KAPİTAL BANK-dan total narazılıq olsa da... .....                     Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub .....                     Prokuror gənc sevgilisini öldürən qadına .....                     Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... .....                     “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi .....                     Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb .....                     Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. .....                     ADNSU ilə bağlı qalmaqal davam edir .....                     İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi .....                     Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib .....                     Azərbaycanlı Ukraynada itkin düşdü .....                     Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” .....                     Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi .....                     Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" .....                     Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı .....                     Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... .....                     Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. .....                     Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir .....                     DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? .....                     Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək .....                     İran parlamentinin nümayəndə heyəti İrəvandadır .....                     Naxçıvanda qanun-manun hərləyən yoxdur... .....                     `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? .....                     Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                     Xalqımızın qan yaddaşı: 20 Yanvar... .....                     Naxçıvanda kredit-mredit OYUNU .....                     Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                 

İcbari tibbi sığortanın adını eşidəndə aparatların işləmədiyi deyilir... - GİLEY
Tarix: 27-01-2023, 10:12 | Çap et
İcbari tibbi sığortanın adını eşidəndə aparatların işləmədiyi deyilir...
“Dövlət xəstəxanasına gedirsən, icbari tibbi sığortanın adını eşidəndə aparatların işləmədiyi deyilir. Özəl xəstəxanalar isə od bahasına, sığortanı da saymırlar”, – bu sözləri AzadlıqRadiosuna Yasin Məmmədov deyib.

Növbəyə dayanan xəstələr
Məmmədov nə özünü, nə də ailə üzvlərini sığorta hesabına müalicə etdirə bildiyini, aylardır növbəsinin çatmadığını söyləyir: “Suraxanıda qeydiyyatda olduğum xəstəxanaya əlimdə çəlik axsaya-axsaya getdim. Oradan göndərişlə dövlət xəstəxanalarından birinə analiz üçün getməli idim. Çəkim çox olduğundan Azərbaycan Tibb Universiteti Cərrahiyə Klinikasına göndərilməli idim, amma hələ də göndərməyiblər. MRT cihazı 1 ildən çoxdur ölkənin heç bir klinikasında tapılmır. Vəziyyət ağırlaşandan sonra da dövlət yiyə durmur ki, sənin xəstəliyinə çox pul çıxır. Anam şəkər xəstəsidir, o da yararlana bilmir sığortadan. Yaşlı qadındır, ritm pozğunluğundan tutmuş, təzyiq, ağrılara kimi çox simptomu ağırlaşıb. Nə vaxta kimi pulumuz yoxdur deyə, xəstə qalacağıq. Dövlət də orada-burada deyəcək ki, biz sığorta ilə vətəndaşlara xidmət edirik”.

Rayonların da eyni dərdi

İmişlidə yaşayan Nəsirovlar da tibbi sığortadan narazılığını dilə gətirir. 10-nəfərlik ailənin heç bir üzvünün sığortadan yararlana bilmədiyini söyləyən Nəsirovlar həkimlərin sığorta ilə gələnlərdən pul tələb etdiyini bildirir.

“Özüm də dövlət işində işləyib sığortaya pul verirəm. Arvadım da müəllimdir, maaşından çıxılır. Böyük qızım da 1 ildir ki, qazancından bu sığortaya pul verir. Gözümüzün qarşısında təkcə bir ailədən 3 nəfər pul verir. Lazım olanda sığorta çevrilir tapılmaz bahalı daşa. Xəstəxanada ya növbə var deyirlər, ya da xidmətin olmadığını. Başa düşmək olmur, uşağın ayağı sınanda onu sığorta ilə qarşılamaq üçün hansı xüsusi xidmət olmalıdır? Kiçik xidməti göstərmirlərsə, nəyə veririk o pulları? Ya da sığorta ilə razılaşıb, amma əlavə pul istəyirlər. Başınıza dönüm, artıq pulum olsa idi, elə dövlətin nazını çəkmək əvəzinə özəl klinikada puluna minnət müalicə olunaram da. Səhər-birisi gün əsgər aparmağa qapımıza dayanacaqlar, bu gün büdcədən bir qəpik xərcləmək istəmirlər uşaqlar səhhətinə”, – ailə başçısı AzadlıqRadiosuna danışıb.

Dövlətin pulunun çatmadığı xəstəliklər
Bakı sakini Fərqanə Əkbərovanın səhhəti 2022-ci ilin iyulundan pisləşməyə başlayıb. Müalicələr heç bir nəticə vermədiyindən ötən il oktyabrın 28-dən onu xəstəxanaya yerləşdiriblər. Ağır pnevmoniyadan əziyyət çəkən Əkbərovanı həm də onkoloji xəstəliklər riski gözləyirdi. İlkin hesablamalar bir aylıq müalicə üçün təxminən 45 min manata yaxın vəsaitin gərəkdiyini göstərib. Lakin səhiyyə ilə bağlı heç bir dövlət qurumu müalicə xərclərini tam qarşılamadığından xəstənin qızı Nərmin Əkbərli başlatdığı ianələrlə xərclərin öhdəsindən qismən gəlməyə çalışıb. Daha sonra Əkbərli ölkə prezidentinə, Heydər Əliyevin Fonduna müraciət etsə də, səsinə səs verən olmayıb. Yanvarın 18-də Fərqanə Əkbərova vəfat edib, qızının isə hazırda 20 min manatdan çox borcu qalmaqdadır.

Hazırda səhiyyə qurumlarından, özəlliklə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yardım almadığı üçün müalicəsi ianə kampaniyalarının ümidinə qalanların sayı az deyil. Təkcə SMA xəstəliyindən əziyyət çəkən 30-a yaxın uşaq dövlətdən yardım ala bilmədiyi üçün ianələrdən asılı qalıb.

Xeyli müddətdir ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması təklif olunur. Bu məsələni parlament üzvləri də qaldırırlar. Ölkədə təxminən 58 min onkoloji xəstə var və bu xəstəliklərin icbari tibbi sığorta ilə əhatələnməsinə 200 milyon manat vəsaitin gərəkdiyi bildirilir.

Milyardlarla vəsait…
2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 milyard 125 milyon manatdan çox vəsait ayrılıb. Bu ilsə dövlət büdcəsindən icbari tibbi sığorta fonduna 1 milyard 263 milyon 820 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Büdcədən səhiyyəyə ümumilikdə 1 milyard 906 milyondan çox vəsait ayrılıb. Poliklinikalar və ambulatoriyalar üçün 1 milyon 802 min 885 manat, xəstəxanalar üçün 171 milyon 384 min manat ayrılması nəzərdə tutulur.

Azərbaycanda rəsmi iş yeri olan hər kəs icbari tibbi sığorta üçün maaşından ödəniş verməlidir. İşçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz tutulur. Məsələn, aylıq maaşı 900 manat olan şəxs tibbi sığorta üçün maaşının 18 manatından keçməli olur.

Vətəndaşdan ödəniş tələbi qanunsuzdur
Vaxtı ikən 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyən, hazırda parlamentin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli AzadlıqRadiosuna deyib ki, tibbi sığorta zərfinə daxil xəstəliyin müalicəsində vətəndaşdan pul istənilməsi qanunsuzdur: “İcbari sığorta paketindəki bütün xidmətlərdən istifadə vətəndaş üçün ödənişsiz təşkil olunmalıdır. Türkiyədə xəstəliyin bir hissəsini müştərək müqavilə əsasında sığorta qarşılayırsa, digər hissəsi vətəndaş hesabına olur. Lakin bizim ölkədə tətbiq edilən icbari tibbi sığorta belə deyil. Məsələn, bir əməliyyat sığorta paketində varsa, proses zamanı bütün xərci də sığorta qarşılamalıdır”.

Deputatın fikrincə, “vətəndaş dövlət agentliyinin rəsmi saytındakı xidmətlər siyahısına baxmalıdır, xəstəlik xidmətlər zərfinə daxildirsə, müalicə xərci çox olsa da, qarşılanmalıdır”. Məmmədli onkoloji xəstəliklərin icbari sığorta paketinə salınmamasını müvafiq dövlət proqramının olması ilə əlaqələndirir.

“Pullar hara gedir?”
Həkim-radioloq Aydın Əliyev tibbi sığorta üçün ayrılan pulların qeyri-şəffaf istifadə edildiyini, sistemdə boşluqların olduğunu deyir.

“Bu yaxınlarda avtomobil qəzasına düşən şəxs mənə müraciət edib ki, tibbi sığorta onun xərclərini qarşılamadı. Özəl xəstəxanada da 40 min manata yaxın xərci çıxıb. Belə müraciətlər çoxdur, əhalinin əksəriyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazıdır. Mən də pis qiymətləndirirəm. Vətəndaşlar və dövlət müəssisələrindən alınan bu qədər vəsait hara gedir?!.. İstisnasız olaraq bütün xəstəliklər tibbi sığorta zərfinə daxil edilməlidir. Amma Azərbaycanda əhalinin bir qisminin əziyyət çəkdiyi xroniki, onkoloji xəstəliklər bu zərfə aid deyil. Çox yayılan xəstəlikləri belə ya qarşılamır, ya da bir qismini qarşılayır. Xəstəliyin bəzən bir hissəsini qarşılanması deyilir, limit qoyulur. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur”, – deyən Əliyev icbari tibbi sığorta sistemini şəffaf etməyə, qurumu hesabat verməyə çağırır.

Agentliyin rəsmi vebsaytında maliyyə hesabatı gözə dəymir, AzadlıqRadiosunun sorğusu da cavabsız qalıb.

Dünya təcrübəsi
20-dən çox ölkədə tibbi sığorta ilə bağlı “büdcə” modeli tətbiq edilməkdədir. Belə olduqda vətəndaşların səhiyyə xərcləri dövlət büdcəsinə daxil olan vergi vəsaitləri hesabına qarşılanır. İngiltərədə Milli Sağlamlıq Sistemi (NHS) adlı sistemə bağlı xəstəxanalarda bütün səhiyyə xidmətləri pulsuz təqdim edilir. Avropa İttifaqı (Aİ) ölkələrində tibbi sığorta haqları adətən vergilər və ya işəgötürənlər tərəfindən ödənilir. Dövlət öz vətəndaşlarını tibbi sığorta ilə təmin edir. Fransa və İtaliya da bu sistemdən yararlanır. Səhiyyə xidmətləri özəl xəstəxanalar tərəfindən göstərilir və bu xidmətlərin ödənişlərini hökumət qarşılayır.

SSRİ dağılandan sonra icbari tibbi sığorta sistemini ilk tətbiq edən ölkələrdən biri Estoniya olmuşdu. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, 1992-ci ildən bu sistemə keçən Estoniyada hazırda vətəndaşların 80 faizə yaxını tibbi sığorta ilə təmin olunub.

Qonşu Türkiyədə də Sosial Güvənlilik Qurumu (SGK) vasitəsilə bütün vətəndaşlara tibbi xidmət 100 faiz ödənilir.

Göstərilən xidmət sayı..
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığorta zərfinə 2 min 550 xidmət daxildir. Zərfə 950 cərrahi, təcili və təxirəsalınmaz tibbi xidmət üzrə yalnız altı xidmət salınıb. Agentlik bildirib ki, ötən ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 milyondan çox şəxs 16 milyon dəfədən çox müraciət edib. Vətəndaşlara 40 milyon 277 mindən çox tibbi xidmət göstərildiyi bildirilir.

Agentlik rəsmiləri qeyd edir ki, ağır xəstəliklərin xidmət zərfinə salınması Dövlət Statistika Komitəsinin məlumatı əsasında, 5 il ərzində ölümlərin hansı xəstəliklər üzrə olmasına görə müəyyən edilir. Maliyyə resursları artdıqca siyahıda yer alan xəstəliklərin sayı da artırılır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00
“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54
Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50
ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45
Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41
Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39
Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37
Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34
Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32
Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15
Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11
Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09
DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04
Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56
İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50
Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru