Problem var: Binə qəsəbəsində “sayğac oyunu” - Vətəndaşları necə narazı salırlar..
Tarix: 7-03-2015, 12:54 | Çap et
Məlum olduğu kimi bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adının dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması haqqında sərəncam imzalayıb. Eyni zamanda da ölkə mətbuatında dövlət başçısının rəsmi saytına istinadən xəbər verilmişdi ki, prezident İlham Əliyevin digər bir sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev yeni yaradılmış qurumun başçısı təyin edilib. Təbii ki, sadə istehlakçılar bu dəyişikliyi “Bakıelektrikşəbəkə” ASC-nin bir çox struktur bölmələrində artıq çoxdan səbirsizliklə gözlənilən əsaslı islahatların başlanğıcı kimi qəbul edirlər. İslahatlara isə ehtiyac həqiqətən də çox böyükdür. Xüsusilə də Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ), eləcə də Sayğac Quraşdırma və Uçota Nəzarət şöbəsinin fəaliyyətlərindən doğan müxtəlif səpkili narazılıqlar son vaxtlar ölkə mətbuatına ünvanlanan şikayət məktublarında tez-tez öz əksini tapır. Bu xüsusda daxil olan məlumatlarda ASC-nin rayon ETSİ-lərinin əməkdaşları tərəfindən mütəmadi olaraq müxtəlif maxinasiyalara yol verildiyi, o cümlədən abonentlərə artıq borc yazılması, müəyyən müəssisələrlə razılaşmaya gəlinərək qeyri-qanuni elektrik xətlərinin çəkilməsi, saxta qəbzlər əsasında ödəniş pullarının toplanması və digər bu kimi hallara dair açıqlamalar təqdim edilir. O cümlədən aldığımız məlumatlarda fəaliyyəti yerli sakinlərin narazılığına səbəb olan müəssisələrdən birinin də Xəzər rayon ETSİ olduğu göstərilir.Həmin məlumatlarda bildirilir ki, müəssisənin fəaliyyəti mütəmadi olaraq müxtəlif qanun pozuntuları ilə müşayiət olunur. İlk növbədə sakinlərin narazılıqlarına səbəb olan amil kimi sərf olunan elektrik enerjisinin pulunun sakinlərdən şəbəkənin əməkdaşları tərəfindən nəqd şəkildə yığılması göstərilir. Məlumdur ki, bu ödənişlər artıq neçə müddətdir ki, müvafiq bank şöbələri və ya ödəmə terminalları vasitəsilə həyata keçirilməlidir. Lakin Xəzər rayonunun bəzi ərazilərində bu proses hələ də köhnə qaydalarla davam edir. Təbii ki, məsələnin belə qoyuluşu ciddi mənimsəmələrə yol açır. Həm də əksər hallarda problemli vəziyyət yaranan zaman zərər çəkən tərəf yenə də enerji istehlakçısı olur. Son aldığımız daha bir məlumatda isə Xəzər RETSİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti maxinasiya nəticəsində rayonun Binə qəsəbəsi ərazisində salınmış yeni yaşayış massivinin (keçmiş südçülük sovxozu) sakinləri əsil soyğunçuluğa məruz qalıblar. Bu haqda məlumatı təqdim edən mənbə bildirir ki, təxminən 4 ay bundan əvvəl Xəzər RETSİ-nin bir neçə əməkdaşı əraziyə gələrək, fərdi evlərə elektrik sayğacları quraşdırmağa başlayıblar. Bunun müqabilində isə hər sayğaca görə vətəndaşlardan 270 manat məbləğində pul yığılıb. Lakin bu günlərdə həmin əraziyə Xəzər RETSİ-nin artıq digər əməkdaşları təşrif buyurublar. Bu qrupa başçılıq edən isə Qoşqar adlı bir əməkdaş olub. Onların əraziyə gəlməkdə məqsədləri isə 4 ay əvvəl quraşdırılmış sayğacları söküb aparmaq olub. Təbii ki, bu hərəkət sakinlərin etirazları ilə qarşılanıb. Ən azından, istehlakçılar əvəzində pul ödədikləri sayğacların hansı səbəbdən söküldüyünü öyrənmək istəyiblər. Qoşqar isə buna cavab olaraq bildirib ki, quraşdırılmış sayğaclar sən demə, saxta imiş. Təbii ki, bu absurd vəziyyət bir çox suallar doğurur. Saxta sayğaclar RETSİ-nin əməkdaşlarına kim tərəfindən verilib? Onların saxta olması nəyə görə laboratoriyada deyil, sakinlərin qapılarında müəyyənləşdirilib? Saxta sayğacların quraşdırılması barədə kim göstəriş verib? Suallar çoxdur və hələ daha çox olacaq. Qoşqar isə bütün bu sualları bir cümlə ilə “yola vermək” istəyib. Guya ki, həmin sayğacları quraşdıran əməkdaşlar cəza olaraq işdən qovulublar. Əcəb də cəzadır... Sən get vətəndaşların külli-miqdarda pulunu mənimsə, bunun müqabilində isə rahat gizlənə bilmək üçün səni işdən çıxarsınlar. Təbii ki, bütün bunlar boş cəfəngiyyatdır. Saxta sayğacları həmin əməkdaşlara verən də, yığılan pullara sahib çıxan da, sonradan izi itirmək üçün əraziyə digər bir qrupu göndərərək sayğacları sökdürən də ən azı Xəzər RETSİ-nin rəhbərliyi səviyyəsində olan məmurlardır. Lakin insident bununla da sona yetməmişdir. Baş verənlərə öz etirazlarını bildirən sakinlər, hələ Qoşqarın təhqir və təhdidlərinə də məruz qalıblar. Ondan şikayət edəcəklərini bildirən vətəndaşlara isə Qoşqar təxminən belə cavab verir: “Hara istəyirsiniz yazın. Mən Balababa Rzayevin qohumuyam. Görək, mənə kim bata biləcək..?” \\ bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
|