"OLA BİLƏR Kİ, AİLƏ QURMAYIM"
Tarix: 28-02-2013, 09:42 | Çap et
"ƏVƏZİNDƏ ÖZÜMƏ KARYERA QURUM"Tanınmış teleaparıcı Elnarə Təhməzovanın Milli.Az-a müsahibəsi.
- Rejissorluq fakültəsini bitirmisiniz. Bəs necə oldu ki, rejissor yox, məhz aparıcı oldunuz?
- Mən universitetdə oxuyarkən xalam məni Nərgiz Cəlilova ilə tanış etdi. O da mənə bu sahədə dəstək olacağını dedi. 2001-ci ildə “Space” telekanalında işə düzəldim. Bir müddət orada çalışdıqdan sonra “Lider” kanalının əməkdaşı oldum. Daha sonra dörd ay Türkiyənin “Kanal D” televiziyasında veriliş apardım. Bakıya qayıdandan sonra ANS telekanalından dəvət aldım və indiyə kimi də bu kanalın əməkdaşıyam. Mən əslində ixtisasım üzrə işləmək üçün televiziya kanallarına müraciət etmişdim, lakin məni aparıcılığa uyğun bildilər. Mən də bu təklifi məmnuniyyətlə qəbul etdim.
- Bildiyimə görə, seriallardan təklif almısınız. Razılaşmamağınızın səbəbi nə olub?
- Mənə olunan təklifləri dəyərləndirəndə həmişə atamdan məsləhət alıram. O mənim serialda çəkilməyimə razı olmadı. Onun sözündən çıxmadım.
- Bəs əlavə gəlir yeriniz var?
- Əlavə gəlirim tədbirlərdən olur. Apardığım tədbirlərin müqabilində məni qane edən məbləğdə qonorar alıram. El şənliklərinə aparıcı kimi çox dəvət alıram, ancaq getmirəm.
- Sevdiyiniz insan olub?
- Bəli, olub. Sevgi hissi mənə tanış bir hissdir. Qısqanclıq da həmçinin.
- Bəs niyə həmin insanla ailə həyatı qurmadınız?
- Mənim fikrimcə, təkcə sevmək kifayət etmir. Xasiyyətimiz tutmadı. Ona görə də yollarımızı ayırdıq.
- Romantik insansınız?
- Çox romantikəm. Yağışı çox sevirəm. Hər dəfə yağış yağanda pəncərədən çölə baxmaq mənə xüsusi zövq verir. Düşüncələrə dala-dala aforizmlər yazıram. Qismət olsa, həmin aforizmləri bir kitab şəklində çap etdirəcəm.
- Axırıncı dəfə qapınızı nə vaxt elçi döyüb?
- Mənə elçi düşənlərin sayı çox olub. İndi də var. Elə bir ay bundan öncə qohumlarımızdan biri anamdan söz yollamışdı. Mən oğlanı tanımırdım. Lakin qətiyyətlə “yox” dedim. Heç onunla görüşüb söhbətləşməyə də razı olmadım. Nəinki ona, indiyə qədər mənim üçün gələn bütün elçilərə tərəddüd etmədən, qəti bir şəkildə “yox” sözünü demişəm.
- Bu yaşa qədər ailə qurmamağınızın səbəbi nədir?
- Ümumiyyətlə, hələ ki, ailə qurmaq barədə fikirləşmirəm. Əslində hər bir qızın ağlında geyinəcəyi gəlinlik libası, toy mərasimi və s. mövzularda öz fikri, öz xəyalları olur. Amma inanın ki, mən bu şeylər haqqında heç bir zaman düşünməmişəm. Təsəvvürümdə nəsə canlandırmamışam. Mən ərə getmək, ana olmaq xatirinə ailə qurmaq istəmirəm. İstəmərəm ki, ailə həyatım tez dağılsın. Bilirsiniz, efirdə olan insanlar üçün bu əməlli-başlı problem olur. Həyatdır, evlilik alınmayanda deyirlər ki, filankəs elə-belə ailə qurmuşdu, boşanacağı məlum idi və s. Buna görə də mən bu məsələdə tələsmirəm. Hər şeyin incəliklərinə gedib dərin-dərin fikirləşirəm. Götür-qoy edirəm. Yenə də deyirəm, həyatın işini bilmək olmur. Ola bilər ki, ailə qurum və çox xoşbəxt olum. Ola bilər ki, müəyyən müddətdən sonra ayrılım. Ola bilər ki, səhv həyat yoldaşımda olsun, yaxud da əksinə, mən səhv edim.
- Ola bilər ki, heç ailə qurmayasınız?
- Niyə olmur? Ola bilər ki, ailə qurmayım və yalnız özümə karyera qurum. Bu hal istisna deyil. Amma indidən heç nə deyə bilmərəm.
- Ailə quracağınız insan efirlərdən uzaqlaşmağınızı tələb etsə, yerinə yetirəcəksiniz?
- İşimi çox sevirəm. Amma gələcəkdə ailə qurduğum insan məndən bunu istəsə, efirə çıxmamağa hazıram. Onunla bu məsələdə razılaşaram. Ən uzağı, kadrarxası bir işlə məşğul olaram.
- İçinizdəki bütün hissləri asanlıqla dilinizə gətirməyi bacarırsınız?
- Çox rahat bacarıram. Demək istədiyim sözü yerində və vaxtında deyirəm. Heç vaxt ürəyimdə heç nəyi saxlamıram. Çəkinmədən, qorxmadan fikirlərimi ifadə edə bilirəm.
- Gününüzün çox hissəsini nə barədə düşünməklə keçirirsiniz?
- Yalnız və yalnız istirahət, bir də ki, alış-veriş etmək barədə.
- Hazırda çəkiniz nə qədərdir?
- İndi 56 kiloqramam. Yeməyimə fikir verməklə və idmanla məşğul olmaqla çəkimin bir o qədər də artmasına imkan vermirəm. Belə desək, özüm-özümü tənzimləyirəm.
- Sərtliyiniz var?
- Bəzən olur. O da yerinə və zamanına baxır.
- Sizi çox vaxt qısa paltarlarda görürük. Bu özünüzə diqqət çəkmək üçündür, yoxsa?
- Xeyr, kiminsə diqqətini çəkmək üçün belə geyinmirəm. Əgər belə olsa idi, hər gün makiyaj edib, bəzənib-düzənərdim. Qısa paltarlar geyindiyimə görə evdə də məni qınayırlar. Ancaq mən düşünürəm ki, belə geyim tərzi mənə yaraşır.
- Plastik əməliyyatdan istifadə etmisinizmi?
- Bəli, burnumu plastik əməliyyat etdirmişəm. Əslində buna bir əsas yox idi. Məndə kompleks yaratmırdı, görünüşü də normal idi. Sadəcə olaraq dəyişiklik üçün etdim. Öz pulum var idi. Lotereya oynamışdım. Evdə anama deyəndə əvvəlcə narazılığını bildirdi. Lakin onu birtəhər razı salıb əməliyyata girdim. Bundan başqa dodağıma gel vurdurmuşdum. Ancaq sonra götürtdüm.
- Bədəninizin hansı yerindən narazısınız?
- Heç bir yerindən narazı deyiləm. Amma istərdim ki, boyum bir qədər də hündür olsun. O zaman modellik edərdim. Çox istərdim ki, model olum.
- Saçınızın rəngini neçə dəfə dəyişmisiniz?
- Hər həftə dəyişirəm. Ona görə də sayını itirmişəm (gülür).
- Dualarınızda ən çox nə istəyirsiniz?
- Ən çox özümə səbir diləyirəm. Düşünürəm ki, səbrim çox olsa, gördüyüm işlərin nəticəsi də yaxşı olar. Bir də hamı kimi mən də xoşbəxt olmaq, evimin xanımı və gözəl ana olmaq istəyirəm.
- Ev işlərini yaxşı bacarırsınız?
- Evdə təmizlik işlərində aktivəm. Məsələn, yaxşı paltar ütüləməyim var. Amma ütüləyəndən sonra paltarları yerbəyer etmək mənlik deyil. Çünki ərinirəm (gülür). O ki qaldı yemək bişirməyə, bacarıram, amma mən evə gələndə xörək artıq hazır olur. Mənim hazırlamağıma ehtiyac olmur. Ən uzağı, səhərlər özümə yumurta bişirirəm, vəssalam.
- Keçmişinizi bir film kimi təsəvvür edin. Həmin filmə baxanda məhz hansı “kadr”ın üstündə dayanardınız?
- Hansı məqamlarda ki qətiyyətlə “yox” sözünü deyə bilməmişəm, bax həmin “kadr”lara təkrar-təkrar baxardım. Buraxdığım səhvlərə nəzər yetirərdim. Çox vaxt deyirlər ki, dünyaya bir daha gəlsəydim, filan səhvi bir də təkrar etməzdim. Ancaq məncə, insan etdiyi səhvlərin nəticəsində kamilləşir. Öz eyiblərini görə-görə özünü islah edir. Mənim də lazım olan məqamlarda “yox” sözünü qəti bir şəkildə deyə bilməməyim mənim səhvlər etməyimə gəlib çıxarıb. Bu mənim eyiblərimdən biridir.
- İçinizdə bir sıxıntı var sanki. Bu nə ilə əlaqədardır?
- Bəli, içimdə bir sıxıntı var. Amma özüm də bilmirəm niyə. Zamanla keçib gedər, inşallah.
- Sirlərinizi kimlərlə bölüşürsünüz?
- İnanın, elə sirrim olur ki, anama deyirəm, bacım bilir, elə sirr olur ki, bacıma demirəm, anam bilir (gülür). Ümumiyyətlə, mən istəmirəm ki, mənim problemlərimi, sirrimi ətrafımdakı insanlar bilsinlər. Mənim göz yaşlarımı görsünlər. Atam çox vaxt Azərbaycanda olmur. Avropa ölkələrində olur. Amma onu görən kimi içimdəki sözləri ona rahatlıqla deyə bilirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
• Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57 |
|
|
|
• Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56 |
|
|
|
• Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53 |
|
|
|
• Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39 |
|
|
|
• “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35 |
|
|
|
• “PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32 |
|
|
|
• Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30 |
|
|
|
• Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24 |
|
|
|
• Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20 |
|
|
|
• Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17 |
|
|
|
|