Samuxda şok tender maxinasiyaları - Vəzifədə qocalan Qocayev
Tarix: 20-10-2021, 09:01 | Çap et
İlk dərs günündə çıxış edərkən 27 sentyabr - Anım Gününə Zəfər günü, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən məktəb direktoru Bənövşə Cəfərovanın işdən çıxarılması barədə məlumat vermişdik. Bənövşə Cəfərovanın səhvləri onun həyat yoldaşı - Samux rayonunun icra başçısı Alı Qocayevin fəaliyyətini də diqqət mərkəzinə çəkib. Bu olay olmasaydı, bəlkə də çoxları Alı Qocayevin icra başçısı olmasını xatırlamırdı...
Bir vaxtlar adı qəzet səhifələrindən düşməyən qocaman icra başçısı Samuxda nə işlər görür? Bu kiçik və kasıb rayonun əhalisi Alı Qocayev haqda nə deyir? Xalq ondan razıdırmı? İcra başçıları arasında aparılan gəncləşdirmə siyasəti nədən Qocayevdən yan keçir?
Bir neçə gün əvvəl Samux rayonunun Çobanabdallı kənd sakini rayon icra hakimiyyətinin qazi və şəhid ailələrinə qarşı biganəliyi haqda mətbuata açıqlama verib. Şikayətçi Kəramət Həsənovun sözlərinə görə, II Qarabağ savaşında iştirakçı olub, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb, müalicə olunduqdan sonra da Laçın uğrunda döyüşlərə qatılaraq hərbi xidmətdə olub. Onun bildirdiyinə görə, ötən ilin dekabrından tərxis edilib evinə geri dönəndən nə yerli icra hakimiyyəti, nə də rayonun hansısa vəzifəli şəxsi onunla maraqlanır. O, hazırda işsizdir və dəfələrlə rayonun icra başçısı Alı Qocayevin qəbuluna düşmək cəhdləri nəticəsiz qalıb. Ona nə öz kəndində, nə də digər ünvanda hansısa iş tapılır. O, ailəsinin dolanışığının acınacaqlı olduğunu bildirərək ölkə rəhbərliyindən yardım istəyir. Şikayətçi “Cəbrayılın azadlığı uğrunda” və “Vətənə xidmətə görə” medalları ilə də təltif edilib.
Mətbuatda yer alan digər yazı isə Samuxda kotirovka sorğuları və tenderlərin keçirilməsi qaydaları ilə bağlıdır. Aktualinfo.org-un Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında apardığı araşdırmalar da bir çox qanun pozuntusuna yol verildiyini üzə çıxarıb. Belə ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2020-2021-ci illərdə bir neçə kotirovka sorğusu keçirilib ki, nəticələri, yəni hansı şirkətlərlə müqavilə bağlanması, alınan mallar və xidmətlər üçün nə qədər dövlət vəsaitinin ayrılması barədə məlumatlar ictimaiyyətdən gizlədilib. Sözügedən qurumun təkcə 2020-ci ildə elan etdiyi, lakin nəticələrini açıqlamadığı kotirovka sorğularını diqqətinizə çatdırırıq.
Tikili və avadanlıqların cari təmiri üzrə 16.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri:
Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması üzrə 08.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Maşın və avadanlıqların satın alınması üzrə 05.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində Bayraqların satın alınması üzrə 20.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində ötürücü qurğuların alınması üzrə 15.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Abadlıq işlərinin aparılması məqsədilə mal-materialların satın alınması üzrə 13.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində nəqliyyat vasitələrinin cari təmiri üzrə 12.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində abadlaşdırma və təmizlik işlərinin həyata keçirilməsi məqsədilə təsərrüfat mallarının satın alınması üzrə 08.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində yaşıllaşdırma işlərinin həyata keçirilməsi məqsədilə mal-materialların, ağac tinglərin, bəzək kolları və gül çiçəklərin satın alınması üzrə 12.03.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
İşıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 17.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Mənzillərin əsaslı və cari təmiri obyekti üzrə iş və xidmətlərin satın alınması üzrə 15.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri.
Yaşıllaşdırma işlərinin həyata keçirilməsi məqsədilə mal-materialların, ağac tinglərin, bəzək kolları və gül-çiçəklərin satın alınması üzrə 23.06.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusun da 46250 manat məbləğində satınalma müqaviləsi 19.08.2020-ci il tarixdə “VİS” MMC ilə bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının Gəncə şəhəri, Ozan, ev 104, m. 9, qanuni təmsilçisi kimi isə Fərəcov Hafiz Nazim oğlu qeyd olunub.
Göründüyü kimi, MMC fevral ayında dövlət qeydiyyatına alındığı halda avqust ayında İstehsalat Birliyi satınalma müqaviləsi bağlayıb. MMC-nin ixtisas göstəriciləri və maddi texniki bazası barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə məlumatları gizlədib, müqavilələrin bağlanması barədə heç bir məlumat verməyib, ayrılan vəsaitlər barədə məlumatları açıqlamayıb. Xüsusilə qeyd etmək istərdik ki, bir neçə tender elanından başqa Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğularının nəticələri barədə Dövlət Satınalmalarının rəsmi portalının bazasında heç bir məlumat yerləşdirilməyib. Bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin ciddi şəkildə pozulması deməkdir.
Onu da xüsusilə vurğulamaq istərdik ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Tender Komissiyasının elektron poçtuna ünvanladığımız sorğu məktubuna nəinki cavab verilməyib, hətta heç baxılmayıb da. Bunu bizə tender komissiyasının üzvlərindən biri bildirdi. İstehsalat Birliyinin rəisi Mahir Əliyev isə ümumiyyətlə, telefonunu açmadı. Bütün bunlara özbaşınalıqdan başqa nə ad vermək olar?
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyev İcra başçısı Alı Qocayevin rayondakı ən yaxın adamlarından biri kimi tanınır. Məlumatlara görə, Alı Qocayev 2012-ci ildə Samux Rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra vəzifə başına gətirdiyi Mahir Əliyevə geniş səlahiyyətlər verib. Mahir Əliyev də bu fürsətlərdən istifadə edərək abadlaşdırma və təmizlik işlərinə, nəqliyyat vasitələrinin cari təmirinə, mənzillərin əsaslı və cari təmiri işlərinə, işıqlandırma və yaşıllaşdırma işlərinin həyata keçirilməsinə ayrılan dövlət vəsaitlərini özünə yaxın şəxslərin adına yaradılmış şirkətlər vasitəsilə təyinatından kənarlaşdırmaqla məşğuldur. Təbii ki, bütün bunlar da bir icra başçısı kimi Alı Qocayevin nəzarəti altında həyata keçirilir.
Yada salaq ki, 2021-ci il sentyabrın 14-də Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad və Rəşad Tağıyevin isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul zamanı deyib ki, həbs edilmiş icra başçıları tender prosedurlarını kobudcasına pozublar. “Yəni dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır”, - deyə İlham Əliyev bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Bu gün, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Bu gün, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Bu gün, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Bu gün, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Bu gün, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Bu gün, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Bu gün, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Bu gün, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Bu gün, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Bu gün, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
|