Aqrar sektorda “fitosanitar” korrupsiyası: - Camal Quliyev İnam Kərimovu inandıra biləcəkmi?
Tarix: 17-05-2018, 08:44 | Çap et
Son prezident seçkilərindən sonra ciddi kadr dəyişikliyi aparılan sahələrdən biri də aqrar sektorla bağlı oldu. Bildirək ki, son dövrdə ölkə rəhbərliyinin bu istiqamətə xüsusi önəm verməsi Heydər Əsədovla bu yolun gedilməyəcəyini qətiləşdirirdi. Prezident tərəfindən Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunan İnam Kərimova sələfindən sadalamaqla qurtarmayan problemlər qalıb. Ölkənin əsas strateji sahəsini korrupsiya bataqlığına çevirən, kəndlini problemlərlə üz-üzə qoyan, “aqrar faciələrimizin” memarlarından olan məmurların əksəriyyəti hələ də iş başındadır. Bu günlərdə yeni nazirin mediaya ilk aşıqlaması da maraq doğurur. İ.Kərimovun fikirlərini cumhuriyyet.az olaraq oxuculara xatırladırıq: “Kənd Təsərrüfatı Nazirliyi sistemində kifayət qədər dəyərli, professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Lakin bu sahə daim yenilənən bir istiqamətdir. Bildiyiniz kimi, bu vaxta qədər Kənd Təsərrüfatı Nazirliyində heç kim işindən azad edilməyib. Sadəcə yerdəyişmələr olub, bu formada da davam edir. Bizim leksikonumuzda gənc yox, müasir düşüncəli kadrlar var. O kadr həm gənc, həm də orta yaşlı ola bilər. Çalışırıq ki, nazirlikdə innovativ və müasir düşüncəli kadrlar olsun”. Nazirin aşıqlamasına rəğmən bu idarədə xeyli rəhbər şəxsin vəzifəsi ilə vidalaşacağı şübhə doğurmur. Kənd Təsərrüfatı Nazirliyi yanında nəyə yaraması heç kimə bəlli olmayan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) fəaliyyəti də bütünlüklə korrupsiyalaşmışdır. Dövlət Fitosanitar Nəzarəti Xidmətinə Camal Quliyev rəhbərlik edir. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rastlaşdığımız məlumatlarda bildirilir ki bu şəxsin həyata keçirdiyi qeyri-qanuni işlər nəticəsində sözügedən qurumun fəaliyyəti tamamilə iflic olub. Qeyd edək ki, Dövlət Fitosanitar Nəzarəti XidmətininAğstafa rayon, Bakı-Abşeron, Balakən, Şabran, Füzuli, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Biləsuvar, Şəki, Şirvan, Tovuz, Yevlax rayonlararası Bitkilərin Karantini Məntəqələri mövcuddur. Xidmətin 57 rayonda bitki mühafizəsi mərkəzləri, daha 16 rayonda mobil bitki mühafizə dəstələri fəaliyyətdədir. Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələri idxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2006-cı il tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları”na əsasən həyata keçirirlər. Göstərilən xidmətlərin tarifləri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 01 avqust 2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərlə tənzimlənir. Bundan əlavə, Xidmətin tərkibində Respublika Karantin Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Qurumun saytında verilən izahatdan aydın olur ki, Mərkəzin əsas funksiyaları ölkə daxilində istehsal edilən və xarici dövlətlərdən idxal olunan bitki və bitkilərin toxumlarından, əkin materiallarından, bitkilərin hissələrindən (çilik, soğanaq, kök yumruları, meyvələr və s.), karantin nəzarərində olan digər məhsullardan nümunələr götürmək, onları bitki mühafizə və karantini nöqteyi nəzərindən laboratoriya ekspertizasından keçirmək və şəhadətnamə verməkdir. Mərkəzin tərkibində Yevlax, Xaçmaz və Şirvanda Entomologiya, Fitopatologiya, Herbologiya, Fitohelmintologiya və Molekulyar diaqnostika laboratoriyaları mövcuddur və müvafiq olaraq entomoloji, mikoloji, bakterioloji, virusoloji, herboloji və fitohelmintoloji ekspertizalar aparılır. Xidmətin daha bir strukturu Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzidir. Mərkəzin əsas funksiyaları pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyin olunması, bitki və bitkiçilik məhsullarında, yemlərdə, torpaqda, suda, ətraf mühit obyektlərində pestisidlərin, ağır metalların, nitrat və nitritlərin, mikotoksinlərin və digər zəhərli birləşmələrin təyin edilməsi sahəsində dövlət nəzarətinin təşkili, dövlət qeydiyyatından keçməyən, mənşəyi məlum olmayan pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyədən çıxarılması prosesində iştirakın təmin edilməsi, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının inventarlaşdırılması və zərərsizləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsidir. Mərkəzin tərkibində Şirvan, Yevlax və Xaçmazda Pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, Ağır metalların təyini, Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfıyyət göstəricilərinin təyini və Mikotoksinlərin təyini laboratoriyaları mövcuddur. Bunlardan əlavə olaraq, Dövlət Xidməti 5 bölgədə rayonlararası bioloji laboratoriyalara da malikdir. Göründüyü kimi, tabeliyində yüzdən yuxarı nəzarət funkisyası daşıyan strukturu olan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin gördüyü işlər də çoxsaylıdır. Əlbəttə, fitosanitar nəzarətin effektiv təşkili hər bir dövlət üçün vacib şərtlərdən biridir. Lakin bu vacibliyi Azərbaycanda bu sahəyə baxan məmurlar hələ də qəbul etmək istəmirlər. Ölkəyə bitkiçilik məhsulları (meyvə-tərəvəzdən, güldən tutmuş taxta-şalbana qədər) idxal edən shaibkarların böyük əksəriyyəti məhz C.Quliyev və onun tabeliyində bir çox məmurların ciddi basqıları altında fəaliyyət göstərməkdədirlər. Onlardan aldığımız məlumata görə, karantin nəzarətində olan idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün Tarif Şurasının müəyyənləşdirdiyi tariflər sahibkarlar üçün əsl arzuya çevrilib: “Çox ciddi problemləri yaşayırıq taxta-şalban, meyvə-tərəvəz, hətta buğda idxalı zamanı. Meyvə-tərəvəz, bildiyiniz kimi, yaş məhsul sayılır və qısa müddətdə bazara çıxarılmadıqda məhv olur, ona çəkilən bütün xərclər batır. Karantin xidmətindəkilər də bunu yaxşı bilirlər. Gətirilən məhsula karantin baxışını keçirib müvafiq sənədi vermək üçün dövlətin müəyyənləşdirdiyindən bəzən 10-20 qat artıq pul istəyirlər. Toxum və əkin materiallarının 1 tonu üçün tarif 10 qəpikdir. Amma gəl görüm sən hər ton üçün 2 manatdan aşağı məbləğə lazım olan sənədi ala bilərsənmi? Eyni vəziyyət bütün növ fitosanitar karantin baxışına cəlb olunan məhsullara aiddir. İstədikləri məbləği vermədikdə, gətirdiyin malda nəsə “tapırlar”, göndərirlər səni laboratoriyalara. Onlar da süründürüb-süründürüb, göndərir zərərsizləşdirməyə. Ən yaxşı halda 1 aya canını qurtara bilmirsən.O vaxta qədər ya gətirdiyin məhsul xarab olur, ya da vaqonlarda, maşınlarda saxlamaq üçün ödədiyin pullar onun dəyərini kəllə-çarxa çıxardır.” Proseslər haqda məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə Azərbaycanda satışa çıxarılan kənd təsərrüfatı məhsullarının tərkibindəki pestisid, nitrat və sair kimi insan orqanizminə zərərli maddələrin xüsusi çəkisinin artıq olmasına dair narahatlıq hər zaman olub, bu gün daha çoxdur. Bu xidmətin fəaliyyəti yarıtmaz olduğu üçün insanların yetərli hissəsinin sağlamlığı ciddi təhlükə qarşısındadır. Xidmətin rəhbərliyi ancaq qazanc haqda fikirləşdiyinə görə ərzaq təhlükəzliyi arxa plana keçib. Bildirilir ki, qurumun əməkdaşları rəhbərliyin bilavasitə tapşırığı ilə rayonlarda «reydlər» keçirir, fermerləri cərimə ilə qorxudaraq əslində onlara növbəti qanunsuzluq üçün imkan yaratmış olurlar. Fermerlər istehsal etdikləri məhsulun keyfiyyətinə yox, daha çox kəmiyyətinə üstünlük verdiklərindən meyvə-tərəvəzin tərkibindəki nitritlərin yol verilən həddən daha artıq olması demək olar ki, artıq qaydaya çevrilib və bunun qarşısını almalı olan qurumun rəhbərliyi ancaq öz mənafeyini düşündüyündən vəziyyətin düzəldilməsi istiqamətində heç bir fəaliyyət göstərmir. Əvəzində fermerlər akt və cərimə ilə qorxudularaq külli miqdarda nəysə verməyə vadar edilir. Sahibkarın bildirdiyinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və qurumun digər məsul şəxsləri sahibkarlardan idxal icazəsi üçün idxal karantin sertifikatının verilməsinə görə qanunsuz pul tələb edirlər. İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər. Beləliklə sahibkarlar məcburən onların diqtə etduikləri məbləği ödəməyə məcbur olurlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
|