"MƏNİ RAMİZ MEHDİYEV TUTDURUB"
Tarix: 22-01-2013, 12:10 | Çap et
ƏVƏZ ZEYNALLIDAN İLGİNC AÇIQLAMALAR“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı «Bizim Yol» qəzetinin suallarını cavablandırıb. O, həbs edilməsinin səbəblərini, burada Gülər Əhmədovanın rolunu açıqlayıb. Əvəz Zeynallı sabiq deputatın qəzetimizə verdiyi müsahibədə səsləndirdiyi ittihamlara da cavab verib. Baş redaktorla müsahibənin ilk hissəsini oxucularımıza təqdim edirik.
- Əvəz bəy, sabiq deputat Gülər Əhmədova qəzetimizə müsahibəsində sonuncu məhkəmə proseslərində onun yüksək çinli məmurları qadınlarla təmin etməklə bağlı səsləndirdiyiniz ittihamı fantaziya adlandırıb. Söylədiklərinizi əsaslandıra bilərsənmi?
- Birincisi, mən bir ildir “dəmir barmaqlılar” arasındayam və heç bir fantaziyadan söhbət gedə bilməz. Çünki biz dəqiq və konkret hüquqi müddəalarla məhkəmədəyik, hər bir məsələnin də hüquqi izahı var. İkincisi, mənim Gülər Əhmədovaya qarşı ittihamım yalnız məmurları qadınlarla təmin etməklə bağlı olmayıb, onu həm də uşaq alverində ittiham etmişəm. Bəyan etmişəm ki, Gülər Əhmədova Azərbaycanın ən böyük uşaq alverçilərindən biridir. Bunu da “divarın küncünə” baxıb deməmişəm.
- Əlinizdə fakt varmı?
- Mən həbsdə olduğum zaman “Turan” İA-də uşaq alveriylə bağlı çox ciddi analitik yazılar gedib. Həmin məqalələri bir qədər təhlil edəndə aydın olur ki, illərdir Respublika Uşaq Təşkilatı hansı işlərlə məşğul olub?! Yeri gəlmişkən, Gülər Əhmədova ilə bizim ilk konflikt hələ 2002-03-cü illərdə bu qurumla bağlı olub.
- Nə yazmışdınız ki...?
- Biz Azərbaycanda uşaqların vəziyyətini araşdırmaq üçün ondan müsahibə almaq istəyirdik, ancaq sabiq YAP-çı deputat bizə təəccüblə reaksiya verdi və müsahibəyə də gəlmədi. Sonra münasibətlər normallaşanda da uşaqların vəziyyətilə bağlı suallarımızı cavablandırmadı. İndi mənim üçün bəzi məsələlər aydınlaşır ki, əslində, Gülər Əhmədova kim imiş!
- Kim imiş Gülər Əhmədova?
- Gülər Əhmədova Azərbaycan mafiyasının ən böyük qadınlarından biridir. O qədər ciddi ki, bunu mən indi həbsxanada bilirəm, yəni o, nə boyda mafiyanın üzvüdür. Ki, bir ölkənin hüquq-mühafizə orqanları bu qadını həbs edə bilmirlər. Təsəvvür edin ki, cinayətdə təqsirləndirilən şəxs qismində qadını ölkədən çıxarırlar, sonra həmin qadını Türkiyədə onun adamları qarşılayır və nəhayət, öldürür.
- Ancaq Gülər Əhmədova bütün bunları təkzib edir...
- Təkzib etməklə deyil ki! Birinci, prokurorluq Sevin Babayevanın Gülər Əhmədova tərəfindən ölkədən çıxarıldığını təsdiqlədi. İkinci, mərhumun oğlu mətbuata anasının Gülər Əhmədova tərəfindən zəhərləndirildiyini bəyan edir, o zaman mən Əvəz Zeynallını niyə 15 aydır həbsxanada saxlayırlar?! Əgər Əvəz Zeynallını bir “quru” ərizəylə həbsdə saxlaya bilirsinizsə, deməli, istənilən məsələlərə reaksiya vermək lazımdır. Birinci sualına qayıdaq, Əhmədovanın məmurları qadınlarla şantaj etməsi çox açıq məsələdir və onun da bunu gülüşlə qarşılaması mənə maraqlı gəldi. Axı bunu mən yox, Elnur Məcidli, yaxud Elşad Abdullayev dəfələrlə bəyan edib.
- Axı sübut etmək lazımdır...
- Yox, mənə cavab verən mafiyanın qadını onların cavabını verməli idi. Əgər Əvəz Zeynallı deyəndə qiymətə minirsə, mən çox şeyi sübut etmişəm. Vaxtilə söylədiklərim bir-bir sübut olunur, mən Gülər Əhmədova ilə Sevinc Babayevanın yanında olmalı, yaxud işıq yandırmalı deyiləm ki! Sevinc Babayevanı Azərbaycan cəmiyyətində çox əvvəllərdən tanıyırdıq, ötən ilin iyulun 2-də Gülər Əhmədova məhkəməyə gələndə o, da gəlmişdi. Hətta mənim üstümə hücum da etdi və prosesdə dəhşətli bir qalmaqal çıxartdı. Ondan kimliyini soruşanda cavab verdi ki, Gülərin pərəstişkarıdır və hakimiyyətyönlü jurnalistdir. Mənim məhkəməmdə elə hadisələr olub ki.... Sadəcə, mətbuat diqqətli olmayıb, bu faktdır ki, Sevinci ilk dəfə biz tanımışıq.
- Gülər Əhmədova Sizi insanların şəxsi həyatından yazmaqda ittiham edir. Onun söylədiklərini təkzib edə bilərsənmi?
- Həmin fikrindən iki abzas sonra Əhmədova deyir ki, Əvəz Zeynallı hüquqşünasdır, məsələlərə də o məntiqlə baxmalıdır. İndi təsəvvür edin, Elşad Abdullayev Gülər Əhmədova haqqında serial yayımlayır, bu seriallarda təsdiqlənir ki, o, deputat olarkən adamları qorxudaraq pul alır, söhbət milyonlardan gedir və bu pullar Ramiz Mehdiyevin kabinetində sayılır. Bütün bunları fakt hesab etməyən Gülər Əhmədova məni insanların şəxsi həyatı haqqında yazmaqda ittiham edir. Sual edirəm, kimlərin şəxsi həyatı barəsində yazmışam? Axı fantaziyayla danışmaq olmaz, özü də məni fantaziyayla danışmaqda ittiham edir. O hansı kişidir ki, mən onun qızı, arvadı haqqında yazmışam, “Xural” qəzetinin “podşivkası” ortadadır. Ciddi jurnalistikayla məşğul olanlar çox gözəl bilir ki, Əvəz Zeynallı hər şey edib, amma insanlara “qurşaqdan aşağı zərbə” vurmayıb. Yəni Əvəz Zeynallının etdiklərini bu gün də, sabah da çoxları edə bilməz. Elə mən də etdiklərimin çoxunu bundan sonra edə bilməyəcəm. Ancaq mən insanların həyat yoldaşına, qızına, ailəsinə heç bir zaman toxunmamışam. İllərdir bu barədə danışırlar və bunun mənbəyinin və səbəbinin haradan olduğunu da bilirəm.
- Hardandır?
- Gülər Əhmədovanı üzərimə göndərənlər həm də mənim qətlimi planlaşdıranlar olub. Mənim həbsimdən 19 gün sonra Əhmədova “Yeni Müsavat”a deyib ki, ailəsini qoruyub. Məhkəmədə də “oğul böyüdüb ki, gedib Əvəzi vurub öldürsün” sözlərini dedi. Sonradan bildik ki, Gülər Əhmədova ölümlərdə iştirak edib, mafiyanın qadınıdır, yəni ölüm bunlar üçün adi bir şeydir. Həbs olunmazdan əvvəl Redaktorlar Birliyinin toplantısında dedim ki, birimizi həbs edəcəklər, digərimizi isə öldürəcəklər. Həbsimdən bir neçə ay sonra çox hörmətli həmkarlarımdan biri vəkilim vasitəsilə “Əvəz kimi deyirdi, mənbə hardan idi, çünki onu həbs etdilər, Rafiq Tağını öldürdülər” sualını göndərdi. Ola bilərdi, yerimiz dəyişik olsun. Bu məqamı ona görə vurğuladım ki, onlar “Əvəz Zeynallı kiminsə ailəsinə toxunub deyə öldürüldü” deyə fikrini aşılayacaqdılar və istəklərini də bunun üstündə qurmuşdular. Sadəcə, o qədər qabiliyyətsiz və bacarıqsız bir iş quraşdırdılar. Əli Həsənovun qurduğu iş belə də olmalıydı. Təəssüf ki, bu gün Azərbaycanda ciddi jurnalistlər və qəzetlər peyda olub ki, onlar millətin maraqlarından çox Əli Həsənovu, Ramiz Mehdiyevi, Vüqar Səfərlini sevirlər. Qayıdıram məsələnin məğzinə, Gülər Əhmədova hələ yaşayır, Allah etsin ona bir şey olmasın. Bu ölkədə onun hələ çox məktubları olacaq, əgər yaşayacaqsa, həbsxanadan məktublar yazacaq.
- Bu fikri hansı arqumentlə əsaslandıra bilərsən?
- “Bizim Yol” qəzetində onun müsahibəsindən iki gün öncə məhkəmədə yaxınlarıma dedim ki, bu gün, sabah Gülər Əhmədovanın açıqlaması ola bilər, həyacanlanmayın.
- Bu, informasiya idi, yoxsa ehtimal?
- Mənim həbsxanada vaxtım çoxdur, vəziyyəti təhlil edirəm, analiz və məntiq hər şeyi göstərir. Məni Gülər Əhmədovanın əliylə həbs etdiriblər, indi də işin içindən çıxa bilmirlər. Hər şey Ramiz Mehdiyevin boynunda qalır, o da üzərindən atmaq üçün Əhmədovanı önə verib. Sabiq YAP-çı deputat isə hər şeydən çəkinir, bir balaca tənəffüs əldə edən kimi, düzdür, Əli Həsənovu istəyən qəzetlər ona sənin verdiyin sualları vermədilər, amma sən sual verdikdə, o, dərhal “Əvəz, vallah mənlik deyil, sən bilirsən axı məsələ kimlikdir” mesajını verdi. Bax, bu məhkəmə zalına gələn hər kəs də “axı sən bilirsən ki, niyə həbs olunmusan” deyir. Sabir Tarıverdiyev hakimə dedi ki, möhtərəm hakim, Əvəz Zeynallının yazılarını oxuyubsunuz, bunun yazdıqlarını oxuyanda adamın “ayaqları göydə qalır”. Bunlar hamısı yazılarıma görədir, həmin bu namus oyununu da ona görə oynamışdılar ki, məni nədəsə ittiham etsinlər. Amma “Xural”ın “podşivkası” ortalıqdadır, Azərbaycanın ən ciddi araşdırmaçı jurnalisti kimi arxivi verə bilərəm, buyur, araşdır. Həyatda mümkün olan şey deyil ki, mən insanların şəxsi həyatından yazım.
- Bəs səbəb nədir?
- Səbəbi özün sual edirsən ki, Gülər xanım, fakt göstərin, amma göstərə bilmir. Yaxud audio yazını sual edirsən, cavab verir ki, tapmayıblar, lap yaxşı, azad etsinlər də. Bu qədər cahillik olarmı? Halbuki, sübut adlandırıb məhkəməyə təqdim etdiyi audio yazıda Gülər Əhmədovanın kabluklarının səsi var, tık-tık-tık, vəssalam! Məntiq var, ciddi bir şeyin olduğunu deyirdisə, hanı, axı gizli çəkilişləri özləri edirlər. Halbuki, Azərbaycanda gizli çəkilişləri, səs yazılarını jurnalistlər etməlidir, çünki bu bizim peşədir, ancaq əksinə proses baş verir, bu işi bizə qadağalar qoyanlar həyata keçirir. Son səs yazılarında, video-roliklərdə medianın rolu yoxdur, sən demə, Azərbaycanda heç jurnalistika yox imiş ki. Gülər Əhmədova bütünlüklə şər danışır, onun oğlu, rəfiqləri Rüxsarə Axundova, Tənzilə Rüstəmxanlı, işçisi Zaur Mirzə məhkəməyə gəldilər. Rüxsarə Axundovaya sonradan vəzifə verdilər. Bu adamlar heç nə bilmədiklərini, yazıdan, anonsdan xəbərləri olmadıqlarını dedilər. Əhmədova müsahibəsində anons verildiyini söyləyir, ancaq heç anons da yoxdur. Bir yazı olub, o da Əhmədovanın qəzetin işçilərinə qanorar verə bilməməsi barədəydi və düz də çıxdı, qəzeti bağlandı.
- Müsahibəsində Əhmədova dəfələrlə Sizi həbs etdirmədiyini bildirir, bu fikirlərə cavabınız...?
- Cinayət işi 4 cilddən ibarətdir, surətini verə bilərəm. Birinci məhkəmə qərarını Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 maddələrinə əsasən qəbul edib. Qərarda görün nə yazılıb: “2011-ci ilin iyul ayının sonu, avqustun əvvəllərində Əvəz Zeynallı onda Gülər Əhmədova barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, bu materialların çap olunacağını bildirməklə deputata hədə-qorxu tətbiq edib, materialların çapının dayandırılacağı müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəmişdir”. Təsəvvür edirsinizmi, istəmişdir sözü yazılıb, bu, nə biabırçılıqdır?! Bir ildir proses gedir, ancaq heç nə tapa bilmirlər, məhkəmə, prokuror tıxanıb. İndi Əhmədovanın sən Natiq Cavadlıya verdiyi müsahibəsinin tərcüməsi budur: “Əvəz Zeynallını mən tutdurmamışam!”. Düz deyir, məni Ramiz Mehdiyev tutdurub. Bir ildir mənim Gülər Əhmədovadan istədiyim bu idi. Neçə vaxtdır məhkəmədə bəyan edirəm ki, Gülər Əhmədova Mehdiyevin deputatıdır, parlament də onundur və onun tapşırığıyla həbs edilmişəm. Ancaq Əhmədova sonda qalxıb dedi ki, Əvəz Zeynallı səni mən həbs etdirməmişəm, səni Mehdiyev tutdurub. Vaxt gələcək bunları da deyəcək, fərqi yoxdur həbsxanadan yazsın, yaxud başqa bir formada.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43 |
|
|
|
• Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39 |
|
|
|
• Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37 |
|
|
|
• Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30 |
|
|
|
• 4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26 |
|
|
|
• Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24 |
|
|
|
• "İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22 |
|
|
|
• Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16 |
|
|
|
• Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14 |
|
|
|
• Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06 |
|
|
|
• "Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05 |
|
|
|
• Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02 |
|
|
|
• Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42 |
|
|
|
• “Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37 |
|
|
|
• Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31 |
|
|
|
• Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22 |
|
|
|
• Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
• “Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15 |
|
|
|
• 3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12 |
|
|
|
• Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06 |
|
|
|
• Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04 |
|
|
|
• “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59 |
|
|
|
• Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56 |
|
|
|
• Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44 |
|
|
|
• Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33 |
|
|
|
• Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27 |
|
|
|
• Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08 |
|
|
|
• Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08 |
|
|
|
• Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04 |
|
|
|
• 2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57 |
|
|
|
• Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53 |
|
|
|
• Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51 |
|
|
|
• Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48 |
|
|
|
• Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45 |
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
|