Ziya Məmmədov qardaşlarını danlayıb - Nəqliyyat naziri onlara qarşı niyə qəzəblidir?
Tarix: 5-07-2014, 12:02 | Çap et
Nəqliyyat naziri Ziya Məmmədov deputat olan qardaşı Elton Məmmədovu danlayıb. Nazirin danlağına səbəb isə son vaxtlar onun özü və oğlu Aynar Məmmədovla bağlı mətbuat səhifələrindən düşməyən qalmaqallı xəbərlər olub.Qeyd edək ki, son vaxtlar Aynar Məmmədova yaxınlığı ilə bilinən idmançı şəxsin “Yeni Müsavat” qəzetinin əməkdaşını döyməsi Məmmədovları, ən çox da nəqliyyat nazirini hədəfə gətirib. Böyük rezonans yaradan bu hadisədən əvvəl isə Aynar Məmmədovla bağlı avtoşluq faktı ortaya çıxmışdı. Çox keçmədən isə onun sosial şəbəkələrdə özünün dəbdəbəli həyatını, bahalı saatlarını, avtomobillərini, geyimlərini nümayiş etdirməsi cəmiyyətdə geniş əks-səda yaratmışdı.Bütün bunlar isə Ziya Məmmədovu ictimai qınaq hədəfinə çevirməklə bərabər, onun iqtidar içindəki dayaqlarını da xeyli sarsıdıb. Nəqliyyat naziri hakimiyyət daxilindəki rəqiblərinin əlinə özü əleyhinə ciddi «kozırlar” verən qardaşı və qardaşı oğluna da məhz bu səbəbdən qəzəblidir.Qeyd edək ki, bundan əvvəl də Ziya Məmmədov digər qardaşı - Nəriman Məmmədova acıqlanmışdı. Belə ki, fevral ayında ölkə mətbuatı xəbər verdi ki, nəqliyyat naziri böyük qardaşı Nəriman Məmmədovu “Azəryolservis” rəhbəri Cavid Qurbanovun müşaviri təyin edib. Bundan əvvəl Nəriman Məmmədov “MMC 85" adlı qurumun rəhbəri olub və nazirin əmri ilə vəzifəsindən azad olunub. Ziya Məmmədovun bu yerdəyişməsinə isə maraqlı səbəb göstərilirdi. Bildirilirdi ki, Nəriman Məmmədovun rəhbərlik etdiyi qurumun işi iri tonnajlı maşınlar üçün nəzərdə tutulan tərəzilərə nəzarət etməkdir. Hələ bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin rəhbərliyi yolların qısa müddətdə dağılmasını iri tonnajlı maşınların artıq yük götürmələri ilə izah etmişdi. Bunun qarşısını almaq üçün ölkəyə xüsusi tərəzilər gətirilmişdi. Lakin bununla da yol dağıntılarının qarşısını almaq mümkün olmadı. Deməli, Nəriman Məmmədov işinin öhdəsindən gələ bilməyib. Ziya Məmmədov da düşdüyü bu vəziyyətin fərqinə varıb, ona görə də məsələ böyüməmiş qardaşının yerini dəyişməyi qərara alıb. Nazir bununla həm də məsuliyyəti öz üzərindən atıb.Qeyd edək ki, Ziya Məmmədovun «Unikal”a müsahibəsindən sonra məsələ ətrafında daha da böyük ajiotaj yaranmışdı. Belə ki, qəzetimizin əməkdaşının nazirə ünvanladığı «Deyilənə görə, o, Dövlət Dəmir Yolunda işlədiyi dövrdə də işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı, bu gün də...” sualını yarımçıq kəsən Məmmədov belə cavab vermişdi: «Kişini işdən də çıxardarlar, yeni işə də qoyarlar, kişinin işdə nöqsanları da olar... Bunun sizə nə dəxli... Mənim bu nömrəmə niyə zəng eləmisiniz? Daha bu nömrəyə zəng etməyin”.Nəqliyyat nazirinin həmin vaxtki bu əsəbi reaksiyası həm qardaşının iş yerini dəyişdirməsinin ictimailəşməsini istəməməsi, həm də ümumiyyətlə, onun doğrudan da Nəriman Məmmədova acıqlı olması ilə izah edilirdi.İndi isə Ziya Məmmədovun digər qardaşı - Elton Məmmədovu danlaması xəbəri gəlib. Bu da onu göstərir ki, nazir ən yaxın əqrəbaları ucbatından tez-tez ictimai rəydə və mətbuatda tənqid və ittiham hədəfinə çevrilməsindən bezib. Eyni zamanda yaxın qohumlarının davranışları ucbatından iqtidar içindəki dayaqlarının sarsıdıldığını hiss etməsi, nüfuz dairəsinin daralmağa başlayacağı təhlükəsini duyması da görünür, naziri özündən çıxarır və qardaşlarını danlamaqla bir daha özü və ümumiyyətlə, Məmmədovlar soyadı ətrafında yeni, səs-küylü qalmaqalın yaşanmamasına çalışır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|