Lerikin icra hakimiyyəti də belə narazılıq yaradır... - GİLEY
Tarix: 13-09-2018, 10:41 | Çap et
Avqust ayının 13-də və 28-də Lerik rayonunda baş verən zəlzələ Babakücə kəndində yaşayan bir ailəni evsiz qoyub. Rayonun Babakücə kəndində yerləşən ata evlərinin dağılması ilə bağlı Xaliddin Cahangirov “feysbuk” səhifəsində status yazıb. Statusdan aydın olan odur ki, rayon rəhbərliyinin dağılan evə baxış keçirməməsi və heç bir tədbir görməməsi məmur diqqətsizliyinin göstərcisidir.
Statusu olduğu kimi diqqətinizə çatdırırıq: “Dəyərli dostlar, bu ev doğma ata ocağım Lerik rayunu Babakücə kəndində yerləşən ata evimizdir. Hal-hazırda bu evdə anam, qardaşım ailəsi və üç azyaşlı övladları ilə birlikdə yaşayır. Avqust ayın 13-ü və 28-də Lerik rayonunda baş verən zəlzələ nəticəsində ev bu cur qəzalı təhlükəli vəziyyətə düşüb. Bu hadisə barəsində Lerik rayon icra başçısının müavini Habil Məlikova məlumat verilsə də, indiyəcən heç bir mütəxəssis tərəfindən evə baxış keçirilməyib. Lerik rayon rəhbərliyi tərəfindən hal-hazırda bu evdə yaşayan qardaşımın ailəsinin təlükəsizliyini təmin etmək məqsədi ilə heç bir qabaqlayıcı tədbir görülməyib.
Allahın xətrinə bu gənc ailəni təhlükəli vəziyyətdən xilas etmək məqsədilə mətbuatda işləyən dostlarımdan dönə-dönə xahiş edirəm ki, bu acınacaqlı vəziyyəti kifayət qədər çox iştimailəşdirib, yaysınlar. Bəlkə vicdanını itirmiş məmurlar vicdana gəlib, bu gənc ailəni təhlükəli vəziyyətdən xilas etmək məqsədilə müəyyən qabaqlayıcı tədbirlər gördülər”.
Xatırladaq ki, avqustun 13-də baş verən yeraltı təkanlar yerli vaxtla saat 04:30-də Yardımlı stansiyasından 25 kilometr cənubi-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Avqustun 28-də isə Lerik rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 16:57-də qeydə alınıb. Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.
“Qardaşımın ailəsi qohumların evinə sığınıb”
Ata evlərinin dağılması ilə bağlı “Hürriyyət”ə danışan Xaliddin Cahangirov dedi ki, avqustun 13-də və 28-də Lerikdə zəlzələ oldu: “İki zəlzələ nəticəsində iki mərtəbəli ata evimiz dağılmış vəziyyətə düşdü. Hazırda evdə yaşamaq qeyri-mümkündür. Qardaşımın ailəsi qohumların evinə sığınıb. Qardaşımın 3 azyaşlı uşağı var. Baxmayaraq ki, həmin vaxtdan Fövqalədə Hallar Nazirliynin qaynar xəttinə - 112-yə bir neçə dəfə zəng etmişik. Rayon rəhbərliyinə müraciət etmişik. Rayon icra başçısının fövqalədə işlər üzrə müavini Habil Məlikova məlumat verilib. Amma indiyə qədər heç bir mütəxəssis göndərilməyib ki, evdə yaşamaq olar yoxsa, yox? Bu ev uçurulmalıdı? Bu insanlara hökumət nə formada kömək edə bilər? Demək olar, heç bir qabaqlayıcı tədbir görülmür. Hətta biz prezidentə də, onun xanımına da ərizə yazmışıq. Fövqalədə Hallar Nazirliyinə də ərizə ilə müraciət etmişik. Hələ də bir tədbir görülmür. Xahiş edirəm, bizə kömək edəsiniz. Təəccübldür ki, nəyə görə bizə qarşı bu cürə biganəçilik var?”
“Rayon rəhbərliyindən hələ də heç bir mütəxəssis gəlib, evə baxmır”
X.Cahangirov qeyd etdi ki, kənddə başqa evlərdə də dağıntı var: “Ancaq ata evimiz çox dağılıb. O evlərin sahibləri də məlumat veriblər. Amma heç gəlib yoxlama aparılmr. Fövqalədə bütün kəndlərdə yoxlama aparıb. Amma bizim kəndə yox. Baxmayaraq ki, bizim kənddə ən dağıdıcı vəziyyət də bizim evdə yaranıb. Ev hər an uça bilər. İndiyə kimi, ancaq kəndin icra nümayəndəsi Allahverən Məmmədov gəlib. O, rəy yazıb ki, bu evdə yaşamaq olmaz. O da gedib İcra Hakimiyyətinə məlumat verib. Ancaq rayon rəhbərliyindən hələ də heç bir mütəxəssis gəlib, evə baxmır. Fövqalədə Hallar Nazirliyinə zəng edəndə də onlar deyir ki, gedin Habil Məlikova müraciət edin. Sizin rayon üzrə fövqalədə işlərə o, baxır. O, gəlib sizin evə baxış keçirəcək. 10 gündən çoxdur hadisə baş verib, inidyə qədər o evə baxış keçirən yoxdur. Evin şəkilini “feysubuk” səhifəmə qoymuşam. Görürsünüz, ev nə vəziyyətdədir”.
“Bu dəqiqə qardaşımın ailəsi çox çətin vəziyyətdədir”
Şikayətçi diqqətə çatdırdı ki, keçən həftə onlara evə baxış keçiriləcəyi bildirilsə də, amma gələn olmayıb: “Biz də məcbur qalıb prezidentə və onun xanımına müraciət etdik. Anam - Əliyevə Rəfiqə İsmayıl qızı özü şəxsən müraciət edib. Ev onun adınadır. Atam rəhmətə gedəndən sonra ev onun adına keçib. Anamın yanında yaşayan kiçik qardaşım 100 manat maaş alır, rabitədə işləyir. 3 uşağı var. Bu dəqiqə o ailə çox çətin vəziyyətdədir”.
“Məcburiyyət qarşsında qalıb, anamı Bakıya gətirmişik”
“Biz anamın dilindən Fövqalədə Hallar Nazirliyinə müraciət edirik ki, bizə kömək etsinlər. Anam şəkər xəstəsidir. Məcburiyyət qarşısında qalıb, onu Bakıya gətirmişik. Buranın da havasına dözmür. O qadın neçə illərdir orada yaşayıb, 70-ə yaxın yaşı var. Özü də qəhraman anadır. 10 uşağı var. Anam 6 oğul, 4 qız böyüdüb. Burada hər dəqiqə onun təzyiqini biz stabil saxlaya bilmirik. Şəkəri qalxır, düşür. Çünki havanı dəyişib, çox əziyyət çəkir. Hökumət təbii fəlakət nəticəsində baş vermiş bu hadisəyə kömək etsin. Bu qədər biganəlik olmaz ki...”.
“Mütləq o evə baxış keçirilib”
Məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Fəhmin Abdullayev “Hürriyyət”ə dedi ki, əgər rayon Fövqalədə Hallar Komissiyasına müraciət olunubsa, ola bilməz evə baxış keçirən olmasın: “Rayon Fövqalədə Hallar Komissiyasının bütün ərazi üzrə icra nümayəndəliklərində nümayəndəsi var. Onlar gedib baxıb, aktlaşdırır və sənədləri yerli Fövqalədə Hallar Komissiyasına təqdim edirlər. Yerli Fövqalədə Hallar Komissiyasına sədri həmin sənədləri toplayaraq Fövqalədə Hallar Nazirliynə göndərir. Oradan mütəxəsislər bir daha gəlib, yenidən baxış keçirirlər. Güman ki, mütləq o evə baxış keçirilib”.
“Fövqalədə Hallar Nazirliyindən mütəxəssislər gəlib, həmin evlərə təkrar baxış keçirməlidir”
“Xaliddin Cahangirov qeyd etdi ki, icra nümayəndəsi gəlib rəy yazıb ki, “bu evdə yaşamaq olmaz”. Ancaq hələ də cavab yoxdur, deyir” dedikdə icra hakimiyyətinin sözçüsü bildirdi ki, icra nümayəndəsi baxıbsa, demək baxış keçirilib. Allahverən Məmmədov rayon Fövqalədə Hallar Komissiyasının həmin kənddəki nümayəndəsidir. Deməli, baxıb aktlaşdırıb və sənədləri bizim rayon Fövqalədə Hallar Komissiyasına təqdim edib. Rayon Fövqalədə Hallar Komissiyası da həmin sənədləri Fövqalədə Hallar Nazirliyinə göndərib. İndi Fövqalədə Hallar Nazirliyindən mütəxəssislər gəlib, həmin evlərə təkrar baxış keçirməlidir”.
Təəssüf ki, Lerik rayon Fövqalədə Hallar Komissiyasının sədri Habil Məlikovun və Fövqalədə Hallar Nazirliyinin məsələyə münasibətini öyrənməyə cəhd etsək də, zənglərə cavab verən olmadı. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|