MƏDƏT QULİYEVİN İŞÇİSİNƏ QARŞI ŞOK İTTİHAM
Tarix: 22-04-2013, 11:48 | Çap et
XİDMƏT RƏİSİ FAŞİST KALONİYASI SAXLAYIR?
DİA.AZ: - Azərbaycanın istintaq təcridxanaları və cəza çəkmə müəsissələri Adolf Hitlerin faşist düşərgələrin xatırladır. Ümumiyyətlə son zamanlar, xüsusilə istintaq təcridxanalarında və cəza cəkmə müəsissələrində məhkumlara qarşı edilən işgəncələrlə bağlı ölkə mediasında dəfələrlə yazılıb. Amma nə faydası. Baxmayaraq ki, son zamanlar Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində aparılan islahatlara, sözü gedən qurumun əməkdaşları tərəfindən məhkumlara qarşı vəhşiliklər yenə də davam edir. Həmin vəhşiliklərin qurbanı olan Ramazanov Rasim Cuma oğlu tərəfindən tük ürpədəcək müraciət daxil olub. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" portalı xəbər yayıb.
14.03.1983-cü il təvəllüdlü, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, döngə 1, ev 47-də yaşayan, Binəqədi Rayon Məhkəməsinin 25.08.2009-cu il tarixdə barəsində qəti həbs imkan tədbiri seçilmiş sonra Bakı Ağır Cinayətlərə Dair Məhkəməsinin 06.04.2011-ci il hökümunə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş və 11.07.2011-ci il tarixdə Bakı Apelliyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilmiş Ramazanov Rasim Cuma oğlu iddia edir ki, 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın rəis vəzifəsini müvəqqəti icra edən Əli Süleymanov və onun müavini Ağaməmməd Məmmədov tərəfindən xüsusi amansızlıqla fiziki zorakılığa məruz qalıb. Rasim Ramazanovun təcridxanadan yazdığı dəhşət doğurası şikayət məktubunu oxucuların diqqətinə olduğu kimi çatdırırıq:
"Yazıb sizə bildirirəm ki, fiziki cəhətdən tam sağlam vəziyyətdə məhkum olunmuşam. Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığım vaxt mənə qarşı Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 126.2.1, 126.2.2, 126.4.1, 27.2.1, 127.2.3, 221.3.3 və 315.2 maddələri ilə irəli sürülmüş ittihamlara etiraz olaraq aclıq aksiyasına başlamışam. Hətta buna görə ağzımı da tikmişəm. Bu səbəbdən də təcridxananın rəis vəzifəsini müvəqqəti icra edən Əli Süleymanov və onun müavini Ağaməmməd Məmmədov mənə hədə-qorxular gələrək aksiyanı dayandırmağı tələb edirdilər. Amma mən rəisin və müavinin bu hədələrinə məhəl qoymayaraq etriraz aksiyamı davam etdirirdim. Elə bu səbəbdən də bir neçə gün sonra onların qəzəbinə gəldim. 3 saylı İstintaq Təcridxanasının müvəqqəti rəisi Əli Süleymanovun və onun müavini Ağaməmməd Məmmədovun göstərişi ilə məni İsa peyğəmbər kimi çarmıxa çəkdilər. İki gün ərzində çarmıxda məni saxlayaraq təcridxanada saxlanılan digər məhkumlara məni göstərirdilər ki, sözə qulaq asmayanları bu cür aqibət gözləyəcək. Çarmıxdan çıxarılandan sonra məni bir həftə xlorlu suyun içinə atdılar ki, etiraz aksiyamı dayandırım. Amma yenə də mənə qarşı irəli sürülmüş itihamlara görə etirazımı davam etdirirdim. Bundan sonra rəis əvəzi və müavin daha da azğınlaşaraq mənə qarşı, xüsusi amansızlıqla fiziki zorakılığa başladılar. Onların tapşırığı ilə Pentensiar Xidmətin işçiləri tərəfindən gündəlik döyülürdüm, söyülürdüm, təhqir olunurdum və alçaldılırdım. Sonuncu dəfə, daha dəqiq 23.02.2010-cu il tarixdə qollarıma qandal vuraraq məni rəisin otağına apardılar. Otaqda Əli Süleymanovla onun müavini Ağaməmməd Məmmədov əyləşmişdilər. Onların hər ikisi mənə qarşı inasni dəyərlərdən uzaq zorakılıq göstərmək istədilər. Artıq onların bu vəhşiliklərinə dözə bilməyib özümü rəisin otağındakı pəncərədən yerə tulladım. Hündür yerdən yerə yıxılarkən onurğa sümüyümü sındırdım. Əli Sülüymanovun və Ağaməmməd Məmmədovun vəhşilikləri barədə Daxil İşlər Nazirliyinə, Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə şikayət məktubu ünvanladım. İntihara cəhd hadisəsinə görə, rəis müavini Ağaməmməd Məmmədova Xəzər Rayon Prokurorluğunda cinayət işi qaldırıldı. Lakin Ağaməmməd Məmmədov görünür külli miqdarda pul müqabilində cinayət işini ört-basdır etməyə müvəffəq oldu. O hal hazırda da vəzifəsində çalışır və özünün vəhşiliklərini Əli Süleymanovla bərabər digər məhkumlara qarşı davam etdirir. Bundan sonra məni məhkəməyə bir neçə ay xərəkdə gətirib apardılar. İş aldıqdan sonra məni 13 saylı Cəza Çəkmə Müəsissəsinə göndərdilər. Hal hazırda yataq xəstəsiyəm. Burda tibbi personalın və müalicə üçün şəraitin olmadığına görə günü-gündən səhhətim daha da ağırlaşır. Normal cəmiyyətə qovuşmaq arzusu ilə insan layəqəti alçaldılan zülümlərə dözə-dözə cəzamın 3-də 2-sinidən çoxunu çəkmişəm.
Nəhayət bütün bu baş verənlərdən sonra mənim yanıma Elçin Behbudov və müxtəlif şəxslər gələrək ürək-dirək verdilər ki, cəzamın 3-də 2-sındən çoxunu çəkdiyim üçün onlar mənim azadlığa çıxmağıma kömək edəcəklər. Müalicə almaq, əvvəlki sağlamlığımı bərpa edib normal cəmiyyətə qovuşmaq və azadlığa çıxıb cəmiyyətimiz arasında düzgün yola qaytdığımı subut etməyə hazır olduğumu onlara bildirdim. Elə bu səbəbdən də cəza çəkmə müəsissəsinin barəmdə verdiyi yüksək xarakterizə ilə mənim müraciətim əsasında Qaradağ Rayon Məhkəməsi məni Məntəqə Tipli Cəca Çəkmə Müəsissəinə keçirilməyimlə əlaqədar 31.01.2013-cü il tarixdə qarar çıxardı. Qərarın icrası barədə nəzərdə tutulmuş 20 gün müddət ərzində gözlədiyim vaxt həmin məhkəmə prosesində iştirak etmiş dövlət ittihamçısı, prokuror Şöhrət Əhmədov tərəfindən verilmiş 15.02.2013-cü il tarixli apelliyasiya protesti əsasında qərarın icrası dayandırılmışdı. Prokuror buna səbəb məni ictimai xarakterli cinayət törətdiyimi göstərib. Lakin dövlət ittihamçısı artıq mənim yataq xəstəsi və əlil arabasında gəzdiyimi unudub. Əlil arabasında gəzdiyim halda mən başa düşə bilmirəm ki, bundan sonra mən hansı ictimai təhlükə törədə bilərəm.
Bu son günlərdə isə mənə aydın oldu ki, prokurorun apelliyasiya protestinə səbəb Ağaməmməd Məmmədov olub. Məni ömürlük şikəst edən Ağaməmməd Məmmədov çalışır ki, mən burda ölüm və azadlığa çıxa bilməyim. Çünki Əli Süleymanov və Ağaməmməd Məmmədov barəsində müvafiq instansiyalara şikayət etməyimi onlar həzm edə bilmirlər. Elə bu baxımdan da adlarını çəkdiyim hər iki şəxs ciddi cəhdlə mənim azadlığa çıxmağımın qarşısın alırlar. Ağaməmməd Məmmədovun Baş Prokurorluğda çalışan oğlu isə bunların arxasında dayanır. Hətta mənə ismarıcla özlərinin yeni hədə-qorxularını çatdırırlar ki, ağıllı olum. Onların törətdikləri vəhşiliklər barəsində müvafiq instansiyalara şikayət etməyim. Əks halda isə mənim cəza çəkdiyim müəsissədə üzərimdən narkotik vasitələrin tapılaraq cəzamı artıracaqları ilə hədələyirlər. Lakin artıq mənim itirəcək nəsə bir halım qalmayıb. Atam-anam çöxdandır ki, dünyaların dəyişiblər. Özüm ömürlük şikəst olmuşam. Əgər azadlığa çıxaramsa hər hansı ictimai təhlükə törətmək belə iqtidarında deyiləm. Ümidim yalnız Allaha və dövlət başçısı İlham Əliyevədir. Sizi and verirəm Allaha cənab prezident mənim azadlığa çıxmağıma kömək edin. Cənab prezident əgər inanırsınızsa mənə söz verirəm ki, mən hər hansı bir ictimai təhlükə törətmək iqtidarında deyiləm. Sizdən yalnız kömək istəyirəm cənab prezident qoymayın məni yuxarıda adların çəkdiyim şəxslər öldürsünlər".
Qeyd edək ki, özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, uzun illər Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində çalışan Ağaməmməd Məmmədov məhkumlara arasında qəddarlığı ilə ad çıxarıb. Deyilənlərə görə, Ağaməmməd Məmmədovun məhkumlara verdiyi işgəncələrdən bir çoxları dünyasını dəyişib. Lakin bunlara baxmayaraq hənsısa səbəblərdən ona gözün üstə qaşın var deyən tapılmır.
Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
|