalsın. Gözlədilər, uzatdılar axırda sürüşmə oldu”.

Şamaxının sözügedən yerində olub müşahidələr apardıq. Burada nə tikinti gedirdi, nə bir təmir işləri. Ərazinin nə vaxt hazır olacağı da dəqiq bilinmir. Sakinlərdən öyrənirik ki, sürüşmə 7-8 ay əvvəl olub. Ondan sonra xiyaban bağlanıb və bu günə kimi heç bir tədbir görülməyib. Mahir Cəbiyev: “Şəhidlər Xiyabanı bərbad vəziyyət düşüb. Təbii fəlakətdən əvvəl aidiyyəti qurumlar fəlakət yaratdılar. Vaxtında tədbir görülsəydi belə olmazdı. Burada uyuyan şəhidlərin yaxınları, ailələri şikayətlənir. Gördülər ki, Bakıya şikayətə gedəcəklər camaatı sakitləşdirmək üçün ərazini bağlayıb qapalı elan etdilər”.

Şəhidlər Xiyabanı kimi kənd yolları da acınacaqlı vəziyyətə düşüb. Şəhərin əksər kənd yolları çala-çuxurdur. Meysəri, Cabanı, Keçmədin, Qurdtəpə və digər kəndlərin yolları bərbaddır. Şamaxının beş addımlığı olan həmin kəndlərə yol çəkmək müşkül məsələ deyil.

Kəndlilər çoxsaylı müraciətlər etsələr də, faydası olmayıb. Onlar daha teleqram vurmurlar. Çünki kənd yollarının təmiri proqrama salınmalıdır. Şikayət etməklə gəlib problemi həll etmirlər. Kəndlilər Şamaxının deputatı Elxan Süleymanovu “gündüz əldə çıraq gəzirlər”. Onların sözlərinə görə, deputatın başı Avropada kürü paylamağa qarışıb, camaatın problemləri yaddan çıxıb.

Şikayətçi Hafiz Kərimov deyir ki, deputatın Milli Məclisdə kənd yolları ilə bağlı problemi dilə gətirən gün qurban kəsəcək: “Hörmətli deputatımıza yəqin hər seçkidə şamaxılılar yox, avropalılar səs verir. Onları daha çox istəyir. Ta nə edək, nə vaxt Elxan müəllim bizi yada salar, onda nəzirimizi kəsərik. İmkan olsaydı, ona kürü göndərərdik gedib xaricilərə qonaqlıq verərdi”.

Şamaxılıları narahat edən ən ciddi problemlərdən biri torpaqların mənimsənilməsidir. Sakinlərə məxsus torpaq sahələrinin qanunsuz şəkildə bələdiyyələr tərəfindən saxta sənədlər əsasında satışı prosesi həyata keçirilir. Kəndlilərə aid pay torpaqları ayrı-ayrı iş adamlarına villa tikmələri, istirahət-əyləncə mərkəzləri yaratmaları üçün qanunsuz olaraq satılıb. “Pirqulu” dövlət qoruğuna məxsus olan ərazidə məmurların bahalı mülkləri tikilib. Şamaxı camaatı suyu öz hesablarına alır, su xətləri isə ancaq məmurların evlərinə çəkilir. Hər hansı bir şəxs kiçik bizneslə məşğul olmaq istəyən zaman ondan elə məbləğdə rüşvət istənir ki, istər-istəməz fikrindən daşınır"- torpaqların zəbt olunmasından danışan Faiq bəy belə deyir...


ŞƏHİDLƏRİN RUHUNA SAYĞISIZLIQ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru