"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                 

SƏHİYYƏYƏ AYRILAN İNŞAAT PULLARINI KİMLƏR TALAYIR?
Tarix: 26-03-2013, 10:52 | Çap et
SƏHİYYƏYƏ AYRILAN İNŞAAT PULLARINI KİMLƏR TALAYIR?
NAZİRLİYİN İKİ ŞÜBHƏLİ ORTAĞINDAN BİRİ – “TURQAY”LA BAĞLI FAKTLAR

DİA.AZ: - Dünən xəbər verərək bildirdik ki, 2013-cü ildə Səhiyyə Nazirliyi dövlət büdcəsindən səhiyyə obyektlərinin tikintisi və yenidən qurulması üçün 200 milyon manat (Milli Onkoloji Mərkəzə ayrılan 17 milyon manatdan başqa) alacaq. Bu, ötən ildəkindən 170 milyon manat çoxdur. Əslində DİA.AZ olaraq diqqətimizi ayrılan pullardan daha çox, bu pulları kimlərin ixtiyarına buraxılması faktıdır.

Qeyd edək ki, novruz bayramı öncəsi Bakıda 4 səhiyyə obyekti əsaslı təmirdən sonra istismara verilib: Mərdəkandakı № 26 xəstəxana, №5 Doğum evi yanında qadın məsləhətxanası, №13 uşaq poliklinikası və №1 şəhər poliklinikası. Onların hamısı müasir cihazlar və tibb avadanlığı ilə təchiz edilib. Son illər ölkədə dövlət tərəfindən 500 xəstəxana, poliklinika, diaqnostika mərkəzi və s tikilib və yenidən qurulub.

Verilən xəbərlərdə o da qeyd olunur ki, ilin ilk iki ayında Səhiyyə Nazirliyi Cəlilabad və Xırdalanda iki mərkəzi xəstəxana tikintisi üzrə tenderə yekun vurub. Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatı üzrə 10 milyon 960 min manat həcmində müqavilə “Turqay” şirkəti ilə bağlanılıb. “Alfa” şirkəti Xırdalanda analoji işlər görəcək. Bu şirkətlə müqavilənin qiyməti 14 milyon manatdır.

Və diqqətimizi də çəkən “TENDER QALİBLƏRİ” oldu. Vu səbəbdən müəyyən araşdırmalar apardıq və aydın oldu ki, əslində səhiyyə nazirliyi tərəfindən hər hansı tender keçirilməyib. Sadəcə olaraq, kağız üzərindəki şirkətlər SN rəhbərliyinə yaxın “Turqay” və “Alfa” MMC-lərlə “rəqabəti” uduzduqlarından yenə də inşaat işləri adları çəkilən şirkətlərə həvalə olunub.

DİA.AZ olaraq apardığımız araşdırmalar zamanı isə hər iki şirkətlə bağlı olduqca ilginc faktları aşkarladıq və birinci olaraq diqqətinizə “Turqay” MMC-də baş verən qanun pozuntularını diqqətinizə təqdim etmək istəyirik.

Xatırladaq ki, zaman-zaman mətbuatda yer alan informasiyalarda da vurğulanırdı ki, əslində səhiyyə nazirliyinin “möhkəm tərəfdaşı” olan “Turqay” MMC-nin rəhbərliyi “qalib gəldiyi” tenderlər üzərə tikinti işlərini bilərəkdən gecikdirir və bu yolla da külli miqdarda gəlir əldə etmiş olur.

Məsələn, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikada 3-4 aylıq iş az qala 1 ilə zar-zor təhvil veriləcək. Halbuki poliklinka 2013-cü ilin avqust ayına hazır olmalıdır. Bildirək ki, həmin tibb ocağının təmiri üçün dövlət tərəfindən nə az-nə çox düz 5 milyon manat ayrılıb. Və həmin vəsait də SN-dəki işbazlarla “Turqay” rəhbərliyinin ortaqlığı sayəsində tamam fərqli sahəyə yönəldildiyindən poliklinikanın təmiri həmin fərqli sahədən əldə edilən qazanca ümidli idi ki, bu da təbii olaraq işlərin, dövlət sifarişinin yubanmasına gətirib çıxardı. Qeyd edək ki, “Turqay” MMC-nin “udduğu” bütün tenderlər məhz bu şəkildə icra olunduğundan Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatında da anoloji hadisənin yaşanılacağı heç şübhəsizdir.

Əslində, təmir-tikinti işlərinin yubanması şirkət rəsmilərinə sərf edir. Belə ki, iş uzandıqca daha çox pullar göyə sovrulur. DİA.AZ-ın əldə etdiyi məlumatlardan məlum olur ki, bu günə kimi təmir işlərinə 4 milyon yarım manata yaxın pul gedib, amma ortada gözə dəyəsi bir iş yoxdur. Yenilik isə ondan ibarətdir ki, təmiri aparan şirkətin müdiri bir ay ərzində iki maşın dəyişib. Və hazırda “007″ nömrəli “Toyota Prado” markalı maşında gəzir.

Onu da bildirək ki, “Turqay” MMC-nin rəhbəri barədə də ilginc faktlar əldə etmişik. DİA.AZ-a daxil olan məlumatlara görə, MMC-nin rəhbəri Abbasov Tamerlan Yahya oğlu “Turgay” MMC-ni 2006-cı ilin noyabr ayında təsis edib, həmin müəssiənin direktoru özü olub. “Turgay” MMC-nin adında külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli biliinib 1 il 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.


"Turqay" MMC ilə bağlı apardığımız araşdırmalar zamanı onu da öyrənə bildik ki, bu şirkətdə ümumiyyətlə dövlətin qanunları saya salınmır. Rəhbəri külli miqdarda vergidən yayınma ittihamı ilə həbsdə olmuş şirkətdə fəhlələrin haqqı tapdalanır və onların həyatı təhlükəyə atılır. Məlum olur ki, "Turqay" MMC inşaat meydançalarında çalışdırdığı fəhlələrlə nə əmək müqaviləsi bağlayır, nə də təhlükəsizlik haqqında bir sənəd imzalayır.

Əmək qanunvericiliyinin şərtlərini kobudcasına pozan "Turqay" MMC-nin yetkililəri işçilərin canını heçə sayaraq onları təhlükəli şəraitdə işləməyə məcbur edir. Hazırda MMC-nin təmir-tikinti işləri apardığı 31 saylı poliklinikada bütün deyilənlərin əyani şahidi olmaq mümkündür. Məlumata görə, poliklinikadakı işlər zamanı heç bir əmək müqaviləsi olmayan fəhlələrdən birinin başına daş düşüb. Başı partlayan fəhləyə öz yoldaşları köməklik göstərib. MMC rəhbərləri isə onun xəstəxanaya aparılmasına imkan verməyiblər, qorxublar ki, nəsə bir problem yaranar.

Fəhlələrin özü də müqaviləsiz işləməkdən narazıdırlar. Onlardan birinin DİA.AZ-a verdiyi açıqlamaya görə, "Turqay" MMC-nin sahibləri öz gəlirlərini fikirləşirlər, fəhlələrin halına yanmırlar: "Bizim canımız onlar üçün önəmli deyil. Hər dəqiqə başımıza iş gələ bilər. Nə müqaviləmiz var, nə də bir şey. O qədər olub ki, uşaqlar söküntü aparan vaxt ayaqlarını, qollarını əziblər. Təsəvvür edin ki, 7-ci mərtəbədən kəndirlə bizi sallayırlar ki, pəncərələri sökək. Kəndir qırılsa, biz ordan yıxılıb öləcəyik. Bununla bağlı bir neçə dəfə şirkətin sahiblərinə şikayət etmişik. Amma kimdir bizə qulaq asan".

"Turqay" MMC-nin kimə məxsus olmasına gəldikdə bu barədə dəqiq şəxsin adını tapa bilmədik. Çünki bu şirkətin bir nəfərə deyil, bir neçə nəfərə məxsus olduğu bildirilir.

Həmçinin qeyd edilir ki, şirkətin 31 saylı poliklinikada apardığı təmir işlərində külli miqdarda yeyinti faktları var. Sadəcə bunları araşdıran yoxdur. Nəzarətsizlik üzündən "Turqay" MMC-nin sahibləri gündə bir maşında gəzirlər. Maraqlısı isə odur ki, onlar poliklinikanın təmirinə başladıqdan sonra bu maşınları alıblar. Hər halda müvafiq qurumların bu şirkətin fəaliyyətini araşdırması vacib olardı. Çünki ortada dövlətin poliklinika üçün ayırdığı vəsaitlər var. Və ən önəmlisi, “Turqay”a artıq Cəlilabadda da milyonları talama fürsəti tanınıb...

Bütün tərəflərin mövqeyini işqılandırmağa hazırıq. Araşdırmalarımız davam edir. Növbəti dəfə SN-nin digər inşaat ortağı olan “Alfa” MMC ilə bağlı faktları diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru