Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                     4 milyona görə 9 il cəza istədi .....                     Ov mövsümü açıq elan edilib .....                     Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq .....                     Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır .....                     Əliyevlə görüşdən qaçdı .....                     Paşinyanın deputatından sayıqlama .....                     Vüsal Aslanovun siftəsi pozuldu: .....                     Pensiya yaşının artırılması məntiqsizliyi... .....                     ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq .....                     MDB dövlət başçıları görüşəcəklər .....                     Restoran və şirkət rəhbərləri belə aldadılıb .....                     İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb .....                     Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında .....                     Milyonluq ordu üçün AB-dən tələb .....                     İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub .....                     Brayza Trampın Azərbaycanla bağlı planı barədə .....                     "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" .....                     Bu şirkətlər vətəndaşları aldadır .....                     Arabir yağıntılı olacağı ehtimalı var .....                     Məşhur müğənninin Bakıyla bağlı paylaşımına .....                     “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir .....                     Milli Qəhrəmanın “PKK”çı oğlu öldü .....                     Novruzda Əfv sərəncamı olacaq? .....                     “Nəsimi” metrostansiyasının çıxışındakı .....                     ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... .....                     Daha 5 `kosmetoloq` İFŞA OLUNDU .....                     Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... .....                     "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" .....                     Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” .....                     Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı .....                     Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                 

Bakıda daha bir bank ətrafında qalmaqal yarana bilər... - Maliyyə maxinasiyaları ittihamı
Tarix: 27-05-2015, 10:34 | Çap et
Bakıda daha bir bank ətrafında qalmaqal yarana bilər...
Bəzən yaşlı nəsil "çox pis zəmanəyə gəlib çıxmışıq" dediklərində, ya onlara əhəmiyyət verilmir, yaxud da gülümsəyib keçilir. Lakin deyilən sözlərdə həqiqət var və bu danılmazdır. Bugünkü günümüzdə on nəfərdən doqquzunun banklara borcu var desək, yəqin ki, yanılmarıq. Banklarla bağlı ən çox gözəçarpan problem isə, təbii ki, kreditlərin yüksək faizlə verilməsidir. Əslində, bu, çox ciddi problemdir.

Məsələn, əvvəllər xaricdən 5-8 faizlə uzunmüddətli vəsait cəlb etmək mümkün idisə, artıq bu rəqəm 10-15 faizədək bahalaşıb. Banklararası bazarda da pulun qiyməti çox yüksəkdir. Qiymətlər baha olduqca, banklar faizlə daha çox qazanmaq istəyir. Ümumiyyətlə, bu gün respublikamızda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri məhz bank sektorudur. Xüsusilə kreditlərin ödənilməsinin vaxtı ilə bağlı vətəndaşlarla banklar və kredit təşkilatları arasında daim narazılıqlar yaşanır ki, bunun da mediadan şahidi oluruq. Bir tərəfdən vətəndaşların bağlanılan kredit müqavilələri ilə yaxından tanış olmaması, digər tərəfdən isə, məhkəmələrin bu işləri yetərincə araşdırmaması səbəbindən insanlar çox vaxt əmlaklarını itirirlər. Zaman-zaman insanların kredit borcunu qaytara bilməməsindən özlərinə qəsd etmələri hallarına da rast gəlirik. Hətta bu kimi durumlar bu günlərdə daha geniş vüsət alıb ki, bu da çox acınacaqlı bir durumdur. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş vermişdi. Fərmana görə, Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir Azərbaycan Prezidentini görülmüş işlər barədə məlumatlandırmalıdır. Mərkəzi Bank artıq xeyli vaxtdır ki, kredit faizlərinin aşağı düşəcəyini bəyan etsə də, reallıqda dəyişən heç nə yoxdur. Aydındır ki, məsələnin dövlət başçısı tərəfindən özü də rəsmi fərmanla gündəmə gətirilməsi problemin ciddiliyini və miqyasını təsəvvür etmək üçün kifayətdir. Ümumiyyətlə, hazırda fəaliyyət göstərən bankların durumu heç də qənaətbəxş hesab edilə bilməz. Bizdə bank sektorunda kredit faizlərinin dərəcələrinin aşağı salınması ilə bağlı bəzi işlər görülsə də, yenə də qonşu dövlətlər və Avropa ölkələri ilə müqayisədə bu dərəcələr çox yüksəkdir. Məsələn, Avropada kredit almaq istəyən şəxs götürdüyü məbləğin 2-6 faiz civarında əlavə vəsait ödədiyi halda, bizdə bu rəqəm iki, bəzən də üç dəfə yuxarı olur. Ümumiyyətlə, hazırda bizdə banklarda baş verən fırıldaqçılıq daha geniş vüsət alıb. Yalnız reklamlarda bankların daha sərfəli kreditlər təklif etdiklərini, faizlərin aşağı olmasını, çox asan şəkildə kreditlərin əldə edildiyini görürük. Amma banklara yaxınlaşdıqda, edilən reklamın, təklif edilən şərtlərin yalan olduğu bəlli olur. Bu kimi durumlardan vətəndaşlar hər zaman şikayətçi olsalar da, amma məcburiyyətdən bankların təklif etdikləri şərtlərlə razılaşmalı olurlar. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə, müştərilərin incidilməsi, aldadılması hallarına yol verilir. Bu cür banklardan biri də məhz "Parabank" ASC-dir. İlk öncə qeyd edək ki, "Parabank" ASC-nin bir çox rayonlarda filialları var ki, zaman-zaman həmin filiallardan şikayətlər daxil olur. Daxil olan şikayətlərdə müştərilərin incidildiyi, get-gələ salındığı, faiz dərəcələrinin yüksək olması kimi hallar sadalanır. Məsələn, "Parabank" ASC-də hesabdan pul götürməyin müşkülə çevrildiyi söylənir. Və pul çıxarmaq üçün ən azı 1 həftə öncə sifariş verməlisən. Əks halda bu əməliyyatı həyata keçirə bilməzsən. Lakin əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, digər banklarda hesabdan pul çıxarmaq üçün əvvəlcədən hansısa sifarişə ehtiyac yoxdur. Yəni müştəri istirahət və bayram günlərindən başqa, istənilən vaxt heç bir problemlə üzləşmədən pulunu götürə bilər. Həmçinin daxil olan şikayətlər sırasında "Parabank" ASC-nin müştərilərə kredit verən zaman onlardan yüksək məbləğdə "şapka" istəməsi də yer alır. Belə ki, "Parabank"ın təqdim etdiyi kredit faizlərinin kifayət qədər yüksək olduğu halda, bu azmış kimi kreditlərin verilməsi zamanı müştərilərdən tələb edilən "şapka" kreditin onsuz da az olmayan faizinin daha da yüksəlməsinə səbəb olur. Bununla da, son nəticədə vətəndaş pulu ödəməkdə çətinlik çəkir. Belə olan halda isə, təbii ki, problemli kreditlərin artma ehtimalı da yüksək olur. Digər bir məlumata görə isə, "Parabank"ın fəaliyyətində nəzərə çarpan digər bir neqativ hal isə vətəndaşların girovlarının su qiymətinə əldən çıxması üçün qurulan mexanizmdir. Ki, bu proses zamanı vətəndaşlara külli miqdarda ziyan dəyir, bank isə asan yolla əlavə qazanc əldə edir. Müvafiq qaydalara görə, bankda girov qoyulan əmlakın hərracda satılan qiyməti müştəriyə məktubla göndərilməlidir. Bu isə edilmədiyindən bank öz işini asan şəkildə həyata keçirir. Çünki reallıqda heç bir avtomobil və ya mülk hərracda satılmır. Avtomobillər bazarda satılır, hərracdan isə filan əmlakın, filan qiymətə satılması haqqında sənəd verilməsi xahiş edilir.

Onu da diqqətinizə çatdıraq ki, sadalanan durumlar, faizlərin yüksək olması, vətəndaşlardan hansı şərtlər altında alınması barədə bank işçiləri müştəriləri bilgiləndirməli olduqları halda, heç bir məlumat vermirlər. Elə bu durumun özü də, yuxarıda sadalanan qanunsuzluqlarla eynidir ki, bu da təbii olaraq banka sərf edir. Bu səbəbdən də, vətəndaşlar sözügedən "Parabank" ASC ilə müqavilə imzalamadan, şərtlərlə daha dəqiq və ciddi şəkildə tanış olmalıdırlar ki, sonradan aldananlar sırasında olmasınlar. Əslində, qeyd edilən nöqsanlar, qanunsuzluqlar, şikayətlər barədə dəfələrlə söz açmış, gündəmə gətirmişik. Lakin məsələ ilə bağlı hələ ki, heç bir ciddi ölçü götürülməyib.
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15
Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41
Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35
“MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34
Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27
Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25
“Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17
Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10
Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03
"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59
Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55
Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45
Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33
Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28
İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25
Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru