Cənab Təhməzli yəqin ki, bununla maraqlanar... - Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏ...
Tarix: 30-03-2022, 12:00 | Çap et
 Bu şirkət, yəni “Vəkiloğlu” MMC haqqında 2 il öncə eşitmişdik. Belə ki, rəsmi məlumatlardan bəlli olurdu ki, xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən fəaliyyət göstərən iki stasionar postda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və xidməti vəzifəsini həyata keçirən zaman polis əməkdaşını avtomobillə vurub ona bədən xəsarəti yetirən sürücü qaçıb aradan çıxıb. Təsəvvür edirsiniz, karantin rejimi dövründə iki polisi vurub qaçan şəxs hamıya meydan oxuyur. Nazirliyin rəhbərliyini söyür, ağzına gələni danışır və ona bir söz deyən olmur. Söhbət Tərtər rayonunun Xorzlu kəndində fəaliyyət göstərən “Vəkiloğlu” MMC-nin ( Patron tumlar ) direktor müavini Elşad Məmmədovdan gedir. Bu adam şirkətin direktoru Rəşad Məmmədovun qardaşıdır. Aydınlıq üçün qeyd edək ki, Elşad Məmmədov idarə etdiyi “Mercedes” markalı, 10-00-018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının “saxla” əmrinə tabe olmadan öz hərəkətini davam etdirib, bundan əlavə, həmin magistralın 113-cü kilometrliyindəki stasionar postda xidmət aparan digər polis əməkdaşlarının da “saxla” əmrinə məhəl qoymayıb və posta daxil olaraq xidməti vəzifəsini yerinə yetirən Şirvan rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub ağır bədən xəsarətləri yetirib. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdı. Və Elşad Məmmədov azadlıqda gəzərək özü üçün kef edir. Bəs görəsən bu boyda cinayəti törədən adam necə azadlıqda qala bilərdi..? Bu suala birazdan qayıdacağıq… İndi isə “Vəkiloğlu”nun tumlarından bəhs edək. Deməli, bir neçə ildir ki, bu şirkətin Patron tumları haqqında ölkə mediası nələr yazmır. 20 qəpiyə satılan “Sərfəli” günəbaxan tumundan qurd çıxmasıyla bağlı vətəndaşlar az qala haray salırlar. Hətta vətəndaşlar yazır ki, həmin tumların istehsal edildiyi yerdə antisanitar və gigiyenik qaydalara əməl olunmur. Onda ortaya sual çıxır ki, bəs görəsən Ataş Təhməzlinin rəhbər olduğu QİDA agentliyi hara baxır ? Hələ bu harasıdır ? Vətəndaşlar yazır ki, günəbaxan paketinin içindən tullantı çıxıb və vətəndaş bununla bağlı istehsalçı şirkətin nömrəsinə zəng edərək haqlı iradını bildirib. İstehsalçı şirkətdən isə bildiriblər ki, hazırda həmin günəbaxan tumlarının istehsal olunduğu sexdə təmir işləri gedir və buna görə paketin içindən tullantı çıxması normal haldır. Daha sonra şirkətin xanım təmsilçisi öz arqumentini daha da gücləndirmək üçün əlavə edib ki, indiki iş şəraitində onlara məxsus günəbaxan paketinin içindən nə desən çıxa bilər. İndi gördünüzmü, şirkətin işçisi üzr istəmək-filan əvəzinə deyir belə hal normaldır. Bax, belə şirkətin direktor müavini də polisi vurub qaça bilər. Buna da adi hal kimi baxmaq lazımdır. Hələ bu harasıdır ee… İndi görün nə baş verib..? Bəli, vətəndaş yazır ki, aldığım tumların içindən QOYUN NƏCİSİ çıxdı… Bu artıq sözün bitdiyi yerdir. Ona görə mövzunun istiqamətini dəyişirik. Deməli, şirkıtin rəhbərliyi dönə-dönə qeyd edir ki, şəhid ailələrinə xeyli ianə etmişik. Əgər sənin istehsal etdiyin məhsulun içində qoyun nəcisi çıxırsa, sənin ianən ….dəysin. Kimə lazımdır belə ianə..? Hələ bu harasıdır..? İndi görüm tumların içindən daha nə çıxacaq…? Tərtərdən olan millət vəkili Sahib Alıyev deyib ki, lazım gəldiyi vaxt yardımsevərlik, xeyriyyəçilik edən imkanlılar, sahibkarlar da var.... “Tərtərin Xoruzlu kəndində “Patron” tumlarını istehsal edən “Vəkiloğlu” MMC-nin təsisçiləri Rəşad və Elşad Məmmədov qardaşları məhz birincilərdəndirlər. Onlar bu günlərdə Yeni Azərbaycan Partiyasının könüllüləriylə birgə 200-dən artıq ehtiyacı olan ailəyə baş çəkərək yardım ediblər. Bu gün Elşadla danışdım, daha 100 ailəyə yardım hazırlıqları gördüklərini bildirdi. Xahişim bu oldu ki, mümkünsə, yardımı bir neçə yox, sağlamlığı testlə təsdiqlənmiş bir adam çatdırsın. Son olaraq onu qeyd edək ki, polisi vurub qaçan Elşadın qardaşı Rəşad Məmmədov jurnalistə deyib ki, “Bura Azərbaycandır, puluna minnət, siz də gedin neçə istəyirsiniz yazın”.... Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. Xatırladaq ki, yazıda müxtəlif saytların yazılarından istifadə edilmişdir. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|