"AZƏRİQAZ"DA ŞÜBHƏLİ HADİSƏLƏR...
Tarix: 6-05-2013, 09:02 | Çap et
RƏHBƏRLİK VƏZİYYƏTDƏN QƏRİBƏ ÜSULLA ÇIXIR"Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev ciddi problemlə üzləşib. İstər əhaliyə, istərsə də kommersiya müəssislərinə satılan təbii qazın dəyərinin ödənilməsində ciddi kəsirlərin yaranması rəhbərliyin, konkret olaraq Ə.Hacıyevin karyerasını təhlükə ilə üzləşdirib. Aldığımız məlumata görə, "Azəriqaz"ın qrafiklə rayonlara böldüyü qazın miqdarına uyğun vəsaitin toplanmaması Ə.Hacıyevin ciddi narahatlığına səbəb olub: "Məsələ bundan ibarətdir ki, "Azəriqaz"ın sərəncamına verilən və bu qurum tərəfindən rayonlar üzrə qrafikə uyğun paylanan təbii qazla sərfiyyat, həmçinin, yığılan vəsaitlər arasında kəskin fərq var. Yəni, sənədlə 100 min kubmetr qazın istifadəyə buraxılmasının göstərilməsinin əksinə olaraq, 60-70 min kubmetr qazın pulu toplanır. Yerdə qalan 30-40 kubmetrin taleyi isə qaranlıq qalır. Daha dəqiqi, bunu sənədlərlə "tənzimləmək" müşkilə çevrilib. Rəhbərlik aradakı "qaz itkisi"ni bəzi nazirlik, komitə və digər qurumlarla yanaşı, əhalinin hesabına ödətmək üçün hər bir varianta əl atır. Hətta bəzi hallarda "Azərpoçt" MMC-nin yerli şöbələrini də mənimsəmələrdə ittiham edirlər. Lakin Əkbər Hacıyevin illərlə sınadığı bu "variant" artıq işə yaramır və narazılığı daha da artırır. Ona görə də rəhbərlik digər vasitələrə də əl atmaq məcburiyyətində qalıb. Belə ki, məsuliyyəti səlahiyyətsiz, amma peşəkar işçilərin üzərinə atmaqla özlərini sığortalamaq istəyirlər". Məlumata görə, "Azəriqaz"ın rəhbərliyi son iki il ərzində demək olar ki, bütün nazirlik, komitə, ali təhsil müəssisləri, xəstəxanalar və digər qurumlarla məhkəmə çəkişməsinə getsə də, böyük əksəriyyətinə qalib gələ bilməyib. Amma Əkbər Hacıyev yenə də "köhnə variant"ından əl çəkməyib. Məsələn, bu qurum illərdir Füzuli Ələkbərovun rəhbərlik etdiyi nazirlik və onun tabeliyindəki müəssisələrlə məhkəmədə "döyüşür". Həmin məhkəmə çəkişmələrinin böyük əksəriyyətindən məğlub ayrılsalar da, yenə də inadlarından əl çəkmirlər. Mənbəmizin sözlərinə görə, bu inad o təəssüratı yaratmasın ki, "Azəriqaz" iddialarında həmişə haqlı olub: "Sadəcə, rəhbərlik ortada olan və milyonlarla məbləği özündə ehtiva edən pul kəsirinin səbəbini yuxarılara izah etmək üçün bu vasitələrdən istifadə edərək, vaxt qazanır". Məlumatda bildirilir ki, "Azəriqaz" İstehsalat Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Ќazirliyinə qarşı borc tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət edib. Lakin bu məhkəmədə verilən qərar "Azəriqaz"ın rəhbərliyinə vaxt qazanmaq üçün yetərli olmayıb. Onun üçün də qərardan apellyasiya şikayəti verilib: "Bildiyimə görə, həmin şikayət Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə araşdırılır. Mayın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Ќazirliyinə qarşı "Azəriqaz"ın çoxsaylı şikayətlərindən daha birinə baxılacaq. Bu məhkəmə işini ona görə xatırladıram ki, "Azəriqaz"ın rəhbərliyi aradakı qaz itkilərini, daha doğrusu, sərəncamlarına verilən qazın dəyərinin ödənilməsindəki ciddi fərqləri yuxarı qurumlara bu bəhanələrlə izah etməklə vəziyyətdən çıxmağa cəhd edir. İddia edirlər ki, guya aradakı "itki"lər nazirliklərin qaz pulunu ödəməmələri səbəbindən yaranıb".
Rəisi nədə ittiham ediblər?
Son vaxtlar "Azəriqaz"da və onun digər sahələrindəki kollektivlərdə mühit gərginləşib. Rəhbərlik isə öz problemini səlahiyyətsiz işçilərin üzərinə atmaqla, həm də işgüzar görüntü yaratmağa çalışır: "Rəhbərliyin göstərişi ilə sahə rəisləri, əsasən də onların mühəndisləri, çilingərləri və bu kateqoriyadan olan işçilərə qarşı yeni kampaniyaya başlayıblar. Gülünc görünsə də, faktdır ki, rəhbərlik belə səlahiyyətsiz işçilərə qarşı sərt və əksər vaxtlar da qondarma ittihamlar irəli sürməklə vəziyyətdən çıxmağa çalışır". Mənbəmiz bir neçə gün əvvəl Ќəsimi Rayon Qaz İstismar Sahəsində biabırçı hadisənin baş verdiyini də deyib: "Rəhbərlik həmin sahənin mühəndisini öz yaxın adamları ilə əvəzləmək və digər çatışmazlıqları başqasının üzərinə yükləmək üçün xoşagəlməz üsula əl atıb. Belə ki, uzun müddət şəhər qaz sistemində işləyən, hazırda isə Ќəsimi Qəza Xidmətinin rəisi vəzifəsində çalışan Mütəllim Hacıyevin yeri Ќəsimi rayonuna dəyişdirildikdən sonra ona qarşı növbəti "plan" qurulub. Bu günlərdə qəza xidməti rəisini işdən uzaqlaşdırmaq üçün onu rüşvətalmada ittiham etmək istəyiblər. Hətta yalançı şahidlər də tapılıb, onlar keçirilən iclasda odlu-alovlu çıxışlar da ediblər. Amma rüşvətalma faktı təsdiqlənməyib. Sözüm odur ki, belə xoşagəlməz variantlar kollektiv arasında onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdırır. Bu isə son mərhələdə ümumi işə mənfi təsir göstərir, amma rəhbərlik bunu anlamır. Daha doğrusu, onlar bu üsullarla vəzifə ömürlərini uzadacaqlarını proqnozlaşdırırlar".
Hadisə hüquq-mühafizə orqanlarından gizlədilib
Rəhbərliyin işçilərə qarşı ögey münasibətini təsdiqləyən daha bir hadisə Binəqədi rayonunda baş verib. Bir neçə gün əvvəl Binəqədi Qaz İstismar İdarəsinin çilingərləri Anar Gülməmmədovla Rza Məmmədov rəhbərliyin təhlükəsizliyə diqqət etməməsi və israrlı tələbləri üzündən ciddi xəsarətlər alıblar: "Onlardan qaz axınını dayandırmadan qaynaq işlərini aparmaq tələb olunub. Ќəticədə hər iki çilingər baş verən qəza səbəbindən xəsarət alıb. Amma rəhbərlik baş verən hadisəni hüquq-mühafizə orqanlarından gizlədib. Hətta iş o yerə çatıb ki, işçilərin sığortalı olmalarına baxmayaraq, onların xəstəxanada müalicəsinə də imkan verilməyib. Onları ev şəraitində müalicə olunmağa təhrik ediblər. Düzü, onlara dava-dərmanların alınmasında kömək göstərilib-göstərilmədiyini bilmirəm. Amma razılaşaq ki, bütün hallarda baş verən bu hadisə qurumdakı qeyri-sağlam münasibətlərin təzahürüdür. Əlbəttə, bir idarənin baş mühəndisi qeyri-peşəkardırsa (hərbçidir-red.), oradakı vəziyyət bundan artıq ola bilməz". Bu və ya digər məsələlərlə bağlı "Azəriqaz"dan münasibət öyrənə bilmədik. Həmçinin, Ќəsimi Rayon Qəza Xidmətinin rəisi Mütəllim Hacıyevin mobil telefonu bağlı olduğundan, onunla da danışmaq istəyimiz alınmadı. Amma Binəqədi Qaz İstismar Sahəsinin xəsarət alan işçilərindən biri - Anar Gülməmmədovla danışa bildik və o, qəza hadisəsini təsdiqlədi: "Mən dünən xəsarət almışam. Amma ağır deyil, yüngül yanıq xəsarətlərim var. Dərmanları almışam, ev şəraitində müalicə olunuram". Səhhətinin qaydasında olduğunu deyən müsahibimiz sığortalı olmasına baxmayaraq, hansı səbəbdən xəstəxanada müalicə olunmamasının səbəbini izah edə bilmədi: "Nə bilim, belə məsləhət oldu". A.Gülməmmədov həmkarı R.Məmmədovun vəziyyətindən xəbərsiz olduğunu da dedi: "O, məndən bir gün əvvəl xəsarət alıb. Xəbərim yoxdur ki, indi necədir". Əgər "Azəriqaz" rəhbərliyi və yaxud yazıda adları çəkilən şəxslər münasibətlərini bildirmək istəsələr, onların da mövqeyini dərc etməyə hazırıq. \ reytinq \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
|