Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Qarabağ Qazisinin HAQQI YEYİLİR...
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Qarabağ Qazisinin HAQQI YEYİLİR...

Qarabağ Qazisinin HAQQI YEYİLİR...


Dünən, 12:08
Qarabağ Qazisinin HAQQI YEYİLİR...
Sədərək rayon sakini, Birinci Qarabağ müharibəsi veteranı Qasımov Novruz dörd ildir yataq xəstəsi olmasına baxmayaraq, müvafiq əlillik dərəcəsi ala bilmir. Hazırda ikinci qrup əlillik statusuna malik olan veteran 2021-ci ildə insult keçirib. Ailəsinin verdiyi məlumata görə, onun hazırkı sağlamlıq vəziyyətinə əsasən birinci qrup əlillik statusu təyin olunmalıdır, lakin müvafiq qurumlar bu prosesi süründürür.

Qarabağ Qazisinin HAQQI YEYİLİR...

Veteranın oğlu Asəf Qasımov "Gündəlik Naxçıvan"a bildirib ki, atası yataq xəstəsi olduğundan hərəkət edə bilmir və ona ailə üzvləri qayğı göstərir. Onlar birinci qrup əlillik statusunun alınması üçün tələb olunan sənədləri toplasalar da, süni maneələrlə üzləşirlər:
"Atamın sənədlərini Şərur Rayon Mərkəzi Xəstəxanasına təqdim etdik. Komissiya sədri Ramiz Məmmədov sənədlərdə yenilənmiş epiqrizin olmadığını bəhanə gətirərək bizi geri qaytardı. Atam yataq xəstəsidir, onu yenidən Naxçıvan şəhərinə aparmaq məcburiyyətində qaldıq. Təcili tibbi yardım maşını üçün müraciət etdik, lakin dedilər ki, bu maşınlar belə uzun məsafələr üçün nəzərdə tutulmayıb. Öz hesabımıza yumşaq avtomobil kirayələdik və əlavə xərclərlə onu yenidən müayinələrə apardıq."
Asəf Qasımov qeyd edib ki, atasının vəziyyəti ağır olduğundan həkimlər onu MRT müayinəsindən keçirə bilməyiblər. Daha sonra KT müayinəsi aparılıb və yenilənmiş epiqriz alınaraq sənədlər yenidən təqdim olunub. Lakin komissiya sədri Ramiz Məmmədov sənədləri qəbul etməyib və səbəb kimi "birinci qrup əlillik üçün uyğun olmadığını" göstərib.
Veteranın ailəsi süründürməçiliyin onlara həm maddi, həm də mənəvi zərər verdiyini bildirir:
"Ramiz Məmmədov mənə 'həkimlərə nə qədər pul vermisən?' sualını verdi. Axı əlillik hüququ qanunla təmin olunmalıdır, pul vermək tələb deyil. Bu vəziyyət bizə çox ağırdır. Atam müharibə veteranıdır, öz canını bu ölkəyə qurban verib. Amma indi dövlət qurumları ona sahib çıxmır."
Asəf Qasımov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət qurumlarından atasının hüquqlarının bərpa olunmasını və birinci qrup əlillik statusunun tezliklə təyin edilməsini tələb edir.

Geri qayıt