Masallını görün, KİM İDARƏ EDİR... - İLGİNC İDDİALAR...
Tarix: 22-03-2022, 10:46 | Çap et
 Biz dini mənsubiyyətinə, dini məzhəbinə görə, kimisə hətta qınamaq fikrindən uzağıq. Hər bir insanın azad şəkildə istədiyi dinə, təriqətə qulluq etmək haqqı var. O cümlədən də, Samuxun, Ağcabədinin keçmiş, Masallının indiki icra başçısı olan Şahin Məmmədovun. Çünki sivil dünyada din azadlığı, inanc azadlığı deyilən dəyərlər var. Ancaq yazının başlığında “məzhəb” sözünü əbəs yerə işlətmədik. Yəqin ki, cənab başçı özü bunun mənasını bilər. Biz oxu atıb yayı gizlətmirik. Atalar demişkən, arifə bir işarə də yetər. Ancaq Şahin Məmmədov inciməsin, adamım məzhəbi varsa, o qorxulu deyil, vay o gündən ki, adamın məzhəbi olmaya. Bəli, indi görək, cənab başçı işlədiyi rayonlarda nəyə qulluq edib ? Öncə onu qeyd edək ki, Şahin Məmmədov Bərdədə doğulub, 1992-ci ildə komsomolda çalışıb. Adamdan soruşan lazımdır ki, 1992-ci ildə komsomol var idi ? Sonra müxtəlif bankların Bərdə filialının müdiri olub. Və 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 2019-cu ildən isə Masallı Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu adamın adı mediada dəmir-boru-turba satan kimi hallandırılır. Bəli, bu adam Ağcabədinin icra başçısı olarkən, Qarqar çayından rayon mərkəzinə gələn 18 km uzunluğunda su borularını çıxararaq satıb. Qarqardan Ağcabədinin rayon mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqun boruların 1-inin uzunluğu 4,2 metr, çəkisi 534 kq-dır. İndi qoy hüquq-mühafizə orqanları 18 km borunun çəkisini və bazar qiymətini hesablasın. Və görsünlər ki, Şahin Məmmədov təkcə su borularından neçə milyonlar qazanıb. Dövlət Ağcabədidəki səhiyyə müəssisələrinə dərman preparatlarının alınması üçün 200 min manat pul ayırıb. Şahin Məmmədov səhiyyə idarəsinin müdirini məcbur edib ki, o pulu nağdlaşdır və mənə ver. Müdir də edib. Maliyyə nazirliyi yoxlamaya gələndə, icra başçısı Şahin Məmmədov yaxasını qırağa çəkmək istəyib, ancaq səhiyyənin müdiri hamının gözü qarşısında Şahinin yaxasından yapışaraq, “Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar” deyib. Orada olan şəxslər olmasaydı, səhiyyənin müdiri Şahini möhkəm əzişdirəcəkdi. Şahin güclə qaçaraq icra hakimiyyətinin binasına girə bilib. Şahin Məmmədov, indi özün de, sən hansı məzhəbə qulluq edirsən ? Şahin Məmmədov Ağcabədidə icra başçısı olarkən, rayona ayrılan 500 min manat yox olub. Və icra hakimiyyətində keçirilən iclasda icra başçısı ilə işçiləri arasında süpürləşmə olub... Bax, sən busan, cənab icra başçısı... Rayonda və paytaxt Bakıda nə qədər ticarət obyektlərin var, Şahin Məmmədov ? Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexləri hamısı sənindir, Şahin Məmmədov. Bunlardan əlavə Şahin Məmmədovun doğulduğu Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfatı, Bərdə şəhəri çay qırağı ərazisində bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villaları, Nizami rayonu ərazisində 2 mağazası var. Saymaqla qurtaran deyil ki... Şahin Məmmədovun Bakıdakı mənzillərinin, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarındakı imarətlərinin dəyəri bir neçə milyondur. Hələ bu harasıdır. Şahin Məmmədov Gürcüstanın Batumi şəhərində dəyəri bir neçə milyon olan dəbdəbəli villa tikdirib. Elə bilirsiniz ki, siyahı başa çatdı... Şahin Məmmədovun Yasamal rayon Nərimanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş 3 mənzili, “Vasmoy” kilometr deyilən ərazidə 2 avtomobil sexi, Lider televiziyasının arxasındakı binalarda isə 4 mənzili var. Şahin Məmmədov harada villa tikdirirsə, birini də qardaşlarına tikdirir. Şahin Məmmədov Ağcabədidə etdiklərini Masallıda davam etdirir. Bir sözlə, Şahin Məmmədov öz əməllərindən qalmır. Biz yuxarıda əbəs yerə soruşmadıq ki, sən hansı məzhəbə qulluq edirsən, cənab Şahin Məmmədov ? P.S Qarşı tərəfə cavab haqqı tanıyırıq. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|