Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                 

QARABAĞ ƏLİLİNİN BAŞINA AÇILAN MİN-BİR MÜSİBƏT
Tarix: 22-06-2013, 10:41 | Çap et
QARABAĞ ƏLİLİNİN BAŞINA AÇILAN MİN-BİR MÜSİBƏT
GƏNCƏ MƏHKƏMƏSİNİN HAKİMLƏRİ BU MİLLƏTƏ NƏ QƏDƏR BAĞLIDIRLAR?

DİA.AZ: - Azərbaycan məhkəmələrində vətəndaşların süründürməçiliyə salınması, insanların bezdirilərək iddiadan əl çəkmələri barədə dəfələrlə yazmışıq. Ədliyyə Nazirliyi Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər görsə də, bəzi hakimlər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdən hələ də əl çəkmir. Nəticədə vətəndaşların ədalət məhkəməsinə inamı azalır, məhkəmələrin obyektiv qərar çıxaracağına şübhələr artır. Bu da sonda insan haqlarının qorunmasında problemlərə yol açır.

Fərarilər müharibə veteranına qan uddurur

DİA.AZ-a müraciət edən Qarabağ veteranı, Daxili İşlər Nazirliyinin təqaüddə olan sabiq polis əməkdaşı, 2-ci qrup əlil Cavanşir Yaqubov da Gəncə şəhər Kəpəz rayon və İnzibati İqtisad məhkəməsinin hakimlərindən şikayətlənir. Şikayətçinin müraciətində bildirilir ki, ona 1987-ci ildən Daxili İşlər Nazirliyi tərəfindən bağ evi sahəsi üçün 0.04 hektar torpaq sahəsi ayrılıb. Torpaq sahəsi tam qanuna uyğun qaydada ayrılıb və heç bir problem olmayıb. Həmin vaxtdan bağ sahəsi kimi həmin ərazini problemsiz istifadə edən Qarabağ əlili bu yaxınlarda bir qrup dələduz tərəfindən təhdidlərə məruz qalıb.

Həmin şəxslər heç bir əsas olmadan müharibə əlilinin torpaq sahəsinə sahib çıxmaq istəyir və buna görə də mütəşəkkil dəstə ona qarşı təzyiqlər edir. Həmin şəxslər müəyyən dairələrin yardımı ilə torpaq sahəsinə qanunsuz və saxta sənədlər çıxararaq Qarabağ əlilini həmin əraziyə buraxmırlar: “Bu gün bir qrup fərari olan vəzifə sahibləri saxta sənəd əldə etməklə mənim qanuni sahəmi özgəninkiləşdirib. Məni qanuni torpaq sahəmə buraxmırlar. Vəzifələrindən və vəzifədə olan imkanlı şəxslərdən istifadə edən həmin şəxslər mənim qanuni torpaq sahəmi əlimdən alıb mənim küçələrdə qalmağımı istəyirlər. Mən o vaxt polis olarkən Qarabağ döyüşlərində iştirak edəndə, əlil olanda bu insanlar harda idi bilmirəm. Həmin şəxslərin hamısı fəraridir. Sadəcə indi əllərinə imkan düşüb, mənim torpaq sahəmi zəbt ediblər. Bütün instansiyalar da onları müdafiə edir, mənim iddiamı rədd edirlər”.

Hakim mütəşəkkil qrupla sövdələşib zərərçəkmişi günahkar çıxarıb

Şikayətçi DİA.AZ-a deyir ki, o, məsələ ilə bağlı Kəpəz rayon məhəməsinə iddia ərizəsi ilə müraciət edib. Lakin, mütəşəkkil dəstənin üzvləri məhkəmənin hakimini ələ alaraq onların xeyirinə qərar çıxarıb, torpaq sahibini günahkar hesab edib: “Məhkəmə göz görə-görə prosesdə qanunsuzluqlar edir, qarşı tərəfi müdafiə edir, mənisə günahkar çıxarır. Elə çıxır ki, guya mən onların qanuni torpaq sahəsini əlindən almışam. Prosesdə nə qədər vəsadət qaldırsam da, məhkəməyə torpağın qanuni sahibi olmağım barədə rəsmi sənədlər, sübutlar təqdim etsəm də, hakim bu faktların heç birini sübut kimi qəbul etmədi. Məhkəmənin hakimi, prosesə sədrlik edən Nuru Quliyev qarşı tərəflə danışıqlara gedib, onların xeyrinə qətnamə çıxardı. Mənim vəsadətlərim, qanuni sənədlərim isə nəzərə alınmadı. Qarşı tərəf hakimlə danışığa gedəndən sonra mənim sənədlərim “saxta” adlandırıldı, qarşı tərəfin faktiki saxta sənədləri isə sübut kimi nəzərə alındı. Hakim prosesdə misilsiz saxtakarlığa yol verdi və o torpaq sahəsinin saxta üsulla əldə edilən sənədini “qanuniləşdirdi”.

Cavanşir Yaqubov deyir ki, Kəpəz rayon məhkəməsinin hakimi Nuru Quliyev iddia predmetinə baxarkən icraatda olan mülki işi aylarla yubatmaqla onu süründürməçiliyə salıb: “Sonda isə hakim qarşı tərəfin xeyrinə qərar çıxardı və qanuni torpaq sahəmi saxta sənədlərlə əlimdən aldı. Bu cür məmur bürokratiyası korrupsiyaya yol açan hüquq pozuntusu olmaqla rüşvət tələbinə də yol açıb. Adıçəkilən hakimdən yuxarı instansiyalara çoxsaylı teleqramalar göndərsəm də, bu günə qədər heç bir tədbir görülməyib”.

İkinci hakim də Qarabağ əlilini küçə söyüşləri ilə təhqir edib

Cavanşir Yaqubov həmçinin bu işdə Gəncə İnzibati İqtisad Məhkəməsinin hakimi Rövşən Rəfiyevi də rüşvətxorluqda ittiham edir. Şikayətçi deyir ki, adıçəkilən hakim düz 7 aydır ki, vətəndaşın yenidən verdiyi iddia ərizəsinə baxmır, onu əvvəlki məhkəmə kimi süründürür. Bütün bunlar azmış kimi, hakim Qarabağ əlilini küçə söyüşləri ilə təhqir etməkdən çəkinməyib. Rövşən Rəfiyev haqqını tələb edən Qarabağ əlilini buna görə təhqir edərək məhkəmə zalından da çıxarıb. Rövşən Rəfiyev qanuna sığmayan qərəzli və qanunsuz hərəkətlərini davam etdirməklə Cavanşir Yaqubovun iddia ərizəsini 7 aydır ki, baxmadan saxlayır. O Cavanşir Yaqubovu süründürməklə, onun xeyirinə qətnamə çıxarmaq üçün pul verməsini istəyir. Sabiq polis əməkdaşı, Qarabağ əlili isə rüşvət vermədiyi üçün öz xeyrinə obyektiv qərar çıxarılmasına nail ola bilmir. Çarəsiz qalan Cavanşir Yaqubov hakimlər tərəfindən tapdalanan insan hüquqlarının bərpası və bu özbaşınalığa son qoyulması üçün ölkə başçısı İlham Əliyevdən, ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovdan kömək istəıyir. Hüququ pozulan müharibə əlili bu məqsədlə hər iki şəxsə müraciət edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru