“İdeal-İ-İnşaat” MMC ilə bağlı qalmaqal böyüyür... - Müqavilə şərtləri niyə 12 ildir yerinə yetirilmir?
Tarix: 28-04-2015, 08:58 | Çap et
“İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədovun qanunsuz əməlləri ilə bağlı bir qrup sakin tərəfindən Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanlı şikayət ərizəsi neçə gün əvvəl “Təzadlar”a təqdim olunub... Söhbət “İdeal-İ-İnşaat” MMC-nin direktoru və təsisçisi olan İsa Əli oğlu Məmmədovun həm Bakının D.Əliyeva-96 ünvanda (köhnə “Bakı” Mehmanxanasının arxasında) inşaa etdiyi mənzilləri bir neçə şəxsə satmasından, həmçinin İsa Məmmədovun Bakı şəhərinin Xocalı prospektində (metronun “Xətai” stansiyasının arxası) inşasına 12 ildir başladığı çoxmənzilli yaşayış binasını başa çatdırmadan mənzilləri heç bir hüquqi səlahiyyəti olmadığı halda, ayrı-ayrı vətəndaşlara satmasından və s. gedir.
Podratçı mənzil satışına necə və hansı əsaslarla girişib?
Redaksiyamıza təqdim olunmuş şikayət məktubunu və sənədləri araşdırarkən hər kəsi şoka salacaq faktlarla rastlaşdıq. Hələlik qısaca olaraq deyək ki, bizə təqdim olunmuş sənədlər və şikayət ərizəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına tərəfimizdən rəsmi sorğu göndərilib. Tezliklə böyük bir hüquqi qalmaqala səbəb ola biləcək qanunsuz hərəkətin “baş qəhrəmanı”nın heç bir ölçüyə sığmayan hərəkətləri ilə tanış ola biləcəksiniz... Məsələ ondadır ki, “The Bakı Grour Ltd.” MMC-nin rəhbərliyi 14 oktyabr 2004-cü ildə, yəni düz 12 il əvvəl “İdeal-İ-İnşaat” MMC-nin direktoru və təsisçisi olan İsa Əli oğlu Məmmədovun şəxsində notariat qaydada inşaat müqaviləsi bağlayır. Təkrar edirik, “The Bakı Grour Ltd.” MMC-nin rəhbərliyi sahibi olduğu və sadə dildə desək, Xətai rayonundakı keçmiş Şüşə Zavodunun yerinə aid bütün lazımi dövlət sənədləri ilə təxminən 4,2 ha torpaq sahəsində çoxmənzilli binanın tikintisi üçün MMC-nin təsisçisi və baş direktoru İsa Məmmədovla razılığa gəlir... Və nəticədə yuxarıda qeyd olunan müqavilə bağlanır. Müqavilənin ənənəvi şərti kimi qəbul olunub razılaşdırılır ki, adı çəkilən MMC-nin direktoru İsa Məmmədov 2007-ci ildə binanı tam hazır vəziyyətdə sifarişçi “The Bakı Grour Ltd.” MMC-yə təhvil verir və s. Ən vacibi, müqavilə şərtlərinə görə hər kəsin hüquq və vəzifələrinə o da əlavə olunur ki, heç bir halda, podratçı, yəni tikinti şirkətinin rəhbəri mənzil satışı ilə məşğul ola bilməz! Lakin satışdan gələn gəlirlərin bölgüsü mqavilədə ayrıca qrafada razılaşdırılır... Amma...
Podratçı nəinki tikilməmiş mənzilləri satır, həm də özü üçün Türkiyədə mülk qurur... Amma sonradan sifarişçiyə məlum olur ki, İsa Məmmədov artıq mənzil satışına girişib. Özü də müqavilə şərtlərinə görə 2007-ci ilin 25 may tarixinə kimi təhvil verməli olduğu, lakin təhvil vermədiyi mənzillərin... Və dəfələrlə ona sifarişçi tərəfindən xəbərdarlıq edilsə də, podratçı nəinki hüquqi məsuliyyətini anlayıb, ərazini tərk edib, əksinə, İsa Məmmədov ərazidə hələ bir özünə bərbəzəkli ofis də tikib... İ.Məmmədov həm də heç bir dövlət qəbulundan keçməmiş, tikilib təhvil verilməmiş binanın 1-ci mərtəbəsini artıq iaşə və xidmət sahəsi kimi ayrı-ayrı şəxslərə icarəyə verib, bu azmış kimi, 12 ildir istifadəyə verilməmiş mənzillərin şıdırığı satışı həyata keçirilir... 12 ildir pul ödəmiş, kirayələrdə can çürüdən və ömür əridən binəva vətəndaşlar isə indi artıq son ümidini Baş Prokurorluğun və MTN-nin İsa Məmmədovun əməllərinə hüquqi qiymət verəcəyinə bağlayıb... “İsa Məmmədov isə satdığı mənzillərin pulu ilə özünün və oğlunun adına Azərbaycanda demək olar heç nə saxlamadan Türkiyədə mülk-dövlət qurmaqdadır... Bəs 12 ildir tikilib təhvil verilməyən mənzillərin sonrakı taleyi kimin adına yazılacaq?”, - deyə şikayət məktubunda qeyd olunur... Bu barədə isə növbəti yazıda... Neçə gündür İsa Məmmədovun mobil telefonuna dəfələrlə zəng vuraraq mövqeyini öyrənməyə cəhd edirik, amma cavab vermir... Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (Davamı var) “Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
|