Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edirDünən, 12:24 |
![]() İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub. Yeniavaz.com xəbər verir ki, “Qala Sığorta” ASC İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək. Bildirilir ki, İpoteka və Kredit Zəmanət Fondu ümumilkdə 150 əməkdaşın 3 il müddətində könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 267 min 534 manat ödəyəcək. Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 1 783 manat (bir il üçün 594 manat) olacaq. Məlumat üçün bildirək ki, “Qala Sığorta” son 3 ay ərzində aşağıdakı dövlət qurumları ilə də əməkdaşların könüllü tibbi sığorta xidməti ilə bağlı müqavilə imzalayıb: Aqrar Sığorta Fondu – 350 manat (bir əməkdaş üçün ödənilən sığorta haqqı); Dövlət Neft Fondu – 920 manat; Dövlət Dəniz və Liman Agentliyi – 290 manat; “Baktelekom” MMC – 270 manat; “Aztelekom” MMC – 270 manat; Minatəmizləmə Agentliyi – 550 manat. Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur. Geri qayıt |