Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                     Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi .....                     “Yüz illik saziş” və əbədi tərəfdaşlıq .....                     Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq .....                     Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb .....                     Putin görsə ki İran dardadır... .....                     Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar .....                     İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                 

Bakı meri postuna təyinatın yubanması ilə bağlı daha bir İDDİA - Belə deyirlər...
Tarix: 1-06-2018, 09:36 | Çap et
Bakı meri postuna təyinatın yubanması ilə bağlı daha bir İDDİA
2001-ci ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Hacıbala Abutalıbov bu ilin aprel ayının 21-də prezidentin Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamla baş nazirinin müavini postuna təyin edildikdən sonra paytaxtın yeni merinin kim olacağı ilə bağlı həm ölkə vətəndaşları arasında, həm də kütləvi informasiya vasitələrində müxtəlif səpkili fikirlər səsləndirilir. Məsələnin maraqlı tərəfi ondadır ki, bu posta ayrı-ayrı şəxslərin iddialı olduğu və məhz onlar arasında seçim ediləcəyi bildirilsə də, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat reallaşdırılmayıb.

Bakının Azərbaycanın paytaxtı olduğunu və əhalinin böyük bir hissəsinin məhz burada yaşadığını nəzərə alsaq, o zaman meriyanı uzun müddət başsız qoymağın düzgün addım olmadığını demək mümkündür. Düzdür, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq merin müavini Fidumə Hüseynova rəhbərlik etsə də, bu hal uzun müddət davam edə bilməz. Yəni əvvəl-axır Bakının meri təyin olunmalıdır. Odur ki, aprel ayının 21-dən etibarən bu istiqamətdə müxtəlif versiyalar səsləndirilir. Məsələn, ölkənin bir nömrəli şəhərinin icra başçısı postuna Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təyin olunacağını iddia edən qaynarinfo hesab edir ki, gənclər və idman naziri Azad Rəhimovun qudası olan Niyazi Bayramovun bu vəzifəyə gətirilməsinin bir çox səbəbləri var. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə bir neçə gün öncə məsələ ilə bağlı mediaya verdiyi açıqlamasında hələlik meriyanın da gözləmə mövqeyində olduğunu qeyd edib: "Bütün diqqətimiz cənab Prezidentə yönəlib. Onun imzalayacağı sərəncamı gözləyirik. Bizdə yeni başçının kim olacağına dair hər hansı təsəvvür yoxdur".

Gördüyünüz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın yeni icra başçısının kim olacağı haqda bilgi olmasa da, Hacıbala Abutalıbovun boş qalan postuna iddialılar sırasında olduqca fərqli şəxslərin adı çəkilməkdə davam edir. Nəzərinizə çatdıraq ki, paytaxt meri vəzifəsinə təyin olunacaq namizədlər sırasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun da adı hallanıb. Belə ki, onun hazırda ölkə rəhbərliyinin tam etimadına malik olan azsaylı kadrlardan biri olduğunu vurğulayan musavat.com Cavid Qurbanovla bağlı mövqeyini QSC sədrinin ölkədə həyata keçirilən ən böyük nəqliyyat layihələrində bilavasitə iştirakçı olması ilə əsaslandırıb: "Hazırda Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin aparıcı ölkəsinə çevrilməsi istiqamətində reallaşdırılan ən məsuliyyətli layihələrə rəhbərlik edir. Özünün mətbuata verdiyi açıqlamalardan aydın olur ki, ölkə rəhbərliyi qarşısında qaldırdığı təkliflərin hamısına rahatlıqla dəstək ala bilir". Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da adı Bakı meri postuna namizədlər sırasında çəkilir. Bu zaman onun Abşeron rayonuna rəhbərlik etdiyi dönəmlərdə sərgilədiyi fəaliyyət, həmçinin hazırda Sumqayıtda həyata keçirilən abadlıq işləri önə çəkilir.

Bəlkə də inanmayacaqsınız, lakin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də Bakı meri olacağı iddia edilir. Halbuki bu, mümkün olan məsələ deyil. Düzdür, Əhəd Abıyev 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışsa da, onun paytaxtı idarə edə biləcəyinə inananlar olduqca azdır, bəlkə də heç yoxdur. Ümumiyyətlə, Hacıbala Abutalıbov təcrübəsi bir daha onu sübuta yetirdi ki, Bakı kimi şəhərin idarəçiliyi müasir dünya görüşlü, yeniliklərə meylli olan, çevik, dinamik, proseslərə dərhal reaksiya verməyi bacaran, yaranmış hər hansı problemi qısa zaman ərzində həll etmək iqtidarında olan kadra həvalə olunmalıdır. Obyektivlik naminə qeyd etmək lazımdır ki, yuxarıda adıçəkilən şəxslərin heç biri bu kriteriyalara cavab vermir.

Nəzərinizə çatdıraq ki, karyerasına Yevlax Şəhər Sovetinin deputatı kimi başlayan, Dövlət Gömrük Komitəsində rəis müavini, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan, 2011-ci ildən isə Gəncə şəhərinə rəhbərlik edən Elmar Vəliyevin də adı Bakı meri postuna namizədlər sırasında hallansa da, sözügedən vəzifəyə ən şanslı namizədin "Bakı Ağ şəhər" layihəsinin və "Bakond" şirkətinin baş direktoru Ruslan Sadıxov, o cümlədən "AzerGold" QSC-nin sədri Zakir İbrahimovun olduğu bildirilir. Belə ki, bununla bağlı mətbuatda yer alan informasiyalarda deyilir ki, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi istiqamətində təhsil alan Zakir İbrahimov Müəllif Hüquqları İdarə Heyyətinin sədri Kamran İmanovun kürəkəni, vergilər naziri Mikayıl Cabbarovun isə bacanağıdır. Bununla yanaşı, Zakir İbrahimovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin ailəvi dostu olduğu da vurğulanır. Ruslan Sadıxova gəlincə, onun Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası Rövşən Sadıxovun qardaşı olduğu qeyd olunur.

Gördüyünüz kimi, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna nə az, nə çox düz 7 nəfərin namizədliyi ilə bağlı mediada müxtəlif səpkili məlumatlar dolaşmaqdadır. Lakin aprelin 21-dən bu günədək Bakı merinin təyin olunmaması bu qənaətə gəlməyə əsas verir ki, nəhayət Azərbaycan da böyük şəhər bələdiyyəsinə keçidə start verə bilər. Əslində ekspertlər də bu qənaətdədirlər ki, bu gün paytaxt Bakıda mövcud olan problemləri tez bir zamanda aradan qaldırmaq üçün mütləq böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Çünki məhz bu yolla sosial, səhiyyə, təhsil məsələləri yoluna qoyula, abadlıq işləri daha da sürətlənə, eyni zamanda paytaxt sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması mümkün ola bilər. Məlumat üçün bildirək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. Lakin müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, nədənsə hələ də müsbət sonluqla nəticələnməyib. Yəni hazırda Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Məhz bu amili nəzərə aldıqda, güman etmək olar ki, Bakı Şəhər İcra Hakimiyyəti tezliklə Bakı Böyük Şəhər Bələdiyyəsi ilə əvəz oluna bilər. Qeyd edək ki, məhz bu mövqedən çıxış edən şəhərsalma üzrə ekspert Fuad Cəfərli Azadlıq radiosuna açıqlamasında bildirib ki, icra hakimiyyətində gerçək islahatlar yalnız köklü dəyişiklərdən keçir. O, hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin statusu dəyişdirildikdən sonra hansısa islahatlardan danışmaq olar: "Azərbaycan Avropa regionunda yeganə dövlətdir ki, hələ də onun seçkili meri yoxdur. Bütün problemlər də burdan başlayır. Hələ də Bakı Şəhər İcra Hakimiyyəti mərkəzi icra hakimiyyətinin qurumu kimi fəaliyyət göstərir. Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi statusu yoxdur. Belə olduğu müddətcə də problemlər qalacaq. İdarəetmə forması həlli vacib olan məsələlərdəndir. Hər bələdiyyə seçkilərindən öncə gözləyirik ki, vahid, seçkili orqan yaradılması ilə bağlı qərar verilsin".
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru