Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Sosial, Manşet > "Nə vaxta qədər bu banklar özbaşına qərarlar verəcək?"
"Nə vaxta qədər bu banklar özbaşına qərarlar verəcək?"1-08-2024, 10:21 |
“Unibank” müştərilərə xəbərdarlıq etmədən qalığa görə faizləri dayandırıb. Müştərilər isə bankın heç bir məlumat vermədən belə bir iş görməsini qeyri-peşəkarlıq adlandırır. Tribunainfo.az xəbər verir ki, sözügedən bankın müştərisi Kənan Sultanovun sözlərinə görə, “Unibank” U Kartda qalığa görə bu ayın (iyul) 20-dən faizlər dayandırılıb: “Müvəqqəti dayandırıldığını dedilər. Niyə mənim kimi minlərlə müştəriyə xəbər etmədən bunu edirsiniz? Nə qədər bu banklar özbaşına belə qərarlar verəcək, nə istəyir edəcəklər. Sonra da hər yerdə reklam edirlər ki, “”Unibank” əla bankçılıq”. Buna deyirsiz əlaçılıq?”. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |