DİA.AZ: - "Şikayətim "Baku Electronics" şirkətindəndir. Eyni zamanda 4-5 ev əşyası aldım və..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paulaşımında Rüstəm Gülməmmədov adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş bildirir: "Soyuducu və paltaryuyanın qapısı zədəli oldu. Şirkətə müraciət etdim, zəmanət ola-ola ödənişsiz xidmətdən boyun qaçırdılar.
10 ildən artıqdır ki, bu şirkətin müştərisi idim. Amma xidmətləri bərbaddır".
diaaz.space-ın məlumatına görə, narazı vətəndaş məsələ ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini də qeyd edir: "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdim və xahiş etdim ki, bu şirkətin fəaliyyətinə nəzarət edilsin. Şikayətimizi dinləyən bir nəfər belə tapılmadı..."
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...