“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                 

Hakimiyyət gələn il kimlərə bir daha mandat haqqı tanımayacaq - Milli Məclisə "əlvida" deyənlərin siyahısı
Tarix: 16-06-2014, 12:32 | Çap et
Hakimiyyət gələn il kimlərə bir daha mandat haqqı tanımayacaq
Bəzi partiyaların bu ilin bələdiyyə seçkilərinə passiv hazırlığını nəzərə alsaq, ortaya belə bir mənzərə çıxır ki, gözlər 2015-ci ilin parlament seçkilərinə yönəlib. Məsələ burasındadır ki, deputat mandatı qazanmaq, Milli Məclisdə təmsilçilik bir sıra şəxslər, habelə siyasi qüvvələr üçün prioritet məsələdir. Amma şübhəsiz ki, 2015-ci ilin noyabrında keçiriləcək seçkilərdə mandat qazanmaq üçün 2010-2015-ci illərdə həm aktiv deputat olmaq, həm də ictimaiyyətin, cəmiyyətin gündəminə qalmaqallarla düşməməkdir. Amma təəssüf ki, təkcə bir neçə ay ərzində Milli Məclisin ayrı-ayrı deputatlarının adları xoşagəlməz məsələlərdə hallandırılır. Bütün bunlar onu göstərir ki, bəzi yüksək vəzifəli şəxslərin parlamentdəki deputatları çıxdaş ediləcək.

Bununla da bəzi şəxslərin parlamentdə təmsilçiliyi minimuma endiriləcək. Belə deputatlardan biri Elton Məmmədovdur. Onun oğlunun adının xoşagəlməz qalmaqalda hallandırılması, millət vəkilinin bununla bağlı yalanının aşkarlanması həmin şəxsin gələn il namizəd olması şansını sıfıra endirir. Məsələ burasındadır ki, Elton Məmmədovun oğlu Aynar yaşı 50-dən çox olan oliqarxlardan fərqli olaraq müasir gəncdir və sosial şəbəkələrdən də fəal şəkildə yararlanır. Aynar da özünün yüksək mənsəbli dostları qarşısında pərt olmaq, utanmaq istəmir. Elə buna görə də deputat balası sosial şəbəkədəki şəxsi səhifələrində təzəcə aldığı bahalı oyuncaqlarını müntəzəm olaraq "sərgiyə çıxarır”. Aynar balanın bu əyləncəsi isə filateliya, aviasiya, yaxud da Cənubi Amerikaya sərgüzəştlər dolu səyahətlər deyil. O, məmur, oliqarx və ya deputat balalarından elə də fərqlənmir. Onun da sevdiyi əşyalar bahalı maşınlar, saatlar, pal-paltardır. Amma bu əşyaların bahalığına görə yəqin ki, heç kim Aynara çata bilməz. Aynarın ən çox öyündüyü şey unikal maşın kolleksiyasıdır. Bura dünyanın aşağıda adları sadalanan ən bahalı, sürətli və dəbdəbəli avtomobil markaları daxildir. Elton Məmmədov bitib-tükənməyən sərvəti sosial şəbəkələrdə daim parıldayan bu gəncin avtomobillərinin oğluna məxsus olmadığını desə də, jurnalist araşdırmaları zamanı deputatın düz danışmadığı üzə çıxdı. Beləcə, Elton Məmmədovun adı gələn ilin şanssız namizədləri sırasına düşdü. Əldə etdiyimiz məlumatlara görə, "nurçu» məsələsi gələn il parlament müstəvisində də davam etdiriləcək. Bu mövhumu yada salanda ilk ağıla gələn şəxs Ceyhun Osmanlı olur. Adı bir sıra qalmaqallarda hallandırılan deputat Ceyhun Osmanlının qardaşı daxili işlər orqanlarından xaric edilib.

Mənbəmiz bildirir ki, bu, Ceyhun Osmanlı üçün gələn il yaşanacaq sürprizlərin başlanğıcıdır. Onun qardaşı Faiq Osmanlı yeni təyin olunduğu Ağdaş Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunub. Halbuki həmin şəxsin bu vəzifəyə təyinatından heç iki ay keçməmişdi. Faiq Osmanlı öz arzusu ilə daxili işlər orqanlarından azad olunması barədə raport yazıb. Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə onun raportu nəzərə alınıb və Faiq Osmanlı daxili işlər orqanlarından xaric edilib. Qeyd edək ki, bir müddət əvvəl Faiq Osmanlı Göyçay Rayonlararası Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunaraq kiçik vəzifəyə - Ağdaş Mühafizə Bölməsinə rəis təyin edilmişdi. Əldə etdiyimiz xəbərlərdə analoji vəziyyətin gələn il təkrarlanacağı, Ceyhun Osmanlının bir daha deputatlığa namizəd olmayacağı bildirilir. Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən üçüncü çağırış deputatı olan Astan Şahverdiyevin da adı qalmaqalda hallandırıldı. Bildirildi ki, o, deputat mandatından istifadə edərək əməkdar artist, tanınmış müğənni Firuzə İbadovanın başına həqiqətən də, belə bir işin gəldiyini, Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsini millət vəkilinin kürəkəninə satdığını bildirdi: «Mən o deputatın üzünü heç görməmişəm. Onun kürəkəni avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Allah rəhmət eləsin. Mərdəkan qəsəbəsində 4,8 sot torpağım var idi. Şəxsi problemlərimlə bağlı olaraq bağ sahəsini satmaq istəyirdim. Millət vəkilinin kürəkəni Aqil Fətəliyev torpağa müştəri çıxdı. Onunla 30 min manat qarşılığında razılaşdıq. Aqil Fətəliyev və polis sistemində işləyən Rəşid Allahyarov Xəzər rayonunda mənimlə alqı-satqı müqaviləsi imzaladılar. Səhv etmirəmsə, Aqil müstəntiq işləyirdi. Deputatın mərhum kürəkəni müqaviləni Solmaz adlı qadının adına bağladı. Ondan soruşdum ki, ay Aqil, bəs bu Solmaz kimdir. Mənə cavab verdi ki, həmin qadın həyasız alverçinin biridir. Onu belə tanıtdırdı. Bağı 30 min manata satdım. Amma mənə heç 10 min dollar da vermədi. Çox müsibətlə üzləşmişəm». Üzləşdiyim problemlə bağlı Milli Məclisin spikeri Oqtay Əsədov cənablarına məktub yazan əməkdar artist xahiş etdi ki, Astan Şahverdiyev üzə çıxsın və pulun yerdə qalan hissəsini ödəsin. Bu, MM üzvünün barəsində ilk xoşagəlməz xəbər deyil. Deputatın biznes fəaliyyəti ilə məşğul olması barədə dəfələrlə mətbuatda informasiya yayılıb. Bu səbəbdən onun da 2015-ci ildə yenidən deputatlığa namizəd olacağı inandırıcı görünmür. Adı qalmaqalda hallandırılan daha bir deputat Rəfael Cəbrayılovdur. Bir müddət əvvəl yayılan məlumatda "Nikoil Bank"ın deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının həyat yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verməsinə dair işin Ali Məhkəmədə olduğu bildirildi. Vurğulandı ki, məhkəmə həmin iddianı qismən təmin edərək borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. İddia onunla əsaslandırılıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədilə digər cavabdehlər Rauf, Elşən və Rafael Cəbrayılovlarla zaminlik müqaviləsi bağlanılıb. Lakin "ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.

Deputat isə qardaşlarının bizneslə məşğul olduğunu deyərək bank ödənişlərinin verilməsində gecikmələrin olmadığını deyib: " Mənim qardaşlarım böyük bizneslə məşğuldurlar. Onların tikdiyi layihənin yüz milyona yaxın qiyməti var. Yüz milyona yaxın işdə milyon yarım borcun olması normal hal deyil? Bu məsələni heç kim boş niyyətlə eləmir. Bu biznesin başında oturan mənim iki qardaşımdır».

«Gündəlik Bakı»nın əldə etdiyi xəbərlərdə habelə Aqil Abbasın, Aydın Abbasovun, passiv deputat Leyla Abdullayevanın, Arif Alışanovun, fəaliyyəti gözə dəyməyən Sahib Alıyevin, Azər Badamovun, Muxtar Babayevin, qaçqın və məcburi köçkünləri aşağıladığına görə ictimai qınaqla üzləşən Etibar Hüseynovun, Sevinc Hüseynovanın, Xanhüseyn Kazımlının, qalmaqallı biznes hadisələrinin mərkəzində olan Əsabil Qasımovun, Gülçöhrə Məmmədovanın, Hüseynbala Mirələmovun, bəzi müəllimlərinin (o cümlədən Yeganə Əliyevanın-red) adları saxta diplom məsələsində hallandırılan rektor-deputat Aqiyə Naxçıvanlının, Aytən Mustafayevanın, Beyləqan sakinlərinin narazılıq etdikləri Ayaz Orucovun, Əhməd Vəliyevin gələn ilin marafonunda deputatlığa namizədliklərini irəli sürməyəcəkləri bildirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15
Ov mövsümü açıq elan edilib
Dünən, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru