Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                 

ELDAR HƏSƏNOVUN DÖNÜŞÜ KİMLƏRƏ SƏRF ETMİR?
Tarix: 28-03-2013, 14:43 | Çap et
ELDAR HƏSƏNOVUN DÖNÜŞÜ KİMLƏRƏ SƏRF ETMİR?
KEÇMİŞ BAŞ PROKURORUN MƏKTUBU TƏLAŞLA QARŞILANIB

DİA.AZ: - Ötən ayın ortalarında sabiq Baş prokuror, Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov haqqında ilginc məlumat yayıldı. Məlum oldu ki, cənab Həsənov tutduğu postdan geri çağırılması üçün prezidentə müraciət edib. Bu haqda elə səfirin özü məlumat verdi.

Uzun müddətdir diplomatik fəaliyyətlə məşğul olduğunu deyən Eldar Həsənov ölkə başçısına belə bir müraciət etməsinin səbəbini işlərinin ağırlığı ilə izah edib: “Mən cənab prezidentə müraciət etmişəm. Rumıniyada uzun müddətdir işləyirəm. Bildiyimiz kimi, eyni zamanda digər üç ölkədə - Serbiya, Bosniya Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici İşlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədir».

Qeyd edək ki, Eldar Həsənovun hələ ölkənin Baş prokuroru olduğu dövrdən hakimiyyət daxilində bəzi güclü qruplar və iri ranqlı şəxslərlə ixtilafının olduğu sirr deyil. Elə onun gözlənilmədən həmin görəvdən alınaraq «diplomatik mühacirət»ə göndərilməsi də sabiq Baş prokurorun iqtidar içindəki rəqiblərinin işi sayılırdı.

Eldar Həsənov diplomatik fəaliyyətlə məşğul olduğu illər ərzində onun dəfələrlə Bakıya qayıtmaq istəməsinə dair məlumatlar yayıldı, hər dəfə də bu məlumatlar təkzib edildi. Amma birdən-birə onun öz dilindən səfir postundan geri çağrılması yönündə müraciət etməsi barədə xəbərin yayılması əvvəlki illərdə yazılanların doğruluğunu təsdiqləmiş oldu. Sadəcə, görünür, sabiq Baş prokuror yaxın ətrafı vasitəsilə bu cür xəbərlərin dövriyyəyə buraxılmasının effektsizliyini anlayıb və birbaşa özü müraciət etmək qərarına gəlib.

İndiyədək Həsənovun bu istiqamətdə gizli və aşkar cəhdləri rəqibləri tərəfindən əngəllənirdi. Onun üzərinə bir neçə ölkədə diplomatik missiyanı yerinə yetirmək tapşırığının qoyulması, işlərinin ağırlaşdırılması da onunla izah edilirdi ki, hakimiyyət daxilində sabiq Baş prokurorla ixtilafı olanlar onun gərgin çalışaraq başqa məsələlər barədə düşünməyə vaxt tapmamasını istəyirlər.

Amma görünən odur ki, sabiq Baş prokuror artıq bu durumdan yorulub və Bakıya dönmək qərarını qətiləşdirib. Onun haqqında danışılan müraciəti razılaşdıraraq etdiyi ehtimalı da çox güclüdür. Belədə isə Eldar Həsənovun hakimiyyət daxilindəki rəqiblərinin ciddi əndişə və narahatlıq içərisində olmasını söyləmək artıqdır.

Üstəlik, nəzərə alsaq ki, Eldar Həsənov kimi təcrübəli adam heç vaxt ölkə rəhbərliyi ilə əvvəlcədən razılaşdırmadan etdiyi müraciəti ictimailəşdirməz, o zaman onun səfir postundan geri çağıralaraq başqa bir vəzifəyə təyin ediləcəyi barədə məlumatların əsassız olmadığını söyləmək olar. Amma hansı vəzifəyə? Bax əsas suallardan biri budu və çeşidli versiyalar var. Həmin versiyalar içərisində Eldar Həsənovun daha böyük bir ölkəyə səfir göndərilməsi ehtimalı çox aşağıdır. Çünki sabiq Baş prokurorun məhz Bakıda hansısa vəzifəyə təyinat almaq istəyində olduğu və həmin müraciətinin də bu istəkdən irəli gəldiyi bir həqiqətdir. Bəzi fərziyyələrə görə, mümkündür ki, o, Xarici Işlər Nazirliyində yüksək posta təyin edilsin. Başqa bir versiya da onun Prezident Administrasiyasında beynəlxalq şöbənin müdiri vəzifəsinə gətirilməsi ola bilər. Həsənovun Diaspora Komitəsinin rəhbərliyinə gətirilə biləcəyi də istisna olunmur.

DİA.AZ-ın “Unikal” qəzetinə istinadən verdiyi xəbərə görə, bütün bu fərziyyələrdən kənarda gerçəklik ondan ibarətdir ki, sabiq Baş prokurorun Bakıya qayıtmaq arzusu və bu arzunun reallaşma ehtimalının kifayət qədər yüksək olması onun rəqiblərində dərin narahatlıq yaradıb. Onların bu qayıdışa mane olmaq üçün əllərindən gələni edəcəyi şəksizdir; amma yuxarıda da vurğuladığımız kimi, Eldar Həsənovun məlum müraciətini ölkə rəhbərliyi ilə razılaşdıraraq ictimailəşdirdiyinə dair qüvvətli rəylər həmin mane olmaq səylərinin istənilən nəticə verəcəyinə inamı azaldır.

Həsənovun rəqiblərini xüsusilə o qorxudur ki, sabiq Baş prokuror payızda keçiriləcək prezident seçkilərindən sonra təşkil olunacaq yeni hökumət kabinetində daha yüksək posta gətirilsin. Bu isə onun iqtidariçi əleyhdarlarından intiqam almaq imkanlarını daha da gücləndirəcək.

Hər bir halda Eldar Həsənovun məlum müraciətindən sonra yaranmış situasiya elədir ki, onun rəqiblərində ciddi narahatlıqlar var və onların özləri belə, sabiq Baş prokurorun Bakıya qayıdışının reallaşacağı təqdirdə üzləşəcəkləri ağır vəziyyəti proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bir zamanlar Bakıdakı yüksək karyerasına son qoymağı və ölkədən kənarlaşdırmağı bacardıqları adamın dönüşü onlar üçün arzuolunmazdır: çünki bu dönüşün ardınca öz rəqiblərindən qisas almaq əməliyyatının başlayacağına inam da güclüdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru