XƏBƏR PORTALI TELEKANALA QARŞI
Tarix: 10-12-2012, 09:50 | Çap et
Qənimət Zahid: “Söhbət həmkarlarımızdan gedirsə, daha nəzakətli və daha həssas olmalıyıq”
Fərid Şahbazlı: “Saytın reketliyini müəyyən etmək haqqı ANS-in deyil Azərbaycan məhkəmələrindədir”
Məhəmməd Ərsoy: “Bu qərəzin qarşılığının da nələr ola biləcəyini təxmin etmək çətin deyil”
Məlum olduğu kimi 6 Dekabr 2012-ci il tarixində saat 22.00-da ANS-də yayımlanan “Qənirə Ataşova ilə Baş xəbər” proqramında bir neçə portalla yanaşı Tia.az -ın ünvanına xoşagəlməz ifadələr işlədilib. Bir sözlə ANS –in aparıçısının fikrincə Tia.az reketliklə məşğuldur. Halbuki həmin verliş efirə gedərkən bizim fikirlərə yer ayrılmayıb. Uzun müddət jurnalistika sahəsində olan media kapitanlarının məsələ ilə bağlı fikirlərini öyrəndik.
Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid ANS-in Tia.Az-ın ünvanına səsləndirdiyi ittihamla bağlı fikirlərini belə bildirdi: “Açığı, mən sizin saytınızı reket olaraq tanımıram və belə bir hadisə də eşitməmişəm. Biz, "Azərbaycan saatı"nın proqramlarını hazırlayarkən tez- tez sizin saytınızdakı xəbərlərdən istifadə edirik və tebii ki, mənbəni də göstəririk. Eger tia.az-ı belə bir reputasiya ilə tanısaydım, bunu etməzdik. Məncə ANS bu ifadəni işlədərkən sizin rəyinizi almalı idi. Çünki bütün hallarda söhbət həmkarlarımızdan gedirsə, daha nəzakətli və daha həssas olmalıyıq. Təbii, bu o anlama gəlməməlidir ki, başqalarına qarşı nəzakətsiz olmaq olar. Bütün hallarda ən azı bir fakt və ya fakta bənzər ehtimal göstərmək olardı. Ümumiyyətlə isə düşünürəm ki, internet qəzetlerin sayı mümkün qədər çox olmalıdır ki, ölkənin bütün cografiyası və bütün həyatı cəmiyyət üçün daha çox informasiyaya çevrilsin. Tia.az menim tez- tez müraciət etdiyim saytlardan biridir və oradan tez- tez maraqlı informasiyalar əldə edirəm”.
Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə deyir: “Mən hesab etmirəm ki, reket nəşrlər sırasında Tia.az-ın adı çəkilə bilər. Bu portalın ölkənin internet media məkanında özünəməxsus yeri var. Ola bilər ki, portalda yayınlanan tənqidçi ruhlu yazılar bu və ya digər səbəbdən kiminsə xoşuna gəlməyə bilər və ya hansısa səbəblərdən dəqiqləşdirilməmiş xəbərlər dərc oluna bilər. Amma bu ona əsas vermir ki, tia.az-ı reketçilikdə ittiham edəsən. Bunu müəyyən etmək haqqı yalnız Azərbaycan məhkəmələrindədir”.
diaaz.space saytının rəhbəri Məhəmməd Ərsoy:
“Bunu hər kəs yaxşı bilir ki, bu gün ölkədə müstəqil mətbuata qarşı bir dözümsüzlük var. Bu həm iqtidar cinahına aiddir, həm də müxalifət. Onların məntiqinə görə, hansısa tərəfdə olmalısan. Daha kimsəni maraqlandırmır ki, siyasi yön qoymadan ədalətli baxış sərgiləmək də bir xəttdir, bir tərəfdir. Ona görə də, ANS-də gedən həmin verilişi bir növ müstəqil mətbuata iqtidarın sərgilədiyi dözümsüzlük kimi qəbul edirəm. Onları başa düşmək olar. Doğru söz acı olur. Lakin burada başa düşülməyəni ANS-dir. Hər halda bu kanalda xeyli sayda dostlarımzı var və onlar da razılaşar ki, mətbuatın mətbuata qarşı istifadə olunması heç bir zaman faydalı olmayıb, ola da bilməz. Əgər söhbət reket jurnalistikadan və ona qarşı mübarizədən gedirsə, o zamn ANS-dəki həmkarlarımzı televiziya sahəsində ad çıxaranları təftiş edə bilərlər. İllah ki, çap və internet mətbuatı hədəfə alınmalıdırsa, o zaman "Azərbaycan" Nəşriyyatının qapıları açıqdır... Nə qədər malzəmə var. Yox, məsələ tamam başqadırsa, ANS "Tribuna" İnformasiya Agentliyi və digər bu kimi xəbər portallarını qaralayıbsa, o zaman bunun adına yalnız qərəz demək olar. Və bu qərəzin qarşılığının da nələr ola biləcəyini təxmin etmək çətin deyil”..
Tanınmış jurnalist Fikrət Fərəməzoğlu:
“ANS-in efirindən TİA.AZ-ın «reket» kimi təqdim olunması çox gülməli bir işdir. Əvvəla ona görə ki, bu telekanal əlində heç bir əsas olmadan hansısa KİV-i ittiham etmək səlahiyyətinə malik deyil. İkincisi, ANS-in əlində hansı fakt var ki, bu iddia ilə çıxış edir? Və ən nəhayət, atalarda yaxşı bir deyim var: «Meymun baxar güzgüyə, adın qoyar özgəyə». İndi ANS-in də işi olub bundan. Yəni, adını başqasına qoymaq məsələsindən.
Əvvəla bu gün Azərbaycanda az sayda mətbuat orqanı var ki, onların nə qədər vicdanla və peşəkarcasına fəaliyyət göstərdiyini demək mümkün olsun. Həmin sırada xəbər portalı olaraq TİA.AZ-ı da göstərmək vacibdir. Çünki bu xəbər portalı tərəf tutmadan, vicdanla və obyektiv olaraq fəaliyyəti ilə seçilib. Bəli, bu saytın ANS TV qədər auditoriyamız yoxdur. Amma onların ANS-in kiminsə pulu ilə sifarişli şəkildə başqasını tənqid və təhdid etmək niyyəti də olmayıb və bu mümkün deyil. Və TİA.AZ heç bir zaman vətəndaşların kimlərəsə görə və ya kimlərinsə verdiyi nəmərlərə görə, haqqını başqalarına qurban verməyib. Ona görə də, ANS TV-nin efirindən deyilənləri qeyri-ciddi hesab etməklə yanaşı, həm də qərəzli yanaşma olduğunu bildirirəm. Məncə, bu telekanal kimi qeyri-obyektiv, qeyri-ciddi birindən başqa bir şey gözləməyə də dəyməz”.
Birlik.az saytının rəhbəri Vusal Hətəmov:
“ANS bir daha sifarişlə işlədiyini cəmiyyətə çatdırdı. Baş redaktoru olduğum birlik.az saytı tia.az saytına tez-tez müraciət edir. Tia.az obyektivliyi, analitikliyi, araşdırma mövzuları ilə artıq media sahəsində öz sözünü deyib. Həmçinin bu saytın yazar kollektivi xüsusilə oxucular tərəfindən sevilir. Tia.az-da ölkəmizin həmişə aktual problemlərinin qabardılması görünür kimlərəsə sərf etmir. Bu cəhətdən də ANS-dən muzdur kimi istifadə edirlər. Mən, əsasən, üzülürəm ona görə ki, medianı içəridən – jurnalistlərin əli ilə vurmaq istəyirlər. Özlərini “dəqiq”, “qərəzsiz” telekanal hesab edən ANS bu qarayaxmalara son qoymasa, onsuzda cəmiyyətdə haqlı olaraq sarsılan nüfuzu bir dəfəlik torpağa gömüləcək. Əlavə olaraq, həmin kanalın qara yaxdığı portalların fikrinə yer verməməsi bir daha sübut edir ki, ölkə teleaparıcıları, müəllif-rejissorlanın əksəriyyəti naşı, yerində olmayan adamlardır”.
Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov:
“Ümumiyyətcə reketçiliyi müəyyən edən mexanizm yoxdur. ANS bu cür süjet göstərərkən nəyə görə, sözügedən saytı belə adlandırmasını açıqlamayıb. Yaxşı olardı ki, hər iki tərəfin münasibəti süjetdə öz əksini tapardı. Və sonda tamaşaçı qərar verərdi ki, bu sayt reketçiliklə məşğuldur yoxsa yox. Məncə televiziyanın xəbər siyasəti də məhz bu cür qurulur. Hər iki tərəfə balanslaşdırılmış informasiya hüququ vermək və qərarı tamaşaçıya buraxmaq”.
Avrasiya.Net saytının rəhbəri Cavid Şahverdiyev:
“ANS-in şüarı "Dəqiq, qərəzsiz və obyektiv" olsa da əməkdaşlarının əksəriyyəti bu prinsiplərdən uzaqdır. Düzdür, ANS digər tv-lərə nisbətən populyardır, novatorluqda demək olar ki meydanı ələ alıb, aparıcılarının əksıriyyıti professionaldır. Amma bu cəhətlər heç də ona əsas vermir ki, efirdə kiminsə ünvanına xoşagəlməz ifadələr işlədəsən. ANS-in heç bir aparıcısına və yaxud da rəhbərliyində dayanan şəxsinə hüquq verilməyib ki, hansısa media qurumunu bu və ya digər formada damğa vursun. Bu həmkarlarına qarçı ANS-in qərəzliliyinin göstəricisidir. Hansı media qurumunun reketriklə məşqul olub, olmadığını ANS müəyyənləşdirə bilməz. Belə bir "ölçü"yə istinad olunursa, onda ən böyük reket ANS-in özü ola bilər. Verilişlərdə aparıcıların çoxunun özünü apara bilməməsi, ora gələnlərlə kobud rəftar etmələri, "ANS-də mənəmŞ ANS-də mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə fəaliyyət göstərməyin yeri deyil. Əgər ANS hansısa media qurumunu tıhqir edirsə bu kanal məsuliyyətə cəlb olunmalıdır
Gozetci.az saytının rəhbəri Samir Kazımlı:
Əgər hər hansı bir KİV, hansısa şəxs və qurum haqda fikir, ittiham bildirirsə, qarşı tərəfində mövqeyini verməyə çalışmalıdır. Siz dediyiniz məsələ haqda məlumatsızam. Əgər əsələnən fikirlərlə bağlı qarşı tərəf öz fikirlərini bildirmək istəsə və digər tərəf - ittiham səsləndirən KİV buna şərait yaratmırsa bu jurnalistika prinsiplərinə və qaydalarına ziddir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
|