İki toy, bir qonaq və Nazim İbrahimovun diaspor “sevgisi” - GƏLİŞMƏ
Tarix: 14-05-2018, 09:07 | Çap et
Prezident seçkisindən sonra vəzifəsini itirən iri ranqlı məmurlardan biri kimi Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla bağlı vəziyyət hələ tam aydınlaşmamış qalır.
Məsələ burasındadır ki, hökumətin yeni tərkibində yer almayan Nazim İbrahimovun quruma rəhbərlik etdiyi dönəmdə yol verdiyi yanlışlıqlar onun hətta kollektivlə vidalaşma mərasimindən xoş yola salınmasına təminat verməyəcək qədər böyük oldu.
Elə buna görə də yeni sədr Fuad Muradovu kollektivə təqdim edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Nazim İbrahomovun fəaliyyətində ciddi yanlışlara yol verdiyini birbaşa deyib və hətta onun rəhbərliyi dönəmində ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini də bildirib
Vəsaitin hansı yönə sərf edildiyini araşdırmaq müvafiq qurumların işidir və əgər Administrasiya rəhbəri bu bəyanatı mətbuat qarşısında açıq-aydın səsləndiribsə, o zaman araşdırmanın və ya nəticələrinin yayılmasının çox da uzaq olmadığını düşünmək olar. Komitə sədri olduğu müddətdə fəaliyyəti ən çox tənqid edilənlərdən biri məhz Nazim İbarahimov olub. Onun fəaliyyəti nə müxalifəti, nə hökuməti, nə də ictimaiyyəti razı salıb. Diaspor hər bir ökənin dünyaya təqdim edilən imicini fotmalaşdırmaq üçün strateji sahələrdən hesab olunur və N.İbrahimovun rəhbərliyi bu sahədə yaxşı heç bir nümunə qoymayıb. Xaricdəki diaspor təşkilatları bir-biri ilə yola getməyiblər, əlaqələndirmə olmayıb, komitə rəhbərliyinin münasibətlərdə ayrı-seçkiliyə yol verdiyindən daim şikayətləniblər.
N.İbrahimovun xaricə ezam edilən kadrlarının ölkənin təbliğatı yönündə fəaliyyət göstərməkdən daha çox dükan-bazarı gəzdiyi bildirilib. Deyilənlər də təsdiqini tapmaq üçün özünü çox gözlətməyib. Azərbaycan diasporu bir çox sahələrdə nəinki uduzub, hətta qarşıdurma mərkəzinə çevrilib. Bunun üçün də “gücü” Bakıdakı mərkəzdən alıb- Nazim İbrahimovun rəhbərlik etdiyi komitəni biznes maraqları milli maraqlardan daha çox maraqlandırıb.
Belə olmasaydı, bir-birinin ardınca diasporla bağlı acınacaqlı xəbərlərin şahidi olmazdıq. Belələrindən hələlik sonuncusu Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi oldu. Diaspor sədri mətbuata açıqlamasında xəbəri təsdiqləyib və qızını erməni milliyətindən olan şəxsə ərə verdiyinə görə heç də peşman olmadığını deyib: "Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu, normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar”.
35 ildən çoxdur Rusiyada yaşayan, övladları orda doğulan, lakin tez-tez Azərbaycana gələn diaspor təmsilçisinin kürəkəni biznesmendir. A.Kərimovun özünü isə görünür qızının erməniyə getməsi qətiyyən narahat etməsə də, toyun ermənilərə məxsus restoranda keçirilməsi xəbəri çox narahat edib. Buna görə də açıqlama ilə bu xəbəri təkzib edib. Deyib ki, toy mərasimi azərbaycanlıya məxsus şadlıq sarayında baş tutub. Hətta diaspor təmsilçisinin özünəbəraəti də var- toyda Azərbaycan rəqsləri, mahnıları ifa olunub.
İlk də deyil...
Xatırladaq ki, bu, ilk belə hadisə deyil. Bundan öncə də Azərbaycan əsilli olduğu iddia olunan Ulduz adlı qızın erməni əsilli Melkonyan Serqey İqoroviçlə ailə həyatı qurduğuna dair xəəbr yaıylmışdı.
Rusiyada fotomodel olaraq çalışan qızın Mahaçqala şəhərində anadan olduğu və ailəsinin azərbaycanlı olduğu bildirilirdi. Nikah sənədində Serqey Melkonyanın Azərbaycanın keçmiş Xanlar (indiki Göygöl) rayonunda anadan olduğu qeyd edilib. Hər iki şəxs Rusiya vətəndaşıdır. Bu hadisədən bir qədər əvvəl isə Rusiyada yaşayan Leyla adlı azərbaycanlı qız erməni oğlanla ailə qurmuşdu.
Artyom Xaçaturyanla evli olan Leylanın övladı da var. Bunları diaspor rəhbərinin ailə məsələlərinə haqq qazandırmaq üçün yazmırıq, sadəcə ilk olay olmadığını xatırlatmaq üçün yazırıq. Öz çapında ilk olan (ən azından mətbuatın bildiyi qədər-müəllif) və digərlərindən fərqlənən bu toyun Azərbaycan diaspor təşkilatlarından birinin evində olmasıdır. O diaspor təşkilatı rəhbəri ki, vəzifəsi həm də Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edilməsini yaşadığı ölkədə tanıtdırmaqdır. İndi bu adam çıxıb nə deyəcək? “Torpaqlarımız kürəkənimin də mənsub olduğu millət tərəfindən işğal edilib və mən işğalçıya 20 il sonra qızımı vermişəm?” Yoxsa “Bu evlilik bizim nə qədər tolerant olduğumuzu göstərir” söyləyəcək?
Təbii ki, yox və bu adamlar üçün nə işğal var, nə soyqırım, nə qaşrıdurma, nə müharibə. Onlar üçün öz şəxsi həyatları, şəxsi maraqları var və hər kəsin şəxsi həyatına müdaxilənin yolverilməzliyi prinsipinə hörmət etməklə yanaşı, qeyd edirik ki, belə adamın Azərbaycan diaspor rəhbərliyindəki təmsilçiliyinə indiyə qədər diqqət yetirilməməsi məhz Nazim İbrahimovun qüsurudur. Hər halda bu adamın arvadının erməni olduğunu, ermənilərlə əlaqələrini Diaspor Komitəsində bilməmiş deyildilər və hər bir diaspor rəhbərilə ən azından hər hansı tədbirdə görüşmək imkanı olan N.İbrahimov niyə bu faktı bircə dəfə də olsun diqqətə almayıb? Deyə bilərsiniz ki, diaspor təşkilatının rəhbərini Nazim İbrahimov şəxsən seçmir, bu vəzifəyə təyinat Azərbaycandan aparılmır, yaşadıqları ölkədə, təşkilat daxilində həll edilir. Amma bunu deyənlər də bilir ki, Nazim İbrahimovun şəxsi razılığı olmadan diaspor rəhbərinin Azərbaycanla əlaqəli işləməsi sadəcə, mümkün deyildi. Deməli, Nazim İbrahimov Rusiyadakı dayaqlarından birinin erməni sevgisi ilə alışıb-yandığını görməzdən gəlib. Hansı səbəbdən olursa-olsun, bu qəbuledilməzdir və qəbul edilmədi də…
Xarici ölkələrdə Azərbaycanın tanıdılması, təbliğat müharibəsində əlavə xalların qazanılması, ölkəmizə qarşı bəzən bir neçə cəbhədən edilən hücumların qarşısının alınmasında, xaricdəki soydaşlarımızın imkanlarından istifadədə indiyə qədər heç bir yaxşı nümunə ortaya qoymayan Nazim İbrahimov üçün vəzifə imkanları onları sabiq Ukrayna prezidenti Yuşenkonu qızının toyuna gətirməkdən o tərəfə keçə bilməmişdi… Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
|