Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                     4 milyona görə 9 il cəza istədi .....                     Ov mövsümü açıq elan edilib .....                     Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq .....                     Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır .....                     Əliyevlə görüşdən qaçdı .....                     Paşinyanın deputatından sayıqlama .....                     Vüsal Aslanovun siftəsi pozuldu: .....                     Pensiya yaşının artırılması məntiqsizliyi... .....                 

Etibar Pirverdiyevin başı üzərində qara buludlar... - TƏFTİŞ QƏRARI
Tarix: 14-02-2015, 16:56 | Çap et
Etibar Pirverdiyevin başı üzərində qara buludlar...
Bildiyiniz kimi, ölkə başçısı bu il fevral ayının 10-da "Bakıelektrikşəbəkə"nin ləğv olunması, onun yerinə isə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama əsasən Baba Rzayev "Azərişıq" ASC-nin sədri təyin edilib. Beləliklə, dövlət başçısının sərəncamı ilə "Azərişıq" ölkə ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək. Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək. Bundan başqa, Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətinə ölkə ərazisində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisilə təchizatı üçün zəruri olan və "Azərenerji"nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görsün.

Xülasə, bundan sonra ölkədə enerjinin istehsalı ilə "Azərenerji", onun paylanması ilə "Azər İşıq" məşğul olacaq. Bütün bunlar bir daha onu təsdiqləyir ki, artıq "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyevin kreslosu laxlamaq üzrədir. Belə ki, yaxın vaxtlarda onun rəhbərlik etdiyi qurumda ciddi yoxlamalar baş tutacaq. Böyük ehtimalla, yoxlamaların yekununda adıçəkilən ASC-də kifayət qədər nöqsanlar aşkarlanacaq. Çünki qurum son zamanlar büdcə proqnozunu yerinə yetirməkdə ciddi çətinlik çəkir.

Söz yox ki, "Azərenerji" ASC-nin rəhbərinin səlahiyyətlərinin əlindən alınması heç də təsadüfü deyil. Uzun müddət idi ki, bu istiqamətdə müzakirələrin getdiyinə dair məlumatlar vardı. Hətta Etibar Pirverdiyevin vəzifədən götürüləcəyi gözlənilirdi. Bunun bir səbəbi kimi həm Etibar Pirverdiyevin "Azərenerji"də böhranlı vəziyyət yaranmasına səbəb olması, həm də idarəçilikdə buraxdığı çoxsaylı səhvlər idi. Hətta son aylar "Azərenerji"də maliyyə sıxıntıları ilə əlaqədar kağız almağa belə vəsaitin tapmadığına dair məlumat yayılırdı. Böyük məbləğdə kredit borcları olan ASC həmin borcları ödəməkdə çətinlik çəkdiyi qeyd olunurdu. Eyni zamanda, "Azərenerji"nin maliyyələşdirdiyi böyük layihələrdə ciddi maxinasiyalara yol verildiyinə dair məlumatlar var.

Məhz bu məqamda, Etibar Pirverdiyevin 10 il öncə verdiyi açıqlamaya toxunmaq istərdik. Beləliklə, 2005-ci ilin sentyabr ayında "Barmek Azərbaycan" şirkəti "Azərenerji" Səhmdar Cəmiyyəti ilə elektrik enerjisinin alınıb-satılmasına dair bağladığı müqaviləyə görə öz öhdəliyini yerinə yetirmir", deyə bəyanat verən Etibar Pirverdiyev həmin vaxt əlinə düşən fürsətdən istifadə edərək, ölkənin enerji sektorunda mövcud olan bütün problemlərin əsas günahkarı kimi məhz "Barmek Azərbaycan"ı və onun rəhbəri Hüseyn Arabulu təqdim edirdi. Lakin son illərin təcrübəsi, əsasən də soyuq qış aylarında ölkənin enerji sektorunda yaşanan acı olaylar bunun tam əksini sübut etmiş oldu. Bu gün "Barmek Azərbaycan" və Hüseyn Arabul olmadığından qəti şəkildə demək olar ki, hazırda Etibar Pirverdiyevin rəhbərlik etdiyi və hər il dövlət büdcəsindən milyonların ayrıldığı enerji sektorunda uzun illərdən bəri həllini gözləyən çoxsaylı problemlər var. Əfsus ki, həmin problemlər azalmaq əvəzinə, hər il bir qədər də artır. İş o yerə çatıb ki, qış aylarında hava bir qədər soyuyan kimi paytaxt Bakı və ölkənin əksər regionları işıq üzünə həsrət qalır. Bütün bunlar "Azərenerji"nin, daha dəqiq desək, Etibar Pirverdiyevin nöqsanlı fəaliyyətinin acı nəticəsi kimi yaddaşlara həkk olub. Əslində, burada qəribə heç nə yoxdur. Çünki son illər ərzində "Azərenerji"də nələrin baş verdiyi haqda ayrı-ayrı mətbuat orqanlarında çox yazılıb, çox faktlar açıq şəkildə ortalığa qoyulub. Lakin deyilənlərdən, tutulan nöqsanlardan nəticə çıxarmaq əvəzinə qurum rəhbəri israrla özünün həqiqətdən uzaq olan vədlərilə həm əhalini, həm də yuxarı dairələri aldatmaqla məşğul olub. Elə bu səbəbdən də onun və rəhbərlik etdiyi qurumun yarıtmaz siyasəti nəticəsində çoxsaylı ölkə vətəndaşının elektrik enerjisinə görə ödədikləri pullar müxtəlif yollarla mənimsənilib.

"Azərenerji" ASC-nin son zamanlar büdcə proqnozunu yerinə yetirə bilməməsi məsələsinə gəlincə, qeyd etməliyik ki, bir müddət öncə "Anonymous" haker qrupu bunun səbəblərini ortaya qoymuşdu. Belə ki, ASC-nin saytını dağıdaraq bir sıra mühüm sənədləri ələ keçirən haker qrupu Offşor hesablarla bağlı məlumatları, gizli müqavilələri və digər məqamları ictimailəşdirmişdi. Məhz bundan sonra məlum olub ki, "Azərenerji" ASC-nin yüksək çinli məmurlarından birinin Dubaya ezamiyyəti düz 35 min manata başa gəlib. Belə ki, həmin şəxs "Jumeirah Dubay" hotelində nömrənin (otağın) bir sutkalıq xərcinə görə 327 dollar, "Salmontini Dubai - Restaurant" restoranında şam yeməyinə görə 1127 dollar, "Bürc Xəlifə"dəki ticarət mərkəzinin lüks saunasında bir günlük istirahət üçün 487 dollar, "Louis Vuitton", "İF boutique", "Harvey Nichols", "Falcon Gallery", "Home Centre" və digər mağazalardan alış-verişə 20 min dollar, biznes-klass sinfindən olan avtomobilin icarəsinə görə isə 780 dollar ödəyib. Söz yox ki, bütün bunlar dövlət büdcəsi, yəni əhalidən yığılan işıq pulları hesabına başa gəlib. Buradan da belə bir qənaətə gəlmək olar ki, Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun büdcə proqnozunu yerinə yetirə bilməməsi bu cür məqamlarla bağlıdır. Məhz bütün bu faktlar yetərlidir ki, Etibar Pirverdiyev işinin öhdəsindən layiqincə gələ bilmədiyinə, həmçinin sədri olduğu ASC-də yeyinti hallarının mövcudluğu səbəbindən tutduğu postdan uzaqlaşdırılsın. Çox guman ki, yaxın gələcəkdə "Azərenerji" ümumiyyətlə ləğv olunacaq və səlahiyyətlərinin bir hissəsi Energetika Nazirliyinə, bir hissəsi isə "Azərişıq" ASC-yə veriləcək. Heç şübhəsiz ki, aidiyyəti qurumlar tərəfindən məsələ tam araşdırıldıqdan sonra məhz bu cür qərar qəbul oluna bilər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15
Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru