Əmanətlərin Sığortalanması Fondu dövlət vəsaitini necə talayıb... - İTTİHAM
Tarix: 12-05-2018, 08:39 | Çap et
Məlumat verdiyimiz kimi, Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquqpozmaları aşkar edib. “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabata görə, ləğv prosesində olan “Zaminbank”, “Kredobank”, “Yunayted Kredit Bank”, “Bank of Azerbaijan”, “Gəncəbank”, “Parabank”, “Bank Technique”, “Royalbank”, “Dekabank” və “Atrabank” ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb. Palata qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materialları Baş Prokurorluğa göndərib.
Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirləri üzrə cinayət işi açılıb və müvafiq tədbirlər görülməkdədir.
Hesabatda həmçinin qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbiri üzrə ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı materiallar isə müvafiq qaydada Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib: “Dövlət Təhlükəsizlik Xidmətindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirinin nəticələri üzrə materiallar açılmış cinayət işi üzrə araşdırılmaqdadır”.
Ona yaxın bankın əmanətlərinin kompensasiya olunmasında hansı qanunsuzluqlar mümkündür? “StandardBank” üzrə materiallar niyə məhz DTX-yə göndərilib? Sualları cavablandıran bank sahəsi üzrə mütəxəssis, “StandardBank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov deyir ki, “StandardBank” Azərbaycan tarixində ən böyük müflislik hadisəsidir: “Ümumiyyətlə, bəlkə də dünya tarixində bu bankın müflisləşməsi, ona dəyən zərər qədər ikinci bir müflisləşmə olmayıb. Təsəvvür edin ki, ”BankStandard"ın 1,2 milyard manat borcu qalıb, əmlakı isə deyilənə görə, cəmi 200 milyon manatdır. Bu, 6 dəfə fərq deməkdir, 1 milyard manat ortalıqda yoxdur. Dünyada bəlkə də bu qədər fərqlə yeganə müflisləşmə halıdır. Buradan açıq-aşkar görünür ki, bu bank çoxdan müflisləşibmiş. Və dövlət orqanlarının özündə problem olub ki, bunu vaxtında üzə çıxarmayıblar. Ya indi əlbir olublar, ya korrupsiya olub. Bu məsələ dövlət təhlükəsizliyinə aid olan məsələdir. Digər tərəfdən, qanunvericiliyə əsasən müflis olan banklarda sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu ödəyir, sonra bankın əmlakını sataraq öz verdiyi vəsaitləri geri qaytarır. Yalnız bundan sonra digər kreditorların vəsaitləri qaytarılır. Əmanətlərin Sığortalanması Fondu “StandardBank” üzrə 440 milyon manata yaxın vəsait xərcləyib, daha 10 milyon manat da ləğvetmə xərclərinə çıxır. Bu isə o deməkdir ki, Fond bankın əmlakını satmaqla əmanətçilərə verdiyi pulun heç yarısını da çıxara bilməyəcək. Bütün verilən pullar isə dövlətindir. Bundan əlavə, “StandardBank”da SOCAR, “Azercell” kimi iri, əsasən də dövlət şirkətlərinin pulları qalıb. Bu baxımdan da məsələ dövlət təhlükəsizliyinə gedib çıxır. Ötən il Kreditorlar Komitəsi qərar qəbul etdi və mən bu bankla bağlı bütün sənədləri Dövlət Təhlükəsizlik Xidmətinə göndərdim. Xahiş etdik ki, məsələni öz nəzarətlərinə götürsünlər. Yəni digər banklarda vəziyyət bu bankdakı qədər pis deyil".
Digər10 bankın əmanətlərinin kompensasiya edilməsi prosesindəki qanun pozuntularına gəlincə, hüquqşünas deyir ki, burada bir variant mümkündür: “Düşünürəm ki, burada söhbət sığortalanmayan əmanətlərə də sığortalanmış donu geydirib kompensasiya ödənməsindən gedə bilər. Bildiyiniz kimi, əmanətlər o halda sığortalanmış sayılır ki, milli valyutada illik faiz dərəcəsi 15-i, xarici valyutada isə 3-ü ötməsin. Bu halda Əmanətlərin Sığortalanması Fondu məbləğindən asılı olmadan əmanətləri kompensasiya etməlidir. Əsas ehtimal budur ki, sığrotalanmayan əmanətləri də hansısa yollarla, tutalım ki, sənədləri saxtalaşdırmaqla bu tələblərə uyğunlaşdırıb dövlət hesabına kompensasiya ediblər. Deyim ki, Kreditorlar Komitəsinin rəhbəri olandan sonra belə variantın mümkünlüyü ilə bağlı mənə çox söz-söhbətlər gəlib çatıb. Məlumatlar gəzirdi ki, hansısa banklarda bu əməllərə yol verilir. Bu baxımdan, düşünürəm ki, aşkarlanan əsas qanun pozuntuları bu əməllərlə bağlı olub. Bu, əlbəttə, kobud qanun pozuntusudur. Ona yol verənlər cəzalandırılmalıdır. Onu da qeyd edim ki, bu işlər Fondun əvvəlki rəhbərliyinin dövründə olub”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
|