Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"
Tarix: 13-05-2021, 15:39 | Çap et
 Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərimizdən biri də Baş çavuş Həsənov Tofiq Etibar oğludur. Moderator.az saytı olaraq şəhidlərimizlə bağlı silsilə yazılarımıza davam edirik. Bu gün əməkdaşımız şəhidimiz Tofiq Həsənovun ailəsi ilə görüşmək üçün Digahdakı evlərinə yollanıb. Beləliklə, şəhid Tofiq Həsənovla bağlı yazını təqdim edirik:
Tofiq Etibar oğlu Həsənov 1989-cu il noyabrın 21-də Gədəbəyin Cəfərli kəndində anadan olub. Ailədə iki bacı və iki qardaş olublar. Tofiqin qardaşı da hərbçidi. Tofiq orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olub. Lakin ailəsinin maddi imkanı olmadığı üçün o, təhsil ala bilməyib. O, əsgəri xidmətinə yollanıb. Xidmətini başa vurduqdan sonra 2010-cu ildən Daxili Qoşunların sıralarında xidmət edib. Vətən müharibəsindən üç ay öncə isə Xüsusi Təyinatlı Bölüyə keçib. Vətən müharibəsində şəhid olan hərbçimiz doğulduğu kənddə dəfn edilib. Şəhidimizin ailəsinin yaşadığı küçənin girişində onun şəklini vurublar və altına da “Şəhid Tofiq Həsənovun yaşadığı küçə” sözlərini yazıblar. Elə ona görə ünvanı tapmaq çətin olmur. Daha sonra şəhidin ailəsinin qapısını döyürük. Bizi Tofiqin həyat yoldaşı, övladları və qohumları qarşılayır. Həyətdə bir maşın dayanıb, soruşmağa tərəddüd etsəm də, Tofiqin olduğuna hardasa əmin oluram. Maşın Tofiqindi?-soruşanda yaxınlar təəssüflər bəli deyirlər. Qayınanası Əntiqə xanım kövrəlir: “Tofiqin maşınıdı, onu da yadigar saxlamışıq”.
Şəhidimizin həyat yoldaşı Ülviyyə xanım Tofiqin 14 il ordu sıralarında xidmət etdiyini deyir: “Tofiq 14 il idi ki, orduda xidmət edirdi. Çox çətinliklər çəkib. Elə arzusu təhsil almaq idi, ona görə ali məktəbə qəbul olub, amma ailəsinin maddi imkanı olmayıb onu oxutsun. Tofiq təbiət elmlərini çox sevirdi. Özüm bağça müəlliməsiyəm elə yaxınlarının vasitəsilə tanış olub, 2013-cü ildə ailə qurduq. Tofiq son bir neçə ili Zaqatalada xidmət edirdi və biz də orda yaşayırdıq. Amma Vətən müharibəsi başlamazdan üç ay öncə Xüsusi Təyinatlı Qüvvələrə keçib. Bunu biz bilmirdik”. Ülviyyə xanım deyir ki, Tofiq sonuncu dəfə sentyabrın 25-də evə gələrək onlarla görüşüb: “Sentyabrın 25-də evə gəlib uşaqlarla görüşdü. Daha sonra hərbi hissəyə qayıtdış Dedi ki, “mən özüm sizinlə əlaqə saxlayacam, narahat olmayın”. Biz hələ də müharibə olacağını bilmirdik. Elə oldu ki, döyüşlər başladı və biz Tofiqdən nigaran olmağa başladıq. Sentyabrın 30-da isə Tofiqin şəhid xəbəri gəldi. Biz dərhal Gədəbəyə yola düşdük. Kəndə çatanda gördüm ki, artıq onun tabutunu gətiriblər. Gecəni saxladıq və səhəri gün doğulduğu kənddə böyük izdihamla dəfn edildi”. Şəhidimizin həyat yoldaşı indi həyat yoldaşından yadigar qalan iki övladını böyütməyə çalışdığını deyib: “Tofiqdən sonra ancaq məqsədim övladlarımı onun adına layiq böyütməkdi. Qızım Melisanın 6 yaşı var, həkim olmaq istəyir. Oğlum Tunarın isə hələ dörd yaşı var, çox şeyi başa düşmür”.
Ülviyyə xanım bizimlə söhbəti zamanı Gədəbəy İcra Hakimiyyətinin onlara qarşı laqeyd münasibətindən də gileyləndi: “Küçənin girişində Tofiqin fotosunu özüm düzəltdirib ora vurmuşam. Bu şəkili küçənin girişinə vurmaq üçün həm Mehdiabad, həm də Digah bələdiyyəsinə müraciət etdim, amma heç kim köməklik etmədi. Gədəbəy İcra Hakimiyyəti isə Tofiqə qarşı çox biganə oldu. Tofiq Cəfərli kəndinin tək şəhididi, amma ümumilikdə Gədəbəy Vətən müharibəsində 44 nəfər şəhid verib. Dedim ki, Tofiqin adına kəndlərində bir Şəhidlər bulağı tikək, amma buna icazə vermədilər. Daha sonra istədim ki, rayonun Şəhidlər Xiyabanına Tofiqin şəkili vurulsun, amma bunu da edən olmadı. Biz burda qayınımın evində yaşayırıq, evimiz yoxdu. İcra Hakimiyyətinə müraciət etdim ki, Cəfərli kəndində bizə həyatyanı torpaq ayırın oğlum böyüyəndə orda özünə ev tiksin. Bunu da etmədilər. İndi bizə bir qarış torpaq verməyi qıymayan Gədəbəy İcra Hakimiyyəti bilmir ki, bu qədər oğullar torpaq uğrunda şəhid oldular?!!” Şəhidimizin qaynanası Əntiqə xanım Tofiqin ən sevimli kürəkəni olduğunu deyir: “Üç kürəkənim var, amma onlardan ən sevimlisi Tofiq idi. Çox ailəcanlı, tərbiyyəli insan idi. Bizim doğum günümüz eyni gündü. Həmişə doğum günümüzü kürəkənimlə birlikdə keçirirdim. İndi onun yoxluğu mənə o qədər təsir edir ki, hər gün ağlayıram. (Ağlayır) Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”. Qeyd edək ki, Tofiq Həsənov Xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib. Şəhid olandan sonra isə ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!






|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
|