Narazılıq: Bu rayonda fermerlərə "Yezid zülmü" verilir - Əhməd Əhmədzadənin adamından şikayət
Tarix: 19-03-2015, 11:46 | Çap et
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin deyəsən kadr islahatları aparmaqla arası yoxdur. Qurumun yerli idarələrində uzun illərdir rəhbər vəzifələri tutan şəxslərin hələ də işdə saxlanması bunu deməyə əsas verir. 2006-cı ildən ASC-yə rəhbərlik edən 70 yaşlı Əhməd Əhmədzadə nadir hallarda hansısa yerli idarənin rəisini dəyişir, yaxud digər kadr islahatları aparır.
Bəlkə elə buna görədir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin bəzi yerli idarələrində tez-tez korrupsiya hüquq pozmaları aşkar edilir, idarə rəislərinin külli miqdarda yeyintiyə yol verdiyi üzə çıxır. Bu haqda dəfələrlə tənqidi məqalələr yazsaq da, Əhməd müəllim tərəfindən heç bir ciddi tədbir görülməyib. Qeyd edək ki, əksər rayonlarımızda olduğu kimi, Aran bölgəsinin gözü sayılan Bərdədə də suvarma sistemi sahəsində ciddi problemlər hökm sürür. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Natiq Əhmədov tutduğu vəzifəyə qazanc mənbəyi kimi baxır və buna görə də əkin sahələrinin yetərli hissəsi susuzluqdan əziyyət çəkir: "Rayondakı əkinə yararlı torpaqlar yüz hektarlarla sahəni əhatə edir. Bərdə rayonunun əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, həmçinin onun üzərində olan elektrik nasos stansiyaları, 2 su anbarı, Tərtər kanalı və subartezian quyularıdır. Natiq Əhmədovun rəhbərliyi altında fəaliyyət göstərən idarə ümumilikdə 53949 hektar sahəyə xidmət etməlidir. Amma istənilən səviyyədə xidmət edə bilmir. Bunun isə bir sıra səbəbləri var. Belə ki, suvarma kompleksi, kanal və drenaj şəbəkələri, nəhəng qurğuların əsas hissəsi bərbad vəziyyətdədir. Hidrotexniki qurğuların və beton kanalların cari və əsaslı təmiri aşağı səviyyədə aparılır. İdarə rəisi təmir-bərpa, yenidənqurma tədbirləri adı altında indiyə qədər külli miqdarda büdcə vəsaitini öz maraqlarına qurban verib. Məhz bu üzdən son illər Bərdədə əkinçilik və heyvandarlıq məhsulları istehsalı sahəsində ciddi uğurlar əldə olunmayıb". Mənbənin sözlərinə görə, güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, bu avadanlıqların heç tozu da silinmir: "Suvarma Sistemləri İdarəsi Bərdə rayonunda ən çox korrupsiyalaşmış müəssisələrdən biri hesab olunur. Natiq Əhmədov heç kimdən və heç nədən çəkinməyərək qanunsuz işlər görür. O "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Bərdə rayonunda fəaliyyət göstərən bütün idarələrinin işini öz kurasiyasına alıb. Həmin idarələrə ayrılan vəsaitlər birbaşa Natiq müəllimin nəzarəti altında sərf edilir. Yerli əhali Bərdə Suvarma Sistemləri İdarəsinin fəaliyyətini qeyri-qənaətbəxş hesab edir. İdarə rəhbərliyi su istifadəçiləri arasında imkanına, cəmiyyətdəki mövqeyinə, qohumluq əlaqələrinə görə ayrı-seçkilik salır ki, bu da öz növbəsində haqlı narazılıqların yaranmasına səbəb olur. Təsərrüfatların vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməməsi məhsuldarlığa mənfi təsir göstərir, əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təmini məqsədinə nail olmaq işini ləngidir. Bundan başqa, idarənin hesabat sənədlərində, "forma-2" aktlarında kanalların, hidroqurğuların təmizlənməsi, təmiri, idarəyə texniki avadanlıqların alınması zamanı da ciddi nöqsanlara yol verilir. Sərf olunan məbləğin kağız üzərində şişirdilməsi nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan vurulur. Rayonun əkin sahələrinin, fermer təsərrüfatlarının suvarma suyu ilə etibarlı təminatından söhbət gedə bilməz".
Əldə etdiyimiz məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi, qrunt sularının səviyyəsinin aşağı salınması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulsa da, Natiq Əhmədov qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələ bilmir: "İdarəyə ayrılan vəsaitlərin böyük hissəsi şəxsi büdcələrə yönəldilir. Məsələn, Kətəlparaq, Hacallı, Xanərəb, Gərənə, Divanlı, Əmirli, Xanxanımlı, Dəymədağıldı, Qurdlar, Soğanverdilər, Yeni Daşkənd, Körpüsındıran, Samuxlu, Bəcirəvan, Kərimbəyli və Ərəblər kəndlərində subartezian quyusunun qazılması işlərində yüz minlərlə manat büdcə vəsaiti mənimsənilib. Lakin buna baxmayaraq, Natiq Əhmədova güldən ağır söz deyən yoxdur. Çünki idarə rəisi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə, eləcə də ASC sədri Əhməd Əhmədzadə ilə yaxşı münasibət qurmağı bacarıb. Natiq müəllim hər ay həm icra başçısını, həm də cəmiyyət sədrini "görür". Hətta icra başçısının qeyd kitabçasında idarə rəisinin adının ön sırada qeyd olunduğu deyilir. Buna görə də onun həyata keçirdiyi qeyri-qanuni işlərə göz yumulur". Gələn saylarımızda 3 dizel mühərriki, 6 nasos stansiyası, 8 elektrik mühərrikinin əsaslı təmiri zamanı yol verilən yeyintilər və idarədə mövcud olan digər xoşagəlməz məqamlar haqqında geniş məlumat verəcəyik. Bizi izləyin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
|