Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                 

Cəmiyyətin MTK BƏLASI... - NƏ ETMƏLİ?
Tarix: 21-02-2022, 10:52 | Çap et
Cəmiyyətin MTK BƏLASI...
“Vecon Consulting” qiymətləndirmə şirkəti paytaxtın əmlak bazarı ilə bağlı apardığı araşdırmaya yekun vurub. Monitorinq zamanı vətəndaşların etimadından sui-istifadə olunması, onların aldadılması ilə bağlı çoxsaylı faktlar aşkarlanıb. Mənzil tikinti kooperativlərinin (MTK) mənzillərin sahələrini süni şəkildə şişirtməsi, müvafiq standarları pozması, payçıların artıq ödənişlərə məcbur edilməsi, kommunal xidmətlərin keyfiyyətsiz olması fonunda qiymətlərin bahalaşması və s. kimi məqamlar ortaya çıxıb. Eyni zamanda, cəmiyyətdə “makler” kimi məşhur olan rielitorların da mənzil alıcılarını aldatmasına dair ciddi faktlar üzə çıxıb. DİA.AZ-ın məlumatına görə, sraşdırmanın nəticələri barədə AYNA-ya danışan “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc deyib ki, rəhbəri olduğu şirkət davamlı olaraq paytaxtın daşınmaz əmlak bazarının monitorinqini həyata keçirir: “Hər ay Bakının müxtəlif rayonları üzrə qiymətlərin dəyişmə nisbəti, köhnə və yeni tikili mənzillərə tələbat səviyyəsi ilə bağlı araşdırmalar aparırıq. Habelə paytaxtın əmlak bazarının mövcud vəziyyətinə dair rüblük monitorinqlər həyata keçiririk. Bu qəbildən olan son araşdırmamız zamanı ciddi nöqsanlar aşkar etdik”.

“Statistikaya görə, potensial alıcılar yeni tikili mənzillərə daha çox üstünlük verirlər. Mənzil almaq ərəfəsində insanları ən çox maraqlandıran uyğun yaşayış sahəsinin seçilməsidir. Eyni zamanda binaların yerləşdiyi əraziyə də xüsusi önəm verilir. Bir çox hallarda rielitorlar internet resurslarında yerləşdirdikləri elanlar zamanı mənzilin yerləşdiyi ərazini düzgün qeyd etmirlər. Onlar müştərinin müfəssəl məlumatlar əldə etməsini yox, nəyin bahasına olursa-olsun onları əldə etməyi hədəfləyirlər”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, istehlakçılar sinif təsnifatına görə mənzilləri ayırd etməkdə çətinlik çəkirlər: “Bəzi işbazlar da bundan yararlanaraq onları aldatmağa çalışırlar. Misal üçün, mənzilin yerləşdiyi ərazini “Həzi Aslanov” metrostansiyasının yaxınlığı kimi qeyd edirlər. Lakin sonradan məlum olur ki, “Xəzər” univermağının ərazisindəymiş. Halbuki alıcıda aydın təsəvvür formalaşdırmaq üçün ərazinin yaxınlığındakı strateji məkan qeyd olunmalıdır. Hər hansı metroya yaxınlığını isə konkret məsafəni göstərməklə bildirmək olar”.

“Mənzilə baxış zamanı məlum olur ki, təmirin səviyyəsi, mənzilin sahəsi də şişirdilib. 96 kv.m-lik mənzil 100 kv.m kimi göstərilib. Çıxarış zamanı isə bu mənzillərin real sahəsinin 82 kv.m olduğu bəlli olur. Təsəvvür edin ki, müştəri mənzili 18 faiz daha baha qiymətə almaq məcburiyyətində qalır. Bu da öz növbəsində daşınmaz əmlak bazarında bahalaşmanı stimullaşıran faktor rolunda çıxış edir”, - deyə ekspert söyləyib.

V.Oruc qeyd edib ki, gündəlik qiymətləndirmələr zamanı şirkətə vətəndaşlardan bununla bağlı çoxsaylı şikayətlər daxil olur: “Onlar iddia edirlər ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu qədər olmalıdır. Biz isə onlara izah edirik ki, mənzilin real sahəsi çıxarışa uyğun tənzimlənir. Müvafiq normativlərə görə, mənzilin sahəsi hesablanarkən onun yalnız yaşayışa yaralı hissəsi qeyd olunmalıdır. Eyvan ərazisi üçdə bir nisbətində qeydiyyata alınmalıdır. MTK sahibləri isə qonşuya aid əraziləri də mənzilin ərazisinə şamil edirlər. Evin sahibi sonradan mənzili satışa çıxararkən ciddi problemlərlə üzləşir. Məlum olur ki, onu aldadıblar və nəticədə çıxılmaz duruma düşürlər. Mən buradan üzümü MTK sahiblərinə tutub demək istəyirəm ki, mənzillərin sahəsini şişirdilməsi ənənəsinə son qoyulmalıdır”.

Vətəndaşları yeni mənzil alarkən diqqətli olmağa səsləyən ekspertin bildirdiyinə görə, mənzilin sahəsi, təmir səviyyəsi, yerləşdiyi ərazi, mərtəbəsi qiymətlərə təsir edən faktorlardır: “Müvafiq qaydalara əsasən, mənzillərin ümumi sahəsi – yaşayış otaqlarının, köməkçi sahələrin (mətbəx, sanitar qovşaq, dəhliz, dolab), eləcə də eyvanların azaltma əmsallara vurulmuş məcmusundan ibarətdir. 30 faiz eyvan sahəsi ümumu yaşayış səviyyəsinə aid edilə bilər. Mənzilə çıxarış da məhz buna əsasən verilir. Mənzil ipoteka şərtləri ilə satışa çıxarılan zaman qiymətləndirmə şirkətləri də bunu əsas götürür”.

DİA.AZ xəbər verir ki, hüquqşünas Fərhad Mehdiyev də AYNA-ya açıqlamasında MTK-ların əksər hallarda vətəndaşları aldatdığını bildirib: “Əvvəla, MTK-lar mənzilləri təhvil verdikdən sonra oranı tərk etməlidir. 2010-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsi mövcuddur. O Məcəllədə qeyd olunur ki, yeni tikili binalarda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti fəaliyyət göstərməlidir. Bu qurum payçılar tərəfindən yaradılmalı və səsvermə əsasında idarəçilər seçilməlidir. Qeydiyyatdan keçəndən sonra isə həmin binaların idarə edilməsi onlara həvalə olunmalıdır”.

“Çox təəssüf ki, bu proses həyata keçirilmir. MTK-lar satışdan pul qazandıqları kimi, binanın idarəçiliyindən də pul qazanırlar. Özü də bu, kiçik məbləğlər olmur. Onlar hər vəchlə Məcəllənin işlək olmasına mane olurlar. Hətta bununla bağlı məhkəmə iddiaları da var. Misal üçün, bir yaşayış kompleksində MTK rəhbərliyi bəzi qonşularla sövdələşməyə gedərək, bu cəmiyyətin qurulmasına imkan vermirdi. Sonradan məsələ məhkəmə yolu ilə öz həllini tapdı”, - deyə müsahibimiz vurğulayıb.

Hüquqşünasın sözlərinə görə, əksər MTK-lar ilkin müqavilə imzalayan zaman payçıları aldadırlar: “Müqaviləni istədikləri kimi tərtib edirlər. Vətəndaşlar da fərqinə varmadan həmin müqavilələləri imzalayırlar. Sonradan hər hansı narazılıq ortaya çıxanda MTK sahibləri deyir ki, bu müqaviləyə imza atmısan. Lakin vətəndaş qol çəkib deyə, bu, o demək deyil ki, istədiyin şəkildə müavilə tərtib edə bilərsən. “İstehlakçıların hüquqlarının müdafiəsi haqaında” qanunda istehlakçının aldadılması ilə bağlı xüsusi müddəa var. Burada payçılar həm də istehlakçı qismində çıxış edirlər”.

“Digər yandan qeyd etdiyim kimi, Mənzil Məcəlləsində belə binaların idarəetmə formatı ilə bağlı konkret normativlər mövcuddur. Müvafiq qurumlar ilk növbədə qanunların işlək olmasına nəzarəti təmin etməlidir. Müştərək payçılara idarəetmə səlahiyyətlərinin verilməsinə nail olunmalı, MTK sahiblərinin daha çox gəlir əldə etmək məqsədilə onlara maneçilik törətməsinin qarşısını almalıdırlar. Yeni tikili binalarda mənzillərin ölçülərinin şişirdilməsi ilə bağlı da bağlı çoxsaylı məhkəmə iddiaları var. Bəzi payçılar MTK-lara qalib gəlib, dəymiş zərəri geri almağa müvəffəq olublar. Bütün hallarda müqavilə şərtləri normativlərə uyğun yazılmalı, düzgün tərtib edilməlidir. Məhz belə olmadığına görə gələcəkdə bu kimi problemlər ortaya çıxır”, - deyə Mehdiyev fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru