BAŞ REDAKTORDAN ELŞAD ABDULLAYEVƏ SƏRT CAVAB
Tarix: 20-12-2012, 12:33 | Çap et
"O, QARDAŞINI FALÇILARDA AXTARIRDI"Fəaliyyəti dayandırılmış keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yeni videosu yayılıb. Videoda "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili də hədəf seçilib (teleqraf.com, 18.12.2012).
İttihamlarla bağlı qəzetimizə danışan A. Mərzili deyib ki, Elşad Abdullayevlə aralarında elə vaxt olub ki, su da keçməyib: "2008-ci ildə "Təzadlar" qəzeti gündəlik nəşr olunmağa başlamışdı. Kənar müəlliflərdən biri maraqlı mövzu ilə gəldi. Müəllif qeyd etdi ki, 2003-cü ildə itkin düşmüş Mahir Abdullayev haqqında mətbuatda bircə cümlə də yazılmayıb. E. Abdullayev Ali Attestasiya Komissiyasında həm də sektor müdiri idi. Düşündük ki, danışa, hüquq-mühafizə orqanları qarşısında qardaşının itməsi barədə tələblər irəli sürə bilmir və biz qəzet olaraq ona dəstək ola bilərik. Qısası, "Mahir Abdullayev nə üçün axtarılmır?" sərlövhəli yazı getdi. Yazı 2008-ci ilin avqustun 28-də yazı çap olundu. E. Abdullayev o yazıdan sonra bizimlə münaqişəyə girdi. Vəziyyət elə həddə çatdı ki, E. Abdullayev bizi məhkəmə verdi, Mətbuat Şurasına şikayət etdi. Yəni biz arının pətəyinə çöp uzatmışdıq. Guya qardaşının adını pis mənada hallandırmışdıq. Sonra orada bizi barışdırdılar. On gün keçməmişdi ki, xüsusi ittiham qaydasında bizi Yasamal rayon məhkəməsinə verdi. Mənim haqqımda və qəzetə müsahibə vermiş Zümrüd Məmmədova adlı xanıma qarşı iddia qaldırdı. Məhkəmə mənim barəmdə 2009-cu ilin aprelin 7-də azadlıqdan məhrumetmə hökmü çıxardı. Zümrüd Məmmədovaya isə 1 il icbari iş kəsdi".
A. Mərzili bildirib ki, yazının müəllifi Zümrüd Məmmədova olmayıb. Adıçəkilən qadın yazı dərc olunandan sonra "Təzadlar" qəzetinin redaksiyasına gəlib və Mahir Abdullayev haqqında yazıda müəammalı məqamlar olduğundan bu mövzunun davam etdirilməməsini xahiş edib: "Biz dedik ki, bu yazı onun xeyrinədir. Dedi bilirəm, amma Elşad Abdullayev hər yerdə deyir ki, orada müəmmalı şeylər var, bu mövzunu gündəmə gətirib ictimailəşdirməsinlər. Mən də onun xahişini nəzərə aldım və dedim ki, bu mövzu qapandı. Bir neçə gün sonra "Müasir Müsavat" qəzetində mənim haqqımda yazı getdi. Məlum oldu ki, E. Abdullayev Şamaxıda Pirquluda mənim qonşumdur. Mənim evim bir mərtəbəli, adi kənd evidir. Bununku isə dörd mərtəbəli villadır. Mənim evimin şəklini çəkib qəzetə verib, adını da "villa" qoyub. Yazıb ki, bu "villa"nı Rəsul Quliyev Asif Mərziliyə tapşırıb, onun qoyunlarını orada otarır. Elşad Abdullayevin indiki mənasız çıxışlarına bənzəyən yazı idi. Mən təzədən Z. Məmmədovaya zəng etdim ki, yazını dayandır dediniz, dayandırdım, bu nə məsələdir? Dedi ki, Elşadın yanında oldum, başı çönüb bu adamın, qabaqkı Elşad deyil. Sonra Z. Məmmədovanı ittiham edib. O gəlib mənə dedi ki, Elşadın fikrincə, guya Mahir Abdullayevlə bağlı mövzunu Sizə mən vermişəm. Dedi ki, açıqlama vermək istəyirəm. Müsahibə verdi və həmin müsahibə əsasında da E. Abdullayev Zümrüd Məmmədova barəsində şikayət verdi. E. Abdullayevdə belə xarakter vardı ki, istədiyi olmalı idi. Məni həbs etdirdi, cənab prezident, media, hətta müxalifət bu məsələyə qarışdı. 20 ildir çıxırıq, kiminləsə siyasi və iqtisadi işbirliyimiz yoxdur. Başımızı aşağı salıb Qarabağ problemlərindən yazan qəzetik. Prezident ATƏT nümayəndələri ilə görüşündə etirazını bildirdi və məsələyə müdaxilə etdi. Bir gün sonra Bakı Appelyasiya Məhkəməsi qərarı dəyişdi və məhkəmə zalından məni buraxdılar. Amma o, məhkəməyə müraciət göndərmişdi ki, A. Mərzilinin cəzası daha da ağırlaşdırılsın. Bu adamdan başqa nə gözləmək olar? Bilə-bilə ki, bu işə prezident qarışıb, deyirdi ki, mən deyən olmalıdır. Həbsxanadan çıxandan sonra da üstümüzə düşdü, bir çox qəzetdə haqqımızda yazdırdı, axırda Mətbuat Şurasına müraciət etdi və adımızı "qara siyahı"ya saldırdı. 10 min diplomu satan oldu təmiz adam, amma bir məqalə yazmış qəzet "reket" sayıldı. Bizim aramızı Mətbuat Şurası ilə vurdu, MŞ-nı məhkəməyə verdik. Məhkəmə də sübut etdi ki, Şura ictimai təşkilat olduğuna görə qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur. Özünə "hüquqşünas" deyən adam birincisi özünə hörmət qoymalıdır. Qohumlarına da müraciət etmişəm ki, bir yaxşı xəstəxana tapıb onu müalicə etdirin".
Asif Mərzili sözlərini belə bitirib: "Onun qardaşı ayrı-ayrı "razborka"larda iştirakçı olub. Deyir Mahirə məxsus filan restoranda görüşdük. Mahir Abdullayev dövlət adamı idi, MTN-də işləyirdi, məmurun ticarət obyekti saxlamağa qanun icazə verir məgər? Bu adam falçılarla işləyir. Falçıya inanıb deyir ki, qara qarğanın ayağındakı üzük tapılsa, Mahir üzə çıxacaq. O, qardaşını qara qarğaların arasında, falçılarda axtarırdı. Özünə elmlər doktoru deyən adamın səviyyəsi budur!"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
|