«HEYDƏR BABA SAĞ OLSAYDI...»
Tarix: 16-12-2011, 12:52 | Çap et
TOQQUŞMA ZAMANI BALIQÇILAR YARALANIB
Dekabrın 15-də axşam saatlarında Lənkəran rayonunun Nərimanabad-2 kəndində sərhədçilərlə sakinlər arasında insident baş verib. Onlarla insan etiraz aksiyası keçirib.
Sərhədçilər yerli sakinləri balıq ovuna buraxmadıqları üçün tərəflər arasında qarşıdurma olub.
Bununla bağlı Daxili İşlər Nazirliyi dekabrın 16-da məlumat yayıb. Məlumatda deyilir ki, bir qrup sakin dəniz sərhədlərini pozaraq qanunsuz balıq ovlayıb. Bu zaman onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb:
«Həmin şəxslərin yaxınları, təxminən 150 nəfər kənd sakini sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər.
Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa dəvət ediblər. Amma onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər».
Nazirliyin məlumatında bu da deyilir ki, ictimai qaydanı pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılsa da, 6-sı saxlanıb. Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
NƏRİMANABADDA YARALANANLAR VAR
Nərimanabad sakinləri AzadlıqRadiosuna deyirlər ki, onlar 9 nəfər həmkəndlilərinin buraxılması üçün sərhəd zastavasının qarşısına yığışıblar. Az sonra kəndə Daxili Qoşunların əsgərləri və hərbi texnika yeridilib. Kənd sakinləri müxbirimizə gecə atılan rezin güllələrin qalıqlarını göstəriblər.
Yaralananlar da var. Dəqiq say deyilmir. Yenə də kənd sakinlərinin dediklərinə görə, bir nəfərin halı daha ağırdır. O, Rahil Vəliyevdir. Üstündən PDM keçib. İndi o, Lənkəranda «Böyük Xəstəxana» kimi tanınan müalicə müəssisəsinə yerləşdirilib.
«QARDAŞIMI HƏYƏTİMDƏ VURUBLAR»
«Onu bəlkə də Bakıya apardılar. Bir nəfər də yaralanıb. Ramiz Xankişiyev, qardaşımdır. Onu öz həyətimdə vurublar. Ona atılan güllə də əlimdədir. Gecənin bir yarısı öz xalqına belə basqın olar? Belə deyirdilər ki, biz sizi Xocalıdan betər edəcəyik».
Bunu kənd sakini İsrail Xankişiyev deyir.
«Bu, prezidentə qarşı təxribatdır. Camaatı veriblər gülləbarana. Elə adam var evinin içində yaralayıblar. Gözyaşardıcı qazdan istifadə ediblər. 70 yaşında ananın ürəyi getdi».
«QAYIQLARI BATIRDILAR»
İsrail Xankişiyev deyir ki, Nərimanabad sakinlərinin yeganə dolanışıq yeri dənizdir. Amma onlara da balıq ovlamağa imkan vermirlər. Dünən dənizə çıxan balıqçıları da buna görə saxlayıblar:
«Balıqçılar dənizə gedirlər çörəkpulu qazanmaq üçün. Dənizçilərin qayıqlarını tutub batırıblar, sındırıblar. Dünəndən əsir-yesir olmuşuq. 9 nəfər tutublar. Camaat da xahiş elədi ki, uşaqları buraxın. Bir də gördük ki, Daxili Qoşunlar kəndə daxil oldu».
İsrail Xankişiyev deyir ki, saxlananlar arasında eləsi var yeməkxanadan çıxıb evinə gedirmiş:
«Elə adam var yolda tutublar, qohum evinə getdiyi yerdə. Eləsi də var yeməkxanadan çıxanda, içkili halda tutublar. Ağlı başında olmayan adamı aparıblar ki, guya dövlət əleyhinə çıxıb...».
«HEYDƏR BABA SAĞ OLSAYDI...»
Nərimanabad sakini Tamilla Ağayeva həyəcandan çox danışa bilmir:
«Balalarımızı öldürürlər. Dünən bizim kəndimizi gülləbaran etdilər. 20 yanvar 15 dekabrla əvəz olunub».
Dilarə Eyvazova isə bunları söyləyir:
«Qəhrəman anayam, 20 uşağım var. Sabah müharibə olsa, birinci mənim uşaqlarım gedəcək. Bizim uşaqlarımızı tuturlar. Əlimizdə avtomatdan tökülən güllələr var. Uşaqlarımızı dəryada toka verib tutdular. 71 yaşım var, müharibədə belə şey görmədim. Uşaqlarımız xəstəxanadadırlar. Heydər baba sağ olsaydı, bizə zülm etməzdilər».
Kənd sakinləri deyirlər ki, həbs olunanlar buraxılmasalar, Bakıya gələcəklər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Bu gün, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35 |
|
|
|
• "İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31 |
|
|
|
• “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30 |
|
|
|
• Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21 |
|
|
|
• Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11 |
|
|
|
|