Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil”
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil”

“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil”


Dünən, 12:31
“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil”
Torpaqlarımızın işğaldan azad olunması uğrunda bir oğlunu Şəhid verən, digər oğlu Qazi olan Tovuz rayonu, Vahidli kənd sakini Həsənova Ceyran Məhəmməd qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəislə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Məlumunuz olsun ki, bir oğlum Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş, digər oğlum düz yeddi il cəbhənin ən qaynar nöqtələrində könüllü olaraq döyüşmüş və sağlamlığını tamamilə itirmişdir. Üçüncü oğlum isə zabit kimi hərbi xidmət zamanı sağlamlığını itirmişdir.

Nəzərinizə çatdırıram ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin keçmiş rəhbərliyi oğlum Həsənov Naməddin Tofiq oğlunu qanunsuz olaraq işdən azad etməklə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarını kobud şəkildə pozublar.

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova, Aqrar Xidmətlər Agentliyinin yeni sədri Sərdar Hacıyevə etdiyim çoxsaylı müraciətlərim də təəssüf ki, nəticəsiz qalıb. Açığını deyim ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin mənə ünvanladığı məktubda açıq-aşkar onun Şəhid və Qazi ailələrinə olan nifrəti özünü aşkar surətdə biruzə verməkdədir. Əvvəllər Mədəniyyət Nazirliyində böyük cinayətlərə yol verən Azad Cəfərli indi də bu nazirliyin Aparat rəhbərliyində öz əməllərini davam etdirməkdədir və həmin cavab məktubunu da müraciətimə əlavə edirəm.

Onu da qeyd edim ki, ölkı rəhbəri cənab İlham Əliyevə etdiyim müraciət bu cənabları qəzəbləndirib. Bu səbəbdən, qəzəblə sual edir ki, axı, ölkə Prezidentinə niyə müraciət etmisiniz?!

Bu məmurlar özlərini ağa hesab edirlər. Belə başa düşülür ki, bunların qanunsuz hərəkətlərindən heç kimə şikayət etmək olmaz. Bunlar öz cinayət əməllərini davam etdirməkdə israrlıdırlar.

“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil”
“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil”

Cənab Prezident!

Mənim 6 nəfər ailə üzvündən ibarət olan oğlum və onun həyat yoldaşı işsizdir. Onların 3 azyaşlı uşağı artıq 4 ildir ki, ac yaşayırlar, heç bir gəliri olmayan ailə artıq ölümə məhkumdur.

Onu da əlavə edirəm ki, vaxtilə oğlumdan 25 000 manat rüşvət tələb edən Rəşad Vahabzadənin həmyerliləri və havadarları olan Aparat rəhbəri Azad Cəfərli və Kadr şöbəsinin müdiri İlham Süleymanov bizim müraciətlərimizin Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova çatdırılmasına imkan vermir, oğlumun işlə təmin olunmasına hər vasitə ilə əngəl törədirlər. Hal-hazırda bu sahədə boş iş yeri olmasına baxmayaraq, oğlumu işlə təmin etmirlər.

Oğlum təcrübəli və savadlı mütəxəssis olmaqla, dəfələrlə nazirlikdə dərs keçib. Elmdən və qanundan xəbəri olmayan İlham Süleymanov və Azad Cəfərli isə öz maxinasiyaları ilə baş qatmaqla məşğuldurlar.

Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır. Dəfələrlə ölkə vətəndaşlığından imtina etsək də, imtinamıza bəzi qüvvələr mane olur. Artıq son dəfə Sizdən kömək istəyirəm.

Siz hər bir vətəndaşın qarantısınız və qanunu pozan bu cinayətkar ünsürlər öz cəzalarına çatmalıdırlar. İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil və bunun acı nəticələri özünü lap tezliklə biruzə verəcəkdir.

Hörmətli Prezident!

Bu dəfə də məktubum Sizə çatmasa və şikayətimizə müsbət cavab verilməsə, mən və oğlumun ailəsi ölkə vətəndaşlığından imtina etməyə məcbur olacağıq. Xahiş edirəm, bizdən dəstəyinizi əsirgəməyin, çünki 3 azyaşlı körpənin ac-yalavac yaşaması mümkün deyil”.

Geri qayıt