Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                     Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi .....                     “Yüz illik saziş” və əbədi tərəfdaşlıq .....                     Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq .....                     Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb .....                     Putin görsə ki İran dardadır... .....                     Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar .....                     İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                     Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib .....                     "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" .....                     Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                 

Beynəlxalq Bankın keçmiş rəhbərinə niyə “seçki saxtakarlığı” ittihamı verilib - GƏLİŞMƏ
Tarix: 15-10-2018, 09:02 | Çap et
Beynəlxalq Bankın keçmiş rəhbərinə niyə “seçki saxtakarlığı” ittihamı verilib
Ötən həftə mediada və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu, heç şübhəsiz ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onun xanımı Zamirə Hacıyeva oldu.

Məlumdur ki, C.Hacıyev yenidən məhkəmə qarşısına çıxmağa hazırlaşır. Onun hələ 2014-cü ildən Bakıdan çıxmış xanımı isə Britaniyada dəyəri 25 milyon funt-sterlinq olan əmlakları məhkəmə tərəfindən əlindən alındıqdan sonra demək olar ki, dünya mediasının gündəmi olub. Z.Hacıyevanın kart hesablarında milyonları necə xərcləməsinə hətta aristokrat britaniyalılar da heyrət ediblər. BBC-nin məlumatına görə, Z.Hacıyeva 10 il ərzində Londonun ən məşhur univermağı olan “Harrods”da 16 milyon funt-sterlinq xərcləyib. O, həmçinin univermağın yaxınlığında lüks ev, 42 milyon dollar dəyəri olan “Gulfstream G550" özəl təyyarə alıb.

Əsas diqqətlər isə həm də onun həbsdəki həyat yoldaşı üzərinə cəmlənməkdədir. Çünki yaxın günlərdə onun və daha 25 nəfərin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi başlayacaq.

Ötən həftəsonu Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baş tutan iclasda müstəntiqin Cahangir Hacıyevin barəsində həbs müddətinin uzadılması barədə təqdimatına baxılıb. Məhkəmə müstəntiqin təqdimatını təmin edib və onun həbsdə saxlanma müddətini 1 aya qədər uzadıb.

C.Hacıyev mühakimə olunması üçün Bakı İstintaq Təcridxanasına etap olunub. Məlumdur ki, söhbət yeni cinayət işinin istintaqından gedir və bu səbəbdən sabiq bankir cəzaçəkmə müəssisəsindən təcridxanaya köçürülməli idi. Yəni 1 aylıq həbs müddəti məhz təcridxanada qalması üçün seçilib. Xatırladaq ki, C.Hacıyev iki il əvvəl, oktyabrın 14-də 15 il azadlıqdan məhrum edilib. Onun 63 milyon manat cərimə ödəməsi ilə bağlı da qərar verilib. Düz iki il sonra isə sabiq bankir yenidən ağır cinayətlərdə suçlanır.

C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 193-1.3.1-ci (mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

C.Hacıyevin vəkili Aqil Layıc “Turan” agentliyinə bildirib ki, hazırda iş materialları ilə tanışlıq prosesi gedir. Vəkil istintaq sirrinə istinad edərək, C.Hacıyevin yeni iş üzrə hansı maddələrlə və hansı epizodlarda ittiham olunduğunu dəqiqləşdirməyib. Bununla belə, o, sabiq bankirin ittihamları təkzib etdiyini qeyd edib.

C.Hacıyevə qarşı irəli sürülmüş 308.1-ci maddəsi xüsusilə diqqət çəkib. Çünki həmin maddədə nəzərdə tutulmuş əməllər seçkinin və ya referendumun nəticələrinə təsiri nəzərdə tutur. Qeyd edək ki, bu maddə ilə MTN işinə görə tutulmuş bir neçə vəzifəli şəxsə də ittiham irəli sürülmüşdü. Məsələn, Akif Çovdarova və onunla birgə tutulan bir neçə yüksək vəzifəli şəxsə, eləcə də o zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan qurumun sabiq aparat rəhbəri Vidadi Zeynalova da qarşı bu ittiham verilmişdi. Cinayət Məcəlləsində bu maddə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Yəni C.Hacıyevin klassik seçki saxtakarlığına yaxından-uzaqdan heç bir əlaqəsi yox.

Bəs, ittihamlar sübut edilərsə, C.Hacıyevi hansı cəza gözləyə bilər? Belə güman etmək olar ki, C.Hacıyevə daha 10 il həbs cəzası kəsilə bilər ki, bu üst-üstə 25 il həbs deməkdir...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru