Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                 

"ÇILPAQ MÜĞƏNNİLƏRİ EFİRƏ BURAXMAQ OLMAZ"
Tarix: 29-04-2013, 09:00 | Çap et
"ÇILPAQ MÜĞƏNNİLƏRİ EFİRƏ BURAXMAQ OLMAZ"
"MƏN DÜNYANI GƏZMİŞƏM"

İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmsilçisi Seyid Həsən Amili Azərbaycanın açıq-saçıq geyinən xanım müğənnilərini aşağılayıb. Müğənnilərin yüngül əxlaqlı olduğunu, soyunaraq efirlərdə şou göstərdiklərini vurğulayan İran təmsilçisi Azərbaycan rəsmilərinə və millət vəkillərinə bununla bağlı müraciət də ünvanlayıb. O, Azərbaycan tərəfdən xahiş edib ki, efirə yarıçılpaq çıxan xanım müğənnilərə qarşı məhdudiyyətlər tətbiq olunsun. Tanınmış rejissor Arif Qazıyevlə söhbətə bu mövzu ilə başladıq:

- Bu problemi iranlı din xadimindən əvvəl mən qaldırmışam. Neçə illərdir deyirəm ki, Azərbaycan teleməkanını təmizləmək, efiri abıra salmaq lazımdır. Təəssüf ki, kim oxumağa başlayırsa, öncə paltarını soyunur. Sənət yada düşmür, istəyirlər ki, ayaqlarını, bədənlərini, sinələrini, arxalarını göstərsinlər. Həmin müğənnilər üçün oxumaq ikinci plana keçir.
Bizim qədim atət-ənənələrimiz var. Müğənni geyimini deyil, sənətini səliqəyə salmalıdır. Onun geyimi tamaşaçını qıcıqlandırmamalıdır. Mənə elə gəlir ki, bu məsələni müzakirəyə çıxaracaqlar.
Hər bir işdə ürək yanğısı olmalıdır. Bura Azərbaycandır. Bizim İran kimi qonşumuz var. İranda belə geyinən müğənniləri efirə buraxmırlar. Biz bu açıq-saçıqlığı Tükiyədən öyrəndik. Amma İranla neçə əsrdir qonşuyuq. İran rejimi istəmir ki, bu ölkədə yaşayan əhali Azərbaycan telekanallarındakı açıq-saçıqlığı görsün. İranda belə şeylərə pis baxırlar. Mən demirəm ki, müğənnilərimiz efirə çarşabda çıxsınlar. Amma onlar çalışmalıdırlar ki, geyimləri çox açıq-saçıq olmasın.
- Şou əhlinə necə qadağa qoymaq olar?
- Bu, o qədər də çətin deyil. Sadəcə, bir sərəncam vermək lazımdır. Deyilməlidir ki, açıq-saçıq geyinən müğənnilər efirə buraxılmayacaq. Bununla bağlı telekanallara göstəriş verilməlidir. Soyunub gələn olanda desinlər ki, get əyninə paltar geyin, sonra bu qapıdan gir. Tamaşaçıya geyim, düşük hərəkətlər yox, sənət lazımdır. Döşünü, arxasını çöldə qoyan müğənnilərə baxanda adam utanır.
- Amma telekanal rəhbərləri bunu tələbatla əlaqələndirirlər...
- Reytinq xatirinə bu cür ucuz işlərə getmək olmaz. Niyə açıq-saçıq geyinən adamlar bizim vaxtımızda efirə çıxa bilmirdilər? Əvvəllər qolu açıq olan qadın televiziyaya gələndə, 5-6 ay onu efirə buraxmırdılar. İndi isə senzura yoxdur, hamını saxta reytinq maraqlandırır.
Məni verilişə çağıranda deyirlər, elə et ki, qalmaqal olsun. Deyirəm ki, mən sizin suallarınıza cavab verməyə gəlmişəm. Utanmırsınız, mənə belə şey təklif edirsiniz? Bunlar ancaq dava-dalaş axtarırlar. Verilişdə normal müzakirə gedəndə narazı qalırlar. Reytinq xatirinə dava salır, şou çıxarırlar. Amma insanlara belə verilişlər lazım deyil. Həmin verilişlərin aparıcıları məni başqaları ilə dəyişik salırlar. Axı mən şou adamı deyiləm...
- Demək istəyirsiniz ki, Əli Mirəliyevə ünvanladığımız sualları Sizə verməyək...
- Mən dünyanı gəzmişəm, böyük sənətkarlarla oturub durmuşam. Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Ќiyazi, Zeynəb Xanlarova kimi böyük sənətkarlarla ünsiyyətdə olmuşam. Mən bu adamlardan bircə dəfə yersiz hərəkət görmədim. Əsl sənətkar öz imicini qorumalıdır.
- Azərbaycan müğənnilərinin açıq-saçıq geyiminə İranın din xadimi etiraz etsə də, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə bu mövzuda danışmır...
- Alahşükür Paşazadənin vecinə deyil ki, kim nə geyinir. Onlar öz işlər ilə məşğuldurlar. Bəlkə də deyib. Amma qarşı tərəf də deyir ki, pul qazanmaq lazımdır. Pul da soyunmaqdan çıxır. Milli Teleradio Şurası hara baxır? Onlar hansı işlə məşğul olurlar? Deyəndə də inciyirlər ki, Arif Qazıyev arxamızca danışır. Mən bu sözləri onların üzünə də deyirəm. Deyirəm ki, çılpaq müğənniləri efirə buraxmaq olmaz. Ayıbdır! Biz müsəlmanıq.
Efirdə nə qədər yemək bişirmək olar? Axı, camaatın evində həmin yeməklərdən yoxdur. Hamı sənin kimi yemir axı. Əti, toyuğu reklam eləyirsən, yazıq kasıb da baxa-baxa qalır. Ќiyə camaatı qıcıqlandırırlar? Sən camaata kartof bişirməyi öyrət!
Səhər açılan kimi həkimlər ekranı zəbt edirlər. Başlayırlar bunu elə, onu elə... Bütün telekanallar xarici həkimləri və dərmanları reklam edir, xəstə olmayanı da xəstə edirlər.
- Təranə Qumralla Musa Musayev arasında baş verən insidentə münasibətiniz necədir?
- Bu mövzuda danışmağa utanıram. O qızın Cabbarla münasibəti hamının gözü qarşısında olub. Musa bunu bilə-bilə gedib Təranəni aldı. Axı, sən onun kim olduğunu bilirdin. Bu işin sonu hamıya bəlli idi. Baş verənlərin hamısı şoudur. Gördülər ki, yada düşmürlər, başladılar özlərini reklam etməyə. İndi hamı onlardan danışır. Fərqi yoxdur, pis ya yaxşı. Əsas odur ki, onlar gündəmdədir.
- Arif müəllim, hazırda hansı işlə məşğulsunuz?
- Uzun zamandır "Vağzalı" sənədli filmi üzərində işləyirəm. Filmin ssenarisi hazırdır. Maliyyə problemi üzündən işlər yarımçıq qalmışdı. İndi həmin filmi tamamlamaq istəyirəm. Filmin çəkilişləri bir neçə rayonda nəzərdə tutulub. İlk öncə Şəki və Lənkərana getməliyəm. İstəyirəm, tezliklə bu filmi tamamlayım. Hər şey pulun başındadır. Ќəhayət, axtarışlarım nəticə verdi. Sponsor tapdım. Yaxın günlərdə filmin çəkilişlərinə başlayacağıq.
- Muğam teatrının rəhbərliyindən uzaqlaşdırılandan sonra Sizə yeni iş təklif olunubmu?
- Məni müqavilə əsasında Muğam teatrına rejissor vəzifəsinə götürmək istəyirlər. Mədəniyyət və Turizm Nazirliyindən isə deyirlər ki, müqavilə əsasında işə başla, sonrasına baxarıq. Açığı, Muğama teatrına qayıtmaq istəmirəm.
- Ömrünüzü verdiyiniz, böyük zəhmət hesabına yaratdığınız Muğam teatrına niyə getmək istəmirsiniz?
- Qəlbimi qırıblar. Həm də bir deyil, bir neçə dəfə. Teatra bir şərtlə qayıdaram ki, gərək Muğam teatrının binasını mənə versinlər. Mən o binada çox əziyyət çəkmişəm. Ya da neytral bir iş versinlər başımı qatım. Bu da daşa dirənib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyir ki, bir az fikirləşməliyəm. Ќə fikirləşdiyini bilmirəm, başım çıxmır... Görün neçə aydır ki, fikirləşir. Adımı Prezident təqaüdü siyahısına salıb, yuxarılara təqdim ediblər. Amma mən hələ çox iş görə bilərəm. Mənim əlimdən gəlməyən iş yoxdur. Kadram, hamı mənə yalvarır. Yarımçıq muğamlar var, onların hamısı çəkilməlidir. Altı muğam zarafat deyil. Hazırda onların ekran versiyası üzərində hazırlıq gedir.
- Azərbaycanın qədim adət-ənənəsini özündə yaşadan "Vağzalı"nın süjet xətti necə?
- "Vağzalı" yarım saatlıq sənədli filmdir. "Vağzalı"nın yaranma tarixi üzərində daha çox dayanacağıq. Məsələ qaldırmışam ki, Azərbaycan toylarının böyük əksəriyyətində niyə "Vağzalı" rəqsi çalınmır? Hansı toyxanadan içəri girsən, görürsən ki, "Mendelson" çalırlar. Azərbaycan qızları "Mendelson" sədaları altında köçürülür. "Vağzalı" ilk dəfə Azərbaycanda dəmir yolu inşa olunanda çalınıb. "Vağzalı" xoşbəxtlik rəmzidir. Dəmir yolu bəylə gəlini xatırladır. Ömürlərinin axırına kimi əl-ələ tutub bir yerdə irəliləyirlər. Polad kimi möhkəm ailə qurulur. "Vağzalı" ifa olunanda valideynlərin gözü yaşarır, gəlin evdən çıxanda hamı ağlayır. Filmdə belə bir epizod olacaq: toy günü baxırlar ki, gəlinin yanında balaca bir oğlan uşağı var. Atası deyir ki, ay qızım, ağlama, bizim evə də gəlin gələcək. Bizim evdə də "Vağzalı" çalınacaq.
Sonra yeni körpələr dünyaya gəlir: bir qız, bir oğlan. Təəssüf ki, "Vağzalı" kimi gözəl bir melodiya indi yada düşmür. "Mendelson"la evlənən ailələrin çoxu isə bir aydan sonra boşanır.
- Belə filmlərlə keçmişimizi geri qaytara biləcəyik?
- Filmə 1000 nəfər baxsa, bu da böyük nailiyyətdir. Bunun ardınca da başqa layihələri gerçəkləşdirsək, adət-ənənlərimizi xatırlayacaq, özümüzə qayıdacağıq.
Vaxtilə Avropa mədəniyyəti bizdən öyrənib. Biz də indi deyirik ki, Avropadan öyrənəcəyik. Mendelson marş yazıb, amma bizim üçün yox, öz xalqı üçün. Onun Azərbaycan mədəniyyətinə, adət-ənənəsinə nə dəxli var?
- Son illər digər sahələrə diqqət artsa da, rəqs sənəti tənəzzülə doğru gedir...
- Bəli, elədir. Hanı bizim qədim rəqslərimiz? Hanı bizim milli oyunlarımız? İndi hamı toyda əcnəbi rəqslərə əl qaldırır. Diskoteka gəncləri Azərbaycan musiqisindən uzaqlaşdırıb. Deyirəm, bu cavanların evini siz yıxırsınız. Valideynlərdən soruşuram ki, siz öz toyunuzda diskoteka mahnılarına oynamısınız? Bəylə gəlin diskoteka oynayar? Toyda bəylə gəlin atlanıb-düşür. Biz teatrda bu cür hərəkətlərə qarşı mübarizə aparırdıq. Amma bir gün qolumuzdan tutub bayıra atdılar ki, bizə adət-ənənə deyil, "Mendelson" lazımdır. Ќə konsert verə bilirik, nə də bizə salon verirlər.
Biz itirdiklərimizi geri qayıtmağa çalışmalıyıq. Əgər teatra qayıda bilsək, yerimiz-yurdumuz olsa, nəyəsə nail olacayıq. Qarşıdan da seçki gəlir. Baş qarışıb, deyirlər ki, biz az gözləyin. İndi böyük tədbirlə bağlı hazırlığa başlamışıq. Rayonlara səfərlərimiz və çoxlu konsertlərimiz olacaq. May ayında 75 illik yubileyimdir. O qədər toya, ad gününə getmişəm ki... Hamısını başıma yığıb, məclis düzəldəcəm. Xalq artisti Şəfiqə Məmmədovaya da müraciət olunub. Açığını deyim ki, Arifin adı olan yerdə qapılar taybatay açıqdır. Amma imkan vermirlər. O qədər paxıl adamlar var ki...
- Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Respublika Kinematoqrafçılar İttifaqına üzv oldunuz?
- Əlbəttə. Mən bu ittifaqdan çox şey gözləyirəm. Aqibəti yaxşı olmalıdır. Gənclərdə, yaşlılarda bir ruh yüksəkliyi var. Dövlət tərəfindən bir dəstək olanda həvəs də artır. Bu, dövlətin özünün qurduğu bir təşkilatdır. Şəfiqə xanım tanınmış adamdır. İnanıram ki, nəticə yaxşı olacaq.
\ reytinq \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru