Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                     4 milyona görə 9 il cəza istədi .....                     Ov mövsümü açıq elan edilib .....                     Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq .....                     Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır .....                     Əliyevlə görüşdən qaçdı .....                     Paşinyanın deputatından sayıqlama .....                     Vüsal Aslanovun siftəsi pozuldu: .....                     Pensiya yaşının artırılması məntiqsizliyi... .....                     ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq .....                     MDB dövlət başçıları görüşəcəklər .....                     Restoran və şirkət rəhbərləri belə aldadılıb .....                     İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb .....                     Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında .....                     Milyonluq ordu üçün AB-dən tələb .....                     İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub .....                     Brayza Trampın Azərbaycanla bağlı planı barədə .....                     "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" .....                     Bu şirkətlər vətəndaşları aldadır .....                     Arabir yağıntılı olacağı ehtimalı var .....                     Məşhur müğənninin Bakıyla bağlı paylaşımına .....                     “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir .....                     Milli Qəhrəmanın “PKK”çı oğlu öldü .....                     Novruzda Əfv sərəncamı olacaq? .....                     “Nəsimi” metrostansiyasının çıxışındakı .....                     ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... .....                     Daha 5 `kosmetoloq` İFŞA OLUNDU .....                     Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... .....                     "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" .....                     Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” .....                     Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı .....                     Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi .....                     "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... .....                     Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! .....                     Azər Rəcəbovun müavini yenidən həbs edildi .....                     Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR .....                 

Heydər Əsədov gözlənilən bahalaşma bumuna necə tədarük görüb? - Görünəni odur ki, ortada yalnız bəhanələr var...
Tarix: 27-04-2015, 10:10 | Çap et
Heydər Əsədov gözlənilən bahalaşma bumuna necə tədarük görüb?
DİA.AZ: - Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün real zəmin yaradılıb. Qeyd edək ki, son illər aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad ediliblər.

Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi barədə sərəncam imzaladı. Bu sərəncam ölkə başçısının kənd təsərrüfatı sektorunun inkişafına olan diqqətinin göstəricisi idi. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, 2013-cü ilin oktyabr ayından, yəni Heydər Əsədov kənd təsərrüfatı naziri vəzifəsinə qoyulandan bu günə kimi heç bir müsbət dəyişiklik baş verməyib. Bildiyiniz kimi, yanvar ayının 26-da prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən konfransda kənd təsərrüfatı sahəsindəki bir sıra problemlər xüsusi olaraq vurğulandı. Ölkə başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını bildirdi: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır".

DİA.AZ xatırladır ki, 2013-cü ilin 12 fevral müşavirəsində də prezident kənd təsərrüfatına ayrılan subsidiyaların mənimsənilməsi faktlarının mövcud olmasını dilə gətirmiş, bu sahədə qayda-qanun yaradılmasını tapşırmışdı. Ancaq problem həll olunmadığından İsmət Abbasov kənd təsərrüfatı naziri vəzifəsindən çıxarıldı. Böyük ümidlərlə vəzifəyə gətirilən Heydər Əsədov isə hələ ki, özünü doğrulda bilməyib. Bir ildən artıqdır nazir işləyən Heydər Əsədov bu müddətdə kənd təsərrüfatı sektorunda mövcud olan bəzi problemləri aradan qaldırmağı bacarmayıb. Nazir həmçinin konfrans zamanı həmin problemlərin bir neçəsini qeyd etdi. Məsələn, o yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi, ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması, tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması, mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məsələsini qaldırdı. Əlbəttə ki, ölkə rəhbərliyi bütün sahələr üzrə inkişafın əldə olunması üçün böyük əmək sərf edir. Çox güman ki, cənab prezident nazirin qabartdığı problemlərin tezliklə aradan qaldırılmasına yardım göstərəcək. Amma hörmətli kənd təsərrüfatı naziri bilməlidir ki, rəhbəri olduğu nazirliyin fəaliyyət istiqamətinə aid olan bütün məsələlərin həll edilməsi bilavasitə onun səlahiyyətindədir. Heydər Əsədov kənd təsərrüfatı sistemindəki problemləri yoluna qoymaq üçün özü çıxış yolu tapmalıdır. Prezidentin bu konfransda da subsidiya məsələsinə toxunması təsadüfi hal kimi qəbul edilə bilməz. Deməli, hələ də subsidiyaların ünvanına çatmasında süni əngəllər yaşanmaqdadır. Ümumi götürdükdə, Heydər Əsədovun 2013-cü ilin oktyabr ayından indiyə qədər göstərdiyi fəaliyyət qənaətbəxş deyil. Belə ki, fermerlər onun gəlişindən sonra müxtəlif çətinliklə üzləşməli olublar. Bura kənd təsərrüfatı texnikalarının paylanmasında yol verilən ayrıseçkilik, subsidiyaların verilməsində şəffaflığın təmin olunmaması və sair məqamlar daxildir. Bütün bunlar Heydər Əsədovun vəzifəsinə istənilən səviyyədə məsuliyyət göstərmədiyini ortalığa qoyur. Qeyd edək ki, konfransda kənd təsərrüfatı sahəsindəki problemlərin xüsusi qabardılması Heydər Əsədovun vəzifəsindəki çatışmazlıqların daha qabarıq şəkildə görünməsinə işarədir.

Təbii ki, bu da ciddi problemlərə gətirib çıxarır. DİA.AZ bildirir ki, elə bu günlərdə daha bir bahalaşma xəbəri yayıldı. Və özü də kənd təsərrüfatı məhsulları bazarında. Təbii ki, burada səbəbkar Ana Təbiət, kəskin iqlim dəyişikliyi göstərildi. Amma istənilən halda KTN belə bir situasiyaya da hazır olmalı idi.

Onu da bildirək ki, nazir bazardakı qiymət artımına reaksiya verib.

DİA.AZ bildirir ki, Heydər Əsədov "təhlil metodologiyasında kənd təsərrüfatı məhsullarının maya dəyərini formalaşdıran amillər də nəzərə alınmalıdır" deyərək KTN məhsullarının bahalaşmasının səbəbini başqa faktorlara dayamağa çalışıb: "Məsələn, texnikanın qiyməti artmaqda davam edir. Eynilə gübrələrin və yanacağın qiyməti də artmaqdadır. Təbii ki, bunlar da kənd təsərrüfatı məhsullarının maya dəyərində özünü büruzə verir, qiymət artımını sövq edir”.

Nazir bildirib ki, müəyyən səbəblərdən kənd təsərrüfatı məhsullarının bahalaşması həmin məhsulların istehsal vasitələrinin (yanacaq, texnika, gübrə və s.) bahalaşmasından daha sürətlə baş verir, bununla da qiymət dispariteti yaranır.

“Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının qiymətlərinin çox aşağı salınması düzgün praktika deyil. Dövlət maksimum şəkildə qiymət disparitetini qarşılayır. Amma istehsalçıya mütləq şərait yaratmaq lazımdır ki, o gəlir əldə edib, növbəti il üçün investisiya imkanları qazansın. Ona görə, istehlakçılar da bu prosesdə iştirak etməlidir, normal qiymət artımlarını təbii qəbul etməlidir”.

Görünəni odur ki, nazir bahalaşmanı törədən başlıca səbəbi - KTN-dəki böhranlı durumu, kənd təsərrüfatına dövlətin nəzərdə tutduğu qayğının gerçək ünvanına çatdırılmasını və digər bu kimi faktorları bir kənara atmaqla vəziyyətdən çıxmağa çalışır. Amma bu heç də uğurlu taktika deyil. Çünki dövlətimizə bazarlardakı bahalaşamanın səbəblərini ört-basdır etmək yox, onu aradan qaldırmaq lazımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15
Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41
Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35
“MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34
Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27
Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25
“Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17
Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10
Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03
"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59
Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55
Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45
Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33
Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28
İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25
Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33
Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26
Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru