Rövşən Rzayevin şəriki var imiş... - İDDİA
Tarix: 19-11-2020, 10:11 | Çap et
Rövşən Rzayev ''Qaçqınkom''a sədr təyin olunandan sonra Əli Həsənovun atasına rəhmət oxutdurdu.Bu adam harda pul qazanmaq üçün isıq yolu varsa oranı sözün əsl mənasında süng elədi. Qaçqınların erməni işğalından sonra yaşadıqları ən çətin,keçməkeçli dövr elə Rövşən Rzayevin dövrünə təsadüf edir. Görəsən Rövşən Rzayev öz vicdanıyla tək qalanda heç özünə sual verirmi ki,niyə bu qaçqınlara zülm edirəm? Görəsən qaçqınlara qarşı belə amansız olan Rövşən Rzayevi buna təhrik edən nədir? Bəlkə heç kimin bilmədiyi müəmmalı bir məqam,sirr var? Hər nəysə bu indiki yazımızın mövzusu deyil və inanırıq ki, müharibə bitdikdən sonra güc strukturlarının bunları araşdırmağa bizdən də geniş imkanları olacaqdır. Son günlər mətbuatda deputat və QAÇQINKOM Rövşən Rzayevin şəriki,biznes ortağı Mahir Abbaszadənin ölkəmizin bu çətin dönəmində,müharibə şəraitinin olduğu bir dövrdə,Şəhidlərimizin vətən uğrunda canından keçdiyi bir dövrdə özünə təmtəraqlı şəkildə ad günü keçirməsi ilə bağlı yazılar dərc olunmuşdur.Cənab Prezidentimiz İlham Əliyevin xalqımız,vətənimiz üçün yatmadan,dincəlmədən fasiləsiz işlədiyi bir dövrdə bunlar məclislər təşkil edib əylənirlər. Görəsən niyə QAÇQINKOM sədri Rövşən Rzayev adı hər zaman qaranlıq tenderlərdə adı çəkilən bir deputatı özünə köməkçi seçib? Rövşən Rzayev və onun ’’iş’’-’’baz’’ı Mahir Abbaszadənin qaranlıq işləri,müəmmalı tenderləri ilə bağlı mətbuatda geniş araşdırma yazıları dərc olunmuşdu həmin yazını sizlərə təqdim edirəm "Qaçqınkom"da müdhiş tender əməliyyat: Deputat Mahir Abbaszadə 15 milyonluq sifarişi öz şirkətinə verib - ŞOK SƏNƏDLƏR 26 iyul, 2020 18:30
Jurnalist Cavanşir Həsənli özünün Facebook hesabında Rövşən Rzayevin sədri olduğu Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsində və deputat Mahir Abbaszadənin sədri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundakı korrupsiya halları ilə bağlı şok sənədlər yayıb.
C.Həsənli yazır: "AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi 15 milyon manatlıq 3 tenderin qalibi elan edilib. Vergilər Nazirliyinin reyestr məlumatları bazasında şirkətin təsisçisi ilə bağlı məlumat göstərilmir, qanuni təmsilçisinin isə Abbasov Gündüz Həbib oğlu olduğu qeyd edilir. MMC-nin nizamnamə kapitalı 10 manatdır, əldə etdiyi dövlət sifarişləri Abşeron, Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının, fərdi evlərin, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləridir. Bunlardan biri Abşeron rayonu ərazisində tikilən 54 mənzildən ibarət olan 9 mərtəbəli 37 nömrəli binadır. Binanın smeta dəyəri 3.018.491 manatdır".
Ötən ilin fevralında fond Göyçay rayonunda 80 mənzillik yaşayış binasının tikintisinə dair «AZ.İnşaat-M.V.» MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 4 milyon 891,447 min manat təşkil edir. Fond tərəfindən Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün daha bir tender keçən ilin noyabrında “AZ.İnşaat-M.V.” ММC-yə həvalə olunub. Bu layihə üzrə dövlət sifarişinin dəyəri 6 milyon 963 min 828 manat təşkil edir. Sadə kalkulyasiya hesablaması ilə 3 otaqlı kürsülü bir məcburi köçkün evi nə az-nə çox 71 min manatdan baha hesablanıb. Tikinti mütəxəssislərinin rəyinə görə belə fərdi həyət evlərinin tikintisi tikinti materiallarının mövcud parakəndə satış qiymətləri ilə 25-30 min manata başa gəlir.
“AZ.İnşaat-M.V.” MMC-nin adı əvvəlki illərdə Təhsil Nazirliyinin tenderlərində də keçir. Belə ki, MMC 2010-cu ildə Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişləri əsasında Qaradağ r. D. Bəkirov ad. uşaq bağçasının təmirinə 46 867, Qaradağ r. 253 saylı orta məktəbin təmirinə isə 44 634 manat vəsait alıb.
“AZ.İnşaat-M.V.” MMC 2016-cı ilin fevralında qonşu Gürcüstanda tikinti sahəsində fəaliyyət göstərmək üçün bu ölkənin Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində də öz filialını qeydiyyatdan keçirib.
İndi keçək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq tenderlərində "qalib" edilmiş şirkətin sirli təsisçisinin kimliyinə. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyinə təqdim edilmiş sənədlərə görə, “AZ.İnşaat-M.V.” MMC 2007-ci ilin yanvarın 23-də təsis edilib. Əlavələrdə təqdim etdiyim sənədlərdə də qeyd olunduğu kimi şirkətin təsisçisi 100 faizlik pay hüququ ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon bina 29/69 ünvanında qeydiyyatda olan ABBASZADƏ MAHİR TAPDIQ oğludur. Bəli, 2015-ci ildən Milli Məclisin deputatı və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə!
Şirkəti təsis etdiyi dövrdə o, "Zaminbank" ASC-nin "Gənclik" filialına rəhbərlik edib. Hansı ki, həmin bankın rəhbəri Nadir İsmayılov barəsində bu ayın əvvəlində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməldaşları tərəfindən 20 milyon manat vəsaitin mənimsənilməsi ittihamı ilə həbs edilib.
Yeri gəlmişkən Mahir Abbaszadənin qardaşı, "Nikoil Bank"ın Sumqayıt filialının müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) da ötən il mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin deputat qardaşını həbsdən qurtara bilmişdi.
Mahir Abbaszadə parlamentdə özünün məcburi köçkün olduğu Laçın rayonunu təmsil edir, o, 1975-ci ildə Laçın rayonunun Güləbrid kəndində anadan olub.
Sənədlərdə qeyd edilir ki, 2012-ci aprelində Mahir Abbaszadə şirkəti Laçın rayonunun Güləbrid kəndindən olan yaxın qohumu İMRANOV VÜQAR İMRAN oğlunun adına keçirib. Buna qədər Vüqar İmranov şirkətin qanuni təmsilçisi olub. Bəs Vüqar İmranov kimdir? MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDUNUN saytında (http://www.sfdi.gov.az/font-haqqinda-rehberlik?fbclid=IwAR1VlpDiL6Zw2fNCXcLQri-ugNLLYxf2lIfFHtA1hM2iW1H-p9njTOAhiRw) qeyd olunur ki, o, 2018-ci ilin noyabrında Mahir Abbaszadə tərəfindən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsinə təyin olunub.
Baxın, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda rəhbəri, onun müavini dövlət büdcəsindən ayrılmış külli-miqdarda vəsaiti birbaşa öz ciblərinə yönəldirlər. Həm də çəkinmədən, açıq şəkildə!
Mahir Abbaszadənin müavini Vüqar İmranov şübhəli tenderlər və Gürcüstandakı şirkətlə bağlı sualları cavabsız qoydu. Hər halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mahir Abbaszadənin fondun 15 milyonluq sifarişlərini öz şirkətinə həvalə etməsinə niyə göz yumruğunu izah etməli, başqa sözlə hansı maraqlarının olduğuna komitə özü aydınlıq gətirməlidir.
Daha sonra mətbuatda Mahir Abbaszadə və qardaşı Zahir Abbasın özlərini kriminal aləmin üzvləri kimi aparması,jurnalistləri ölümlə hədələməsi ilə bağlı məlumatlar gündəmi zəbt etmişdir. Görəsən bu milyonçu qardaşlar kimə arxayındır? Dövlətdən xımır-xımır yediyi pullaramı arxayındılar? Məmurların etdikləri əməllərə görə əllərinin qandallanması bunlara dərs olmadımı?
P.S. Görəsən Mahir Abbaszadə gecə yatanda yuxularında qara maskalı cəngavərləri görürmü?
Növbəti yazımızda Laçınlıların üzünü görmədiyi Mahir Abbaszadənin dövlətdən mənimsədiyi milyonlar və onun müəmmalı həyat tərzi araşdırma mövzumuz olacaqdır Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (gundelik-baku.com)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
|