Hakimiyyət daxilində gözlənilən növbəti ələmə prosesi – Bu dəfə “savaşcıl” komitə sədri “vurulur” - GÖZLƏNTİ
Tarix: 27-05-2014, 11:21 | Çap et
DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova qarşı cinayət işi açıla bilər. Bildirək ki, hələ bir müddət əvvəl Qərib Məmmədovun özü hücumda idi. Belə ki, davamlı olaraq bələdiyyələri hədəfə alan və hətta bəzi icra hakimiyyəti başçılarını topa tutaraq, onları bələdiyyələrin qanunsuz torpaq zəbtetmə prosesində maraqlı tərəf kimi çıxış etdiyini aşkar surətdə ifadə edən Qərib Məmmədovun özü bu gün məhz torpaq maxinasiyalarına görə hədəfə çevrilib.
Qərib Məmmədov kimdən şübhələnirdi?
İlk olaraq Qərib Məmmədovla bağlı bəzi məqamları diqqətinizə çatdıraq. Bildirək ki, zaman-zaman onun barəsində mətbuatda müxtəlif ittihamlar səslənib. Hətta bu ittihamlara DTXK-dan qəribə bir reaksiya da verilib. Dövlət komitəsinin mətbuata verdiyi açıqlamada aşkar surətdə Qərib Məmmədovu narahat edən məqamlar hiss olunub.
Belə ki, jurnalistin DTXK əməkdaşları tərəfindən işlənən sıradan bir qanunsuzluqla bağlı sualına «Biz bilirik bunu kim yazdırır, hamısı Kərəm Həsənovun başının altından çıxır» deməsi, artıq Qərib Məmmədovu narahat edən başlıca məqamı KİV-lər üçün tam çılpaqlığı ilə ortaya qoymuş oldu. Və bunun ardından da mətbuatda Qərib Məmmədovla Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun arasındakı mübhəm ədavətlə bağlı silsilə materiallar dərc olunmağa başladı.
Mətbuat isə tam olaraq haqlı idi. Çünki adamların özləri Qərib Məmmədovu sevməyən fiquru təqdim etmişdilər və bu yöndə aparılan araşdırmalar da ortaya ilginc məşqamları çıxardı. Aydın olurdu ki, Qərib Məmmədovla Kərəm Həsənovun arasındakı düşmənçilik dəfələrlə müzakirə predmeti olub və hətta hakimiyyətin ən üst düzəyində belə bu olay yetərincə çözələnib.
Qərib Məmmədov Kərəm Həsənovu yerində oturda bilib
Bu da bir faktdır. Qərib Məmmədov Kərəm Həsənovu onu hədəfə almasını və barəsində ifşaeidici faktları mətbuata ötürməsini əsas gətirərək, bu yöndə ciddi dəlilləri əldə edərək «yuxarıların» qarşısında ciddi hesabatla çıxış edib, bu da mətbuatda yazılanlardandır.
Bu barədə KİV-lərin yazdıqlarından belə anlaşılır ki, Qərib Məmmədov təxminən keçən ilin ortalarında Kərəm Həsənovla «razborka»sını tam olaraq çürütməyə müvəffəq olub. Və nəticədə Kərəm Həsənova Qərib Məmmədova qarşı kampaniya aparması səbəbindən ciddi xəbərdarlıq edilib.
Bununla bağlı yeni faktları diqqətimizə təqdim edən hökumət içindəki mötəbər mənbə «Gündəm Xəbər» qəzetinə açıqlamasında bildirir ki, Qərib Məmmədov istəyinə nail ola bilməsi üçün heç də böyük əziyyət çəkməli olmayıb. Əslində rəqib cinah - yəni Kərəm Həsənovun ətrafı Qərib Məmmədovun işini xeyli asanlaşdırıb.
Redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Qərib Məmmədova yaxın KİV-lərdən biri ona qarşı kampaniyanın aparılması üçün Kərəm Həsənovun müavinlərindən birinin sifarişini alı rvə bu sifarişin icrasının müqabilində böyük pula mükafatlanacağı vədini alır. Təbii ki, bütün bu proses nəzarətə götürülür və nəhayətdə Qərib Məmmədov əldə etdiyi (hətta DTXK sədrinin əlində audioyazının olduğu da deyilir -red.) dəlilləri «yuxarılara» - ən üst səviyyəyə təqdim edir.
Mənbə bildirir ki, bununla da Qərib Məmmədov nəinki böyük bir dalğanın qarşısını almağa müvəffəq olur, həm də rəqibi Kərəm Həsənovu belə çıxdaş edəcək səviyyədə qüdrət sahibi olur. Xatırlayırsınızsa, bir ara Kərəm Həsənovla bağlı tənqidi materiallar mətbuat üçün ən rahat mövzulardan birinə çevrilmişdi. Mənbəmiz iddia edir ki, məhz həmin ərəfədə artıq Qərib Məmmədov qələbəsinin təntənəsini qeyd etməkdə idi.
Qərib Məmmədov-Kərəm Həsənov davasının sirri…
Qərib Məmmədovla Kərəm Həsənovun ədavətinin mahiyyətinə gəlincə isə bu iki komitə sədrinin davasının kökündə də elə torpaq məsələsi dayanır. Bununla bağlı redaksiyamıza danışan mənbə iddia edir ki, hətta iki komitə sədrinin torpaq davası hətta zaman-zaman hakimiyyət dəhlizlərində belə ironik reaksiyalarla müşaiyət olunub.
Mənbənin söylədikləri: «Təsəvvür edin, torpaqları işğal altında olan bir məmləkətin iki komitə sədri torpaq uğrunda dava aparır… Kərəm Həsənovla Qərib Məmmədov Xəzər Dənizinin sahilləri uğrunda davanın qəhrəmanlarıdır. Həmin bahalı yerlərə hər iki dövlət komitəsi iddialı olduğundan bu mübarizədə zamanında qalib tərəf kimi çıxış edən ƏMDK sədri sonradan DTXK tərəfindən yaradılan ciddi problemlərin qarşılığı olaraq Qərib Məmmədovu mətbuatda topa tutmaq qərarını verir».
Mənbəmizin iddialarına görə, bununla iki komitə sədrinin arası açılır: «Qərib Məmmədov işi o həddə çatdırırır ki, Kərəm Həsənovu tələyə sala bilir. Ardından da bəlli olaylar baş verir. Kərəm Həsənov Qərib Məmmədovun tələsində artıq özünə olan etimadı tam olaraq itirir».
Qərib Məmmədov nədən hədəfə çevrildi?
Bununla bağlı danışan mənbəmiz iddia edir ki, artıq böyük güclərin maraq mərkəzində olan TORPAQ DAVASINDA Qərib Məmmədov da çox kiçik fiqurdur: «Artıq daha iri ranqlı və daha imkanlı oliqarx-məmurlar torpaqların peşinə düşüblər. Təbii ki, Bu zaman Qərib Məmmədov kifayət qədər xırda fiqur hesab olunur. Onun Devlərin döyüşündə tərəfə çevrilməsi bir yana, başını dinc saxlamasının özü belə, böyük bir uğur kimi dəyərləndirilə bilər».
Məhz bu müstəvidə hədəfə çevrilən Qərib Məmmədovun bu gün iqtidar düşərgəsinin önəmli fiqurlarından biri tərəfindən «vurulduğu» da bir faktdır. Məlumatlı mənbənin söylədikləri: «Qərib Məmmədov da «qırmızı xətti» keçib. Onunla bağlı qərar verilmiş hesab oluna bilər. Çünki bu dəfə ona qarşı zamanında Fərhad Əliyevin kadrı kimi meydana atılmış və o qədər də dişli hesab olunmayan Kərəm Həsənov yox, daha iri fiqurlar diş qıcayıb. Qərib Məmmədov bu dəfəki yanlışlarını hansısa əks effektli şantaj gedişləri ilə ört-basdır edə bilməyəcək. Həm də onun qərarı verilib. Bunu Qərib müəllimin özü də yaxşı başa düşür. Bu gün Azərbaycanın ümumi Torpaq Atlasının hazırlanması ilə başını qatmaq zorunda qalan Qərib Məmmədov artıq böyük pullar uğrunda mübarizə müstəvisindən kənarlaşdırılmış vəziyyətdədir».
Mənbə iddia edir ki, Qərib Məmmədov da bu ilin sonlarına nəzərdə tutulmuş BÖYÜK KADR İSLAHATI DALĞASINDA veriləcək qurbanlardan biridir…
Mövzunu davam etdirəcəyik…
Orxan GƏNCƏLİ - "Gündəm Xəbər" qəzeti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|