Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək .....                     İran parlamentinin nümayəndə heyəti İrəvandadır .....                     Naxçıvanda qanun-manun hərləyən yoxdur... .....                     `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? .....                     Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                     Xalqımızın qan yaddaşı: 20 Yanvar... .....                     Naxçıvanda kredit-mredit OYUNU .....                     Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                 

“Modenco” MMC-də təhsilə ayrılan PULLARI KİMLƏR NECƏ YEYİB? - İTTİHAM VAR!
Tarix: 23-02-2023, 08:46 | Çap et
“Modenco” MMC-də təhsilə ayrılan PULLARI KİMLƏR NECƏ YEYİB?
Bir çox qalmaqallarda, hətta korrupsiya əməllərində adı hallanan podratçı “Modenco” MMC (Əvvəlki adı “Providence Doytch Limited” MMC) ilə bağlı “Təzadlar”a şikayət məktubunun daxil olması barədə məlumat vermişdik. Məktubda söhbət Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitin “Modenco” MMC tərəfindən mənimsənilməsindən gedirdi.

Şikayətçi isə “Vüqar-1970” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 2 saylı evdə yaşayan Zeynalov Vüqar İsmayıl oğludur. V.Zeynalov redaksiyamıza növbəti müraciətində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, surəti Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova və Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova ünvanlı şikayət ərizəsini təqdim edib.

Şikayət ərizəsində deyilir:

“Hörmətli cənab Baş prokuror Kamran Əliyev!

Hörmətli cənab Baş prokuror müavini Nazim Rəcəbov!

Hörmətli cənab nazir Mikayıl Cabbarov!

Bildirirəm ki, 2016-cı ilin dekabr ayından başlayaraq pespublikamızın müxtəlif rayonlarında, o cümlədən Lənkəran, Balakən, Zaqatala, İsmayıllı, Qax, Sabirabad, Ağcabədi, Cəlilabad, Lerik və Astara olmaqla 10 rayonun dağlıq və ucqar kəndlərində 15 Modul tipli məktəbin tikinti-quraşdırma işlərini yerinə yetirərək istifadəyə vermişəm. 2020-ci ilin may, iyun və iyul aylarında podratçı “Modenco” MMC ilə direktoru olduğum “Vüqar-1970” MMC arasında müvafiq qaydada subpodrat müqavilələri bağlayaraq, Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikinti işlərini yerinə yetirmişəm. Lakin smeta sənədləri işlərin tamamlanması dövründə təqdim olunduqda müəyyən olundu ki, modul tipli məktəblərdə podratçı şirkət tərəfindən faktiki yerinə yetirilən işlər tam həcmdə öz əksini tapmayıb. Bu da işlərin icrasından sonra işçilərin əmək haqlarının, mal-materialların, maşın-mexanizmlərin xərclərinin ödənilməsində borcların yaranmasına səbəb oldu. Qeyd edim ki, məktəblərin tikintisinin smeta sənədləri podratçı şirkət tərəfindən işlərin yekunlaşması ərəfəsində təqdim edilib. Ona görə də 3 məktəbdə faktiki yerinə yetirilmiş işin həcmi (həm də qiyməti) ilə smetada göstərilən həcmlə (qiymətlə) 180 min manata yaxın fərq yaranıb.

Göstərilən fərqin yaranması səbəblərinin hərtərəfli araşdırılması və səbəblərinin obyektiv və qanunauyğun qaydada qiymət verilməsi üçün mən özüm şəxsən “Modenco” MMC-nin direktoru Bəhruz Həsənova müraciət yazdım ki, qeyd edilən məsələnin araşdırılması və həlli üçün tədbir görülsün. B.Həsənovun qəbulunda olarkən bildirdim ki, müvafiq komissiya yaradılsın və komissiya üzvləri ilə hər üç məktəbdə yoxlama aparılmasına dair işlər görülsün. Direktor Bəhruz Həsənov özü sədr olmaqla komissiya təşkil etdi və 15-16 iyul 2021-ci il tarixlərdə mənim, mal-materialları daşıyan və maşın-mexanizmlərin sürücüləri məktəblərə dəvət edildi. Onların hamısı bir nəfər kimi görülmüş işlərin, onların yerinə yetirilməsi prosesinin, yükün həcmi və görülən işlərin sahəsi haqqında komissiya üzvlərinə məlumat verdilər və nə qədər iş görülməsini, neçə reys mal-material daşınmasını və qiymələrin neçəyə başa gəlməsini təsdiq etdilər. Ancaq komissiya üzvləri məktəblərdə akt tərtib etmədilər. Bildirdilər ki, qayıdıb Bakıda akt tərtib edəcəklər və mənə də təqdim edəcəklər. Bakıya gələndən sonra mənə əvvəlcədən hazırlanmış akt verdilər ki, bura imza et. Mən aktı oxuyarkən gördüm ki, onlar “Smeta aktı”nı köçürüb görülən işlərin “qəbul aktı” adı ilə mənə imza etdirmək istəyiblər. Ona görə də aktı imzalamaqdan imtina etdim. Çünki komissiya üzvləri formal olaraq Astara və Lerik rayonlarına gediblər.

Hətta mənim yazdığım müraciətə belə baxılmayıb. Başa düşdüm ki, “dırnaqarası komissiya” heç bir nəticə əldə etmək fikrində deyil. Aşkar olunan qanunsuzluqlar barədə heç kimə məlumat verməyəcəklər. Çünki mən şikətlə müqavilə bağlayıb işləyəndən bəri “Modenco” MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər. Bu da bir məktəb üçün ayrılmış pulun xeyli hissəsi, təxminən yarısı deməkdir. Onu da qeyd edim ki, podratçı tikinti şirkətlərinin rəhbərləri arasında yaxın qohumluq münasibətləri mövcuddur.Belə ki, həmin dövrdə Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov idi, podratçı “Modenco” MMC-nin rəhbərlərindən biri olan Musayev Teymur Zaur oğlu isə Anar Axundovun bacısının həyat yoldaşıdır.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənablar!

Qeyd etdiyim kimi, subpodratçı olaraq tikinti-quraşdırma işlərini başa çatdırdığı Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndlərində 3 modul tipli məktəbin tikinti-quraşdırma işlərini apararkən mənə verilməyən pulun məbləği 180 min manat civarındadır. Mənim tikinti işlərini apardığım işlərdə mal-materialın pulundan borclu qaldığım, işçilərə verə bilmədiyim, eləcə də yük maşınlarının sürücülərinə, traktor, buldozer və asfaltsalan texnikanı idarə edən insanların əmək haqlarını verə bilməmişəm. Borclu qaldığım insanlar evimə gəlib halal əmək haqlarını tələb edirlər. Bu vəziyyəti yaradan şirkət rəhbərləri isə keflərindən qalmırlar.

(Tikinti şirkətinin hər 3 məktəbin yerinə yetirilmiş işlərin qəbulu smetaları və ayrıca “Vüqar-1970” MMC-nin 3 məktəbdə gördüyü, “Modenco” MMCtikinti şirkətinin smetasında nəzərə alınmayan işlərin smeta aktları redaksiyamıza təqdim edilib. - RED.)

Lerik rayonunun Xiçəso kəndində tikilmiş modul tipli məktəbə “Modenco” MMCtikinti şirkətinin smeta aktına görə, 74.129 manat pul məbləği ayrılıb, faktiki tikintiyə xərclənən məbləğ 94.798 manat olub. Astara rayonunun Şəvqo kəndində 40 şagirdlik modul tipli məktəbin şirkət tərəfindən tikintisinə 94.031 manat ayrılıb, faktiki xərclənən məbləğ 167.809 manat olub.

Lerik rayonunun Loda kəndində modul tipli məktəbə “Modenco” MMCtikinti şirkətinin smeta aktına görə, 93.300 manat, faktiki tikintiyə xərclənən pul vəsaiti isə 167.383 manat məbləğində olub.

Diqqətinzə mühüm bir faktı da çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 may tarixli Sərəcamına əlavədə Astara rayonunun Xiçəso kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 256.000 manat, Astara rayonunun Şəvqo kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına isə 256.000 manat vəsait ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 avqust tarixli Sərəcamına əlavədə Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına ayrılan vəsait 207.000 manat təşkil edir.

Ümumilikdə, Prezidentin Sərəncamı ilə qeyd olunan məktəblərin quraşdırılmasına 719.000 manat ayrılıb. Mənim tikdiyim 3 məktəbə görə ödənilən vəsait 256.000 manat təşkil edir. Həmin məktəblərin tikintisi üçün mənə veriləcək məbləğ 180.000 manat civarında, şirkətin rəhbərlərinin mənimsədikləri məbləğ isə 290.000 manat civarında pul vəsaiti təşkil edir.

Göründüyü kimi, ”Modenco” MMC-nin rəhbərliyi Prezidentin sərəncamı ilə tikintiyə ayrılmış pulu mənimsəyərək,məni həm mal-material aldığım şirkətlərin rəhbərləri ilə, həm də tikintilərdə iş görən insanlarla üz-üzə qoyub.

Əslində tikinti şirkəti smeta tərtib edib tikintiyə pul ayırarkən tikilmiş məktəblərə yol çəkilməsi (betonlanması) xərcləri, nəqliyyat xərclərini, maşın-mexanizmlərin istifadəsi üçün çəkilən xərcləri, qazıntı işlərini, mişar daşının və eyni zamanda qum və çınqıl yüklənməsi və daşınmasında yüksəkliyə aparılması üçün əl əməyindən istifadə edilərək bir neçə dəfə maşınlara yüklənməsi və daşınması xərcləri nəzərə alınmayıb.

Ancaq mənim gördüyüm əlavə işlərin dəyəri şirkətin xərclərdə nəzərə alınmayan işlər hesabına yaranıb. Respublikada quraşdırılmış Modul tipli məktəblərdə olan vəziyyət qeyd edilən məktəblərlə eynilik təşkil edir.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənablar!

Çıxılmaz vəziyyətdə qalmışam. “Modenco” MMCtikinti şirkəti ilə bağladığım subpodrat müqaviləsi əsasında Astara rayonunun ucqar dağ kəndləri Xiçəsoda, Şəvqoda və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikintisinin aparılmasında sərf olunmuş pul vəsaitinin məbləğini müəyyən etmək üçün səlahiyyətli dövlət komissiyasının yaradılmasını istəyirəm.

Bir faktı da diqqətinizə çatdırıram ki, mən şirkət rəhbərlərinə müraciət edərkən onlar həm ayrı-ayrılıqda, həm də bir yerdə olaraq bütün görülmüş işlərə və çəkilmiş xərclərə görə mənə heç nə verməyəcəklərini bildirirlər və bunun üzərində israrla dayanırlar. Lakin 2022-ci ilin iyun ayında mənə 35.000 manat pul verməklə onlardan bir daha şikayətçi olmayacağıma dair ərizə verməyi təklif ediblər. Bu necə ola bilər? Bu günə kimi mənə heç bir manat da borcu olmayan (?) şirkət rəhbərləri birdən-birə 35.000 manat təklif edərək məni susdurmaq istəyirlər. Lakin mən bununla heç cürə razılaşa bilmərəm. Ona görə də mən qanunamüvafiq qaydada dövlət komissiyasının yaradılaraq əsaslı yoxlama aparılmasında israrlıyam. Xahiş edirəm, mənim şikayətimi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımı bildirirəm”.

REDAKSİYADAN: Qəzetimiz çapa gedərkən redaksiyamızla əlaqə saxlayan Vüqar Zeynalov dedi ki, ona olan 180 min manat borcu ödəmək əvəzinə, mənimsənilən pulların üstünü ört-basdır etməküçün “Modenco” MMC-nin hüquqşünası Ənvər Aslanov əsassız və yalan iddialarla onu məhkəməyə verib. Məhkəməyə təqdim olunan şikayət ərizəsində Ənvər Aslanovun “Vüqar-1970” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vüqar Zeynalov tərəfindən döyüldüyü iddia edilir.Lakin V.Zeynalov Ə.Aslanovun iddiasının əsassız və yalan olduğunu bildirir: “Ənvər Aslanovşikayət ərizəsində yazır ki, guya mən onu döymüşəm. Bu, tamamilə yalandır. Əslində o, Lerik rayonunun Loda kəndindəki tikdiyim modul tipli məktəbə hücum çəkərək mənə təzyiqlər göstərib və təhsil ocağının qapısını sındırıb. Bu barədə videoçəkilişlər də var. Ancaq indi o, məni “Modenco” MMC ilə bağlı aidiyyəti qurumlara etdiyim şikayətlərdən çəkindirmək məqsədilə barəmdə yalan iddialarla məhkəməyə müraciət edib”.

Qeyd edək ki, işə Lerik Rayon Məhkəməsində baxılacaq. Məhkəmənin hazırlıq iclası fevralın 22-si, saat 10:30-a təyin olunub. Hakim Atabəy Kiçibəyovdur.

Mövzunu diqqətdə saxlayacağıq.

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
//tezadlar.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56
İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50
Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru