AKİF MURADVERDİYEV ÖZÜ İLƏ KİMİ APARACAQ?
Tarix: 24-06-2013, 12:23 | Çap et
SABİQLƏR XOF İÇİNDƏXəbər verildiyi kimi, srağagün axşam saatlarında Prezident Administrasiyasının sabiq şöbə müdiri, 2005-ci ildə də sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevlə bərabər həbs olunan, amma sonradan azadlığa buraxılan Akif Muradverdiyev yenidən həbs edilib.
Dünən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Akif Muradverdiyevin saxlanmasına aydınlıq gətirib. MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib. Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Akif Muradverdiyevin vəkili Fuad Ağayev ittihamları rədd edib və bildirib ki, çantasından tapıldığı iddia olunan əşyaların ona heç bir aidiyyəti yoxdur. Redaksiyamıza daxil olan bir başqa məlumatda isə Akif Muradverdiyevin həbsinin bəzi sabiq yüksək vəzifəli şəxslərdə narahatlıq yaratdığı deyilir. Onlar prosesin davamlı ola biləcəyindən və özləri ilə bağlı da sərt cəza tədbirlərinə əl atılacağından narahatdırlar. Məsələ burasındadır ki, bu il seçki ili olduğu üçün bir müddət əvvəldən bəzi sabiq məmurlar aktivləşmişdilər. Onlar üstüörtülü şəkildə hakimiyyətə ünvanlanan mesajlarda yeni vəzifə umacaqlarını dilə gətirirdilər. Belə sabiqlərin leksikonundan onların əks təqdirdə müxalifətlə yaxınlaşa bilmək istəkləri hiss olunurdu. Məsələn, Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev YAP-ın son qurultayından kənarda qalmasına sərt reaksiya vermiş, onun reaksiyası o qədər kəskin olmuşdu ki, hətta bəzi YAP funksionerləri Haqverdiyevin ümumiyyətlə, partiyadan uzaqlaşdırılmalı olduğunu dilə gətirmişdilər. Və yaxud: son qurultaydan sonra adı YAP Siyasi Şurasından çıxarılanlar arasında olan sabiq maliyyə naziri Əvəz Ələkbərov özü haqqında qəbul edilən bu qərarla bağlı açıqlama vermiş və demişdi: "YAP Siyasi Şurasından uzaqlaşdırılmağımla bağlı xəbəri eşidəndə çox məyus oldum". Sabiq maliyyə naziri daha sonra əlavə etmişdi: "Əvvəlcədən bu haqda heç bir məlumatım yoxdur. Və məni YAP-ın qurultayına da dəvət etməmişdilər. Bu da əlbəttə ki, məni çox məyus etdi". Ələkbərovun sözlərindən onun çox incik düşdüyünü açıq hiss etmək mümkündür. Sabiqlərdən Maksim Musayev, Sirus Təbrizlinin, "Quska" ləqəbli Hüseyn Abdullayevin son vaxtlar tənqidi çıxışlarının dozalarını artırdıqlarını xatırlatmaq da yerinə düşərdi. Bir müddət əvvəl saytlardan birinə qısa açıqlama verən sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin yenidən hökumətdə vəzifə alıb-almayacağı barədə suala həm lakonik, həm də incik şəkildə "perspektivdə heç nə gözləmirəm" cavabı verdiyi də yaddan çıxarılmamalıdır. YAP-a və hökumətdəki bəzi çevrələrə sərt tənqidlər ünvanlayan Sirus Təbrizlinin, Maksim Musayevin son açıqlamalarında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin keçmiş xidmətlərini qabartması, hazırda isə onun partiyadan və hökumətdən kənarda qalmasını pisləmələri də diqqətçəkicidir. Bəziləri ehtimal edirlər ki, Əli Nağıyevlə hazırda da yaxın münasibətdə, dostluq əlaqələrində olan bu şəxslər həm də sabiq nazirin karyera baxımından indiki durumundan narazı əhval-ruhiyyədə olduğunu nümayiş etdirirlər. Diqqətçəkici bir başqa məqam isə müəyyən KİV-lərdə müxalifətin yeni birliyi olan Milli Şuraya bəzi sabiqlərin qoşula biləcəyinə dair informasiyaların yer almasıdır. Eks məmurların məhz həmin informasiyalar fonunda fəallıq göstərməyə başlaması əlbəttə, xeyli düşündürücüdür. Bu situasiyada Akif Muradverdiyevin həbsinin bəzi sabiq məmurlarda boş yerə xof yaratmadığını hesab etmək olar. Onlar bu həbsi həm də özlərinə bir xəbərdarlıq kimi qəbul edirlər. Ən xırda siyasi "ÇP" buraxmalarının özlərinə baha başa gələcəyindən qorxurlar. Hər halda bu qorxunun əsaslı, yoxsa əsassız olduğunu tezliklə prosesləri izləyib görəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
|